Tərbiyənin sosial-pedaqoji problemləri Plan



Yüklə 28,83 Kb.
səhifə1/7
tarix01.01.2023
ölçüsü28,83 Kb.
#121913
  1   2   3   4   5   6   7
08 Tərbiyənin sosial-pedaqoji problemləri (1)



Tərbiyənin sosial-pedaqoji problemləri
Plan:

  1. Tərbiyənin sosiologiyası

  2. Sosial tərbiyənin istiqamətləri: problemlər və vəzifələr

Tərbiyə insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmişdir. Onun ilk prinsipləri və metodları xalq pedaqogikasında formalaşmış, elmi-nəzəri və elmi-metodik səviyyələrdə tərbiyə prosesinin mahiyyəti, məzmunu, metodları və təşkili kimi önəmli problemlər öyrənilmişdir. Bu məsələlərin araşdırılması, tədqiq olunması əsrlər, qərinələr boyu pedaqogika elminin səlahiyyətinə aid edilmişdir. XX əsrdə, sosiologiyanın vüsətli inkişafı şəraitində onun əsas sahələrindən biri kimi tərbiyənin sosiologiyası (A.Q.Xarçev) formalaşmışdır. Məlum olduğu kimi tərbiyə problemi ilə pedaqogika elmi məşğul olur. Pedaqogikada tərbiyə insanı bu və ya digər ictimai rolun icrasına hazırlamaq məqsədi ilə, tarixən qazanılmış sosial təcrübənin bir nəsildən digərinə ötürülməsi prosesi kimi mənalandırılır. Tərbiyənin sosiologiyası isə müəyyən konkret – tarixi şəraitdə tərbiyənin sosial determinasiyası və sosial funksiyalarının qanunauyğunluqlarını öyrənən elm sahəsidir. Bu təriflə tanış olanda, bir cəhət diqqəti dərhal cəlb edir: tərbiyənin sosiologiyası tərbiyənin sosial determinasiyası və sosial funksiyalarını sosial-iqtisadi formasiyalar miqyasında deyil, konkret tarixi şəraitdə öyrənir. Sosial pedaqogika üçün məsələnin belə qoyuluşu nəzəri-metodoloji baxımdan xüsusi əhəmiyyətə malik olmalıdır. Tərbiyənin sosiologiyası, A.Q.Xarçevin qeyd etdiyi kimi, bazar iqtisadiyyatı şəraitində şəxsiyyətin formalaşmasının xüsusiyyətlərini öyrənir, istehsalın, elm və texnikanın, mədəniyyətin müstəqil həyata qədəm qoyan gənc nəslə verdiyi tələbləri açıqlayır, ölkənin sosial və elmi-texniki tərəqqisi sahəsində bərqərar olmuş meyllər əsasında tərbiyə prosesini proqnozlaşdırır, onun cəmiyyətin və istehsalın inkişafına təsirini öyrənir. Məktəb pedaqogikasında tərbiyə məqsədyönlü proses kimi açıqlanır, bu prosesdə, ilk növbədə, məhz məktəbin rolu vurğulanır.Tərbiyənin sosiologiyası üçün də məhz bu cəhət əhəmiyyətlidir, lakin sosioloji anlamda tərbiyə yalnız məqsədyönlü pedaqoji fəaliyyətlə məhdudlaşmır. Tərbiyənin sosiologiyası üçün bu baxımdan başlıca məsələlərindən biri tərbiyə olunanların şüur və davranışına bu və ya digər dərəcədə təsir göstərən şəraitin idarə olunması, həmin şəraitin cəmiyyətə lazım olan tərbiyə effektini təmin etməkdən ötrü onun optimallaşdırılması, optimal sistem kimi təşkili ilə bağlıdır. Sosial pedaqogika bu tədqiqatlara söykənərək, təkcə, tutaq ki, məktəbin deyil, bütövlükdə cəmiyyətin tərbiyə imkanlarını öyrənir, sosial tərbiyənin sistemli təhlilinə xüsusi əhəmiyyət verir. Sosial pedaqogika şəxsiyyətin sosiallaşması prosesinin xüsusiyyətlərini məhz bu nöqteyi-nəzərdən araşdıraraq, şəxsiyyətin formalaşması prosesini şərtləndirən sosial proseslərin və institutların tərbiyə imkanlarını açıqlayır. Müxtəlif tipli profilaktik, reabilitasiya, yenidəntərbiyə instituları və s.-nin sosial tərbiyə sahəsində işinin xüsusiyyətlərinin təhlili də bu baxımdan aktualdır. Sosial pedaqogika şəxsiyyətin şəhərdə və kənddə - müxtəlif regionlarda, müxtəlif sosial qruplarda formalaşmasının xüsusiyyətlərini öyrənir, sosial tərbiyənin xüsusiyyətlərini milli, regional, munisipial və lokal səviyyələrdə sistemli təhlil edir, onların tərbiyə prosesində nəzərə alınması yollarını müəyyənləşdirir. Bu araşdırmaların nəticələri tərbiyə işinin məzmunu və sisteminin müəyyənləşdirilməsində, tərbiyə işi metodikasının təkmilləşdirilməsində mühüm rol oynayır.
Sosial tərbiyənin istiqamətləri: problemlər və vəzifələr Sosial tərbiyənin başlıca istiqamətlərini, ilk növbədə, cəmiyyətin tərbiyə imkanları baxımından araşdırmaq azımdır. Bazar iqtisadiyyatı şəraitində sosial pedaqogikanın yeni aktual problemləri meydana çıxmış, bu və ya digər dərəcədə əənəvi hesab olunan problemləri isə cəmiyyətin ictimai-siyasi və iqtisadi həyatı kontekstində yeni məzmun kəsb etmişdir. Bu nöqteyi nəzərdən sosial tərbiyənin aktual problemləri sırasında aşağıdakıları xüsusilə qeyd etmək olar: - hərbi vətənpərvərlik tərbiyəsi və gənclərin Azərbaycan ordusunda hərbi xidmətə hazırlanması; - şəhər və kənd həyat tərzi və tərbiyənin sosial pedaqoji məsələləri; - bazar iqtisadiyyatı və iqtisadi tərbiyə; - şagirdlərin ideya- siyasi tərbiyəsi: siyai təfəkkür və siyasi mədəniyyətin formalaşması; - əməyin sosiologiyası: əmək tərbiyəsi və peşəyönümlü məsələləri; - sosial ekologiya və ekoloji tərbiyə; - dinin sosiologiyası və dini tərbiyə məsələləri; - qeyri-formal uşaq qrupları və “çətin” uşaqlar problemi; - müasir şəraitdə “uşaq” cinayətkarlığının xüsusiyyətləri və hüquq tərbiyəsi problemləri; - “Uşaq” alkoqolizmi və narkomaniyası: sosial-pedaqoji məsələlər; - Gənclərin ailə həyatına hazırlanması sosial pedaqoji problem kimi və s.
Yüklə 28,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin