Yeni təlim texnalogiyalarının tətbiq olunduğu dərslərdə tərbiyə məsələləri
Pedaqogika üzrə fəlsəfə doktoru S.R.Bədiyev
AMİ-nin Şəki filialının əməkdaşı
Açar sözlər: İnteqrasiya, təlim texnologiyası, etibar, inam, komponent, qrup, ictimai rəy, qaydalar, tərbiyə.
Azərbaycan təhsil sisteminin Qərb təhsilinə inteqrasiyası, təlim və tərbiyədə gedən qloballaşma bir sıra problemlərin həllini aktuallaşdırmışdır. Belə problemlərdən biridə yeni təlim texnalogiyalarından istifadə edilən dərslərdə tərbiyə prosesinin məqsədə uyğun təşkilidir.
Totalitar sovetlər zamanında və Azərbaycan respulikasının suverenlik qazandığı ilk illərdə müəllim dərsdə həlledici sima idi, şagirdlər onun tələb və göstərişlərindən kənara çıxa bilməzdilər. Müəllimin avtoritar mövqeyi o vaxtkı pedaqoji ədəbiyyatlarda göstərilən, məktəb praktikasında işlədilən şagird qaydalarında da öz əksini tapmışdır. Nəticədə müəllim və şagirdlər arasında gərgin psixoloji münasibət yaranmış, bəzi hallarda isə bu münasibətlər konfilikt səviyyəsinə yüksəlmişdi. Bunların səbəbini müəllimin ümumi – istər sosioloji, istər psixoloji, istərsə də pedaqoji hazırlığının tələb olunan səviyyədə olmaması ilə, həm də o dövrün mahiyyəti ilə izah etmək olar. Azərbaycan müstəqillik əldə etdikdən , Qərb təhsilinə inteqrasiya etdikdən sonra təhsildə vəziyyət köklü şəkildə dəyişməyə başladı. Şagird təlim və tərbiyə prosesinin subyektinə çevrildi. Xüsusilə yeni təlim texnalogiyaları ilə keçirilən dərslərdə istər təlim, istərsə də tərbiyə şagirdə olan inam və etibar üzərində qurulmağa başladı. Belə dərslərdə müəllim təlimdə geri qalan, qaydalara riayət etmək istəməyən şagirdlərdə də müəyyən patensial imkanın olduğuna inanmağa , onu üzə çıxarmağa, ondan istifadə edərək təlim və tərbiyə prosesini təşkil etməyə başladı.
Yeni texnalogiyalar əsasında dərs keçən müəllimin funksiyaları dəyişdi.O, uşaqlarla elə ünsiyyətdə olmalıdır ki, uşaqlar onu özlərinin bərabər hüquqlu üzvü kimi qəbul etsinlər. Müəllim uşaqlar üçün uca, əl çatmaz zirvə kimi görünən yerdən enərək özünü onların səviyyəsində aparmalıdır. Belə halda şagirdlər müəllimi dostu, yaxın sirdaşı kimi qəbul edəcəklər. Bütün bunların olması üçün müəllimdə uşaqları sevən, öz övladı bilən ürək, qəlb olmalıdır. Vaxtı ilə rus pedaqoqu A.S.Makarenko deyirdi ki, uşaqları sevməyən, gülməyi və güldürməyi bacarmayan müəllimdən müəllim olmaz. Uşaqlar o müəllimi sevirki, onda pedaqoji ustalığı tamamlayan qabiliyyətlər – ekspressiv, didaktik, perseptiv, elmi-pedaqoji, kommunikativ, təşkilatçılıq, konstruktiv, major, diqqətin paylanması, proqnostik, yaradıcılıq və s. olsun. Müəllimdə olmalı bu kimi qabiliyyətlər şagirdlərin tərbiyəsində mühüm rol oynayır.
Şagirdyönümlü fəal təlim həyata keçirilən dərslərdə müəllimin şagirdə hörmətlə yanaşması, ona etibar etməsi tərbiyə işində mühüm amilə çevrilir. Müəllimin şagirdlərə xeyirxah münasibəti, hörməti, onları olduğu kimi qəbul etməsi, dəstəkləməsi , bacarıqlarına inanması təlimlə, biliklərin əldə edilməsi ilə yanaşı şagirdlərin tərbiyəsinə də güclü təsir göstərər. Belə olan halda, şagirdlər müəllimin qoyduğu qaydalara uyğun hərəkət etməyə, tapşırıqları səylə yerinə yetirməyə çalışırlar.
Yeni təlim texnologiyaları iilə keçirilən dərslərdə müəllimin tutacağı mövqey də tərbiyəvi təsirə malikdir. Interaktiv texnologiyalı dərsdə şagirdlər fəal olduğu kimi müəllimdən də fəallıq göstərməsi tələb olunur. Verilmiş problemi həll edən hər bir qrupda bir neçə dəqiqə olmaq, problemin həllində onlara yardımçı olmaq müəlimi şagirdlərə yaxınlaşdıran, onlar üçün doğma edən amillərdən biridir. Belə dərslərdə müəllimin əsasən, ayaq üstə olması məsləhətdir. Ona görə ki :
-
Ayaq üstə olan müəllimin gözünün aperturası imkan verir ki, sinifdəki bütün şagirdləri, onların nə ilə məşğul olduqlarını görə bilsin. Bu da şagirdləri kənar hərəkətlər etməkdən çəkindirər.
-
Mövzunun (problemin) müəyyən hissəsinin şərhinə ehtiyac yarananda psixomator bacarıqlardan - mimikadan əl-qol, bədən hərəkətlərindən , hiss həyəcandan lazım olan anlarda istifadə etmək asan olur.
-
Hərəkət və davranış, ünsiyyət zamanı mütənasib yeriş, natiqlik qabiliyyəti və diksiya şagirdlərdə mənəvi zövq tərbiyə edir.
-
Müəllim də olan (olmaya da bilər) mənəmlik, təkəbbür getdikcə azalar, onu şagirdlərə doğmalaşdırar.
Yeni təlim texnalogiyalarının tədbiq olunduğu dərslərdə məqsədəuyğun tərbiyənin təşkili qəbul edilmiş qaydalara uyğun davranışın formalaşdırılmasının əhəmiyyətini artırır.
Bildiyimiz kimi fəal təlim əməkdaşlıq zəminində qurulur. Bu zaman qurupu təşkil edən şagirdlərin müəyyən tələblərə əməl etmələri lazımdır. əməkdaşlıq əsaslı təlim Amerikalı pedaqoqlar D.Conson və R. Conson tərəfindən qoyulmuşdur. D.Conson və R.Conson bir məqsəd ətrafında birləşən qrupu sanki dənizdə üzən qayığa bənzədərək, obrazlı şəkildə yazırdılar: “Ya siz müvəffəqiyyətlə üzərək sahilə çıxmalı, ya da birlikdə bataraq məhv olmalısınız.” (9. 1. 10). Bu ifadə qrupun şagirdlərinin məqsədə çatmaq üçün həmrəy olmağa hamının eyni zindana vurmağa səsləyir. Bu isə onların tərbiyəsindən asılı problemdir. D.Conson və R.conson əməkdaşlıq əsaslı təlimin 5 komponentini müəyyən etmişlər.
-
Müsbət qarşılıqlı asılılıq (qrupu təşkil edən şagirdlərin digərlərindən asılı olduğunu bilmələri, məqsəd birliyi, tapşırıq, hər kəsin rolu və s. aydın göstərilməlidir.)
-
Şagirdlərin üz-üzə oturmsı və qarşılıqlı fəaliyyəti
-
Fərdi məsuliyyət
-
Şagirdlərin şəxsiyyətlərarası və qrup bacarıqları ilə təlimatlandırılması (qrup daxili davranış qaydaları)
-
Qrupun fəaliyyətinin dəyərləndirilməsi (qrupun işini qiymətləndirmək, qrupu təşkil edən hər bir üzvün fəaliyyətini müzakirə etmək ) (9, səh. 10. 11)
Göstərilən komponentlərin təhlili göstərir ki, fəal təlimin məqsədinə müvəffəqiyyətlə çatmaq üçün qrup şagirdlərinin tərbiyəsi, xüsusilə ünsiyyəti və davranışı tələb olunan səviyyədə olmalıdır. Qrup üzvlərinin tutduqları səviyyədən asılı olmayaraq bir-birindən asılı olmasının tələb edilməsi qrup daxili və qruplararası ünsiyyətin normalar çərçivəsində olmasını tələb edir. Normalar isə qrup daxili davranış qaydaları ilə müəyyən edilir ki, buraya aşağıdakılar daxildir:
-
Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyən etmək
-
Qrup liderini seçmək
-
Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək
-
Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq
-
Promlemin həlli üçün birgə yollar axtarmaq
-
Qrup işində fəallıq göstərmək
-
Artıq hərəkətlərə yol vermədən verilmiş tapşırığın müzakirəsində və həllində iştirak etmək
-
Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək
-
Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək (5. səh. 43)
Yeni təlim texnalogiyalarının tədbiqinə ibtidai siniflərdən başlandığı üçün yuxarıda göstərilən qaydaların bir qismi şagirdlərə aydın olmaya bilər. Bu zaman müəllim onların mahiyyətini açmalı, şagirdləri başa salmalıdır. Qaydaların şüurlu şəkildə öyrədilməsinə çalışmalıdır.
Qeyd etdiyimiz kimi yeni təlim texnalogiyalrı ilə keçirilən dərsdə səviyyəli tərbiyə işi sosial-psixoloji mühitin hansı şəkildə təşkilindən asılıdır. Sosial-psixoloji mühit şagirdin həm digər insanlarla, həm də öz daxili aləminin tənzimlənməsi, təlim prosesinə səfərbər edilməsi üçün lazımdır. Şagirdin potensial imkanının üzə çıxarılmasında tərbiyəsi və təlimində sosial – psixoloji dəstək mühitinin rolu böyükdür. Həmçinin şagirdlərin maraq və şəxsi xüsusiyyətlərinin üzə çıxarılmasında sosial-psixoloji mühitin əhəmiyyəti böyükdür.
Fikrimizcə yeni təlim texnalogiyaları tətbiq olunan dərslərdə aşağıdakı tərbiyə üsullarından istifadə etməklə şagirdlərlərin tərbiyəsi işini daha yaxşı təşkil etmək olar:
-
İctimai rəy və ya qrupu təşkil edən şagirdlərin qınağı
-
Qrupdaxili davranış qaydalarının şüurlu şəkildə dərk edilməsi və həyata keçirilməsi
-
Müəllim şagird münasibətlərinin inam və etibara söykənməsi
-
Müəllimin peşəkarlığı (ustalığı)
Istifadə edilən ədəbiyyat
-
A. Əhmədov. 2009/2010-cu tədris ilində I siniflərdə dərs deyərək müəllim üçün yeni fənn kurikulumlarının tədbiqi üzrə təlim kursunun materialları. // Kurikulum, № 2, 2009
-
Azərbaycan respublikasında ümumi təhsilin konsepsiyası ( Milli kurikulum ). /Azərbaycan müəllimi, 1 dekabr 2006-cı il.
-
Məktəbdə vətəndaş tərbiyəsi (metodik vəsait). Bakı,Nur, 2002.
-
Müəllim hazırlığının və orta təhsilin perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında) Bakı, “Adiloğlu” , 2005.
-
S.R.Bədiyev. Yeni təlim texnalogiyalarından mühazirə mətnləri. Bakı, “Dərələyəz-M” , 2009.
-
Ə.X.Paşayev, F.Ə.Rüstəmov. Pedaqogika. Bakı, “Çaşıoğlu” , 2007.
-
Y.S.Kərimov Ana dilinin tədrisi metodikasının nəzəri problemləri. Bakı, “Nasir” 2005.
-
Z.Veysova. Fəal təlim texnalogiyalarına giriş kursu (metodik vəsait) Bakı, Meqa-Print, 2004.
-
david W. Johnson, Roger T.Johnson. Cooperation in the classroom. Edina, Minnesota, 1998, (10:10)P.
Key words: Integration STRFof, technology of training (instruction,doctrine), confidence, faith, component, group, public opinion, rules, upbringing.
Bediyev Sedreddin Rehim son.
Upbringing problems (the) applying technologies of new training (instruction,doctrine) in (the) lessons.
Summary
It is talked from methods allowing (allowed) to (the) upbringing of the pupils in (the) lessons held on the basis of technologies of interactive (on-line) training (instruction,doctrine). Opinion of the group, group is shown professionalism of the confidence and faith of (the) teacher inside behaviour rules as (like) such method to pupils.
Бадийев Садраддин Рагим оглу
Вопросы воспитания на занятиях проводимых по новым технологиям обучения
Резуме
В статье говоримся о методах , которые дают возможность оказать воспитательное воздействие на учащихся на интерактивных занятиях.К таком методам можно отнести следующие: групповое мнение, правила поведение в группе , доверие учителя учащимся, профессиональность.
Dostları ilə paylaş: |