Mövzunun planı: 1.Marketinq tədqiqatlarının mahiyyəti və məqsədi 2. Marketinq tədqiqatlarının əsas istiqamətləri 3. Marketinq tədqiqatlarının aparılması prosesi 4. Marketinq tədqiqatlarının elmi – metodiki əsasları 5. Marketinq tədqiqatlarının təşkili
1- ci sual. Marketinq tədqiqatlarının mahiyyəti və məqsədi
Marketinq tədqiqatları müəssisənin marketinq fəaliyyətində meydana çıxan problemlər üzrə aparılır.
Marketinq tədqiqatları dedikdə müəssisənin marketinq fəaliyyətində meydana çıxan problemin özünün müəyyənləşdirilməsi də daxil olamqla, həmin problemin həlli üzrə tələb olunan məlumatlar dairəsinin dəqiqləşdirilməsi, məlumatların toplanması, ümumiləşdirilməsi, əks etdirilməsi, təhlil olunması və tövsiyyələrin çıxarılması prosesidir.
Müəssisələr marketinq tədqiqatları aparmaqla xarici mühitdə olan subyektlərlə ( alıcılarla, vasitəçilərlə, malgöndərənlərlə və s.) özlərinin bağlılıqlarını təmin edirlər. Bu baxımdan marketinq tədqiqatları müəssisəni xarici mühitlə əlaqələndirən kommmunikasiya kanalı da hesab edilir.
Marketinq tədqiqatlarının məqsədi marketinq fəaliyyətində meydana çıxan problemin müəyyənləşdirilməsi və həmin problemin həlli məqsədi ilə zəruri məlumatların əldə edilməsindən ibarətdir. Marketinq tədqiqatları zamanı reallaşdırılan tədqiqat layihəsinə müvafiq olaraq fərqli məqsədlər izlənilə bilər. Marketinq tədqiqatları nəticəsində əldə olunan məlumatlar aşağıdakı sahələrdə istifadə edilir. Marketinq tədqiqatlarının məqsədi Problemin müəyyənləşdirilməsi və marketinq tədbirlərinin işlənib hazırlanması Marketinq tədbirlərinin qiymətləndirilməsi Marketinq tədbirlərinin reallaşdırılmasının səmərəliliyinin qiymətləndirilməsi Marketinq haqqında ümumi ümumi təsəvvürlərin genişləndirilməsi Şəkil. Marketinq tədqiqatları nəticəsində əldə olunan məlumatların istifadə sahələri
2- ci sual. Marketinq tədqiqatlarının əsas istiqamətləri
Bazarın tədqiqi;
Istehlakçıların tədqiqi;
Rəqiblərin tədqiqi;
Bazarın firma strukturunun öyrənilməsi;
Əmtəələrin tədqiqi;
Qiymətlərin tədqiqi;
Əmtəələrin bazara «hərəkəti»nin və satışının tədqiqi;
Satışın stimullaşdırılması sisteminin və reklamın tədqiqi;
Marketinq mühitinin tədqiqi və s.
Müəssisələr tərəfindən marketinq tədqiqatlarının intensiv surətdə aparılan istiqamətlərinə aşağıdakılar aiddir:
4- cü sual. Marketinq tədqiqatlarının elmi – metodiki əsasları
Marketinq tədqiqatlarında istiifadə olunan metodları üç qrupa ayırmaq olar:
Ümumelmi metodlar;
Analitik proqnozlaşdırma metodları;
Başqa elm sahələrindən mənimsənilmiş metodlar.
Proses yanaşma;
Sistem yanaşma;
Kompleks yanaşma;
Proqrqm məqsədli proqramlaşdırma;
Inteqrasiyalaşmış yanaşma;
Geniş təkrar istehsal yanaşma.
Marketinq tədqiqatlarında istifadə olunan ümumelmi metodlar: Marketinq tədqiqatlarında istifadə oluna analitik proqnozlaşdırma metodları:
Məlumatların yazılması üçün formaların işlənib hazırlanması
Seçmənin layihələndirilməsi və məlumatların yığılması
Məlumatların təhlili və izahı
Tədqiqatın nəticələrinə dair hesabatın tərtibi
Şəkil. Marketinq tədqiqatlarının aparılması prosesi
4- cü sual. Marketinq tədqiqatlarının təşkilinə təsir göstərən amillər.
Müəssisə daxilində marketinq tədqiqatlarının aparılması məqsədilə yaradılmış iri bölmələrin aşağıdakı təşkilati formaları ola bilər: Marketinq tədqiqatları bölmələrinin fəaliyyət sferası ( məsələn, məhsullar, markalar, bazar seqmentləri və yaxud regionlar və s.) üzrə təşkili; Marketinq funksiyalarının yerinə yetirilməsi( məsələn, reallaşdırmanın həcmi, məhsulların qablaşdırılması, reklam tədqiqatları və s.) əsas götürülməklə marketinbq tədqiqatları bölməsinin təşkili; Tədqiqat metodları və yanaşma üsulları əsas götürülməklə marketinq tədqiqatları bölməsinin təşkili; məsələn, məhsulların reallaşdırılmasının həcmi riyazi və yaxud statistik metodlar əsas götürülməklə təhlil oluna bilər. Tədqiqatın dəyəri Tədqiqatın aparılması təcrübəsinin və zəruri ixtisaslı kadarların mövcudluğu Məhsulun xüsusiyyətləri haqqında bilgilər Obyektivlik Xüsusi avadanlıqların və vəsaitlərin mövcudluğu Konfidensiallıq Şəkil. Marketinq tədqiqatlarının təşkilinə təsir göstərən amillər