Mövzusunda təlim Gəncə, Azərbaycan



Yüklə 58,4 Kb.
tarix09.07.2018
ölçüsü58,4 Kb.
#56215






«QHT-lərİn malİyyə davamlılığının STRATEGİYASI»

mövzusunda təlim
Gəncə, Azərbaycan

14 – 16 Mart 2007

(iştirakçıların gəlmə və getmə vaxtları daxil olmaqla)

Təlimin
Məqsəd və vəzifələri


Təşkilat və layihə haqqında məlumat:
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi 2000-ci iln aprel ayında Gəncə şəhərində bir qrup fəal gənc tərəfindən gənclər sahəsində iş aparan ictimai birlik şəklində yaradılmışdır. Birliyin strateji missiyası humanizmin və əməkdaşlığın hökm sürdüyü bir dövrdə sözün əsl mənasında Azərbaycan gəncləri ilə ictimaiyyət arasında sağlam “KÖRPÜ” salmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi azərbaycand afəaliyyət göstərən ictimai qruplarda xüsusilə də gənclər arasında fəal vətəndaş, könüllülük, liderlik və s. bacarıqların artırılması istiqamətində iş aparır. Birlik gənclərin maarifləndirilməsi və ictimai işlərə cəlb edilməsi sahəsində bir sıra yerli və beynəlxalq səviyyədə layıhə vəproqramlar həyata keçirmişdir.

Hazırda “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Dəstək QHT olaraq Counterpart İnternational Təşkilatının icra etdiyi Vətəndaş Cəmiyyəti Layihəsini Azərbaycanın Qərb bölgəsində həyata keçirir. Proqramın məqsədi Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirmək və daha da funksional, təmsilçilik əsasında qurulmuş vətəndaş cəmiyyətinə yardım etməkdir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir.

Beş illik layihə çərçivəsində Gəncə və Gəncə ətrafı rayonlarda bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu təlimlərdən biri də “QHT-lərin maliyyə davamlılığı strategiyası” mövzusunda 3 günlük təlımdir ki, burada Mingeçevir, Goranboy, Samux, Xanlar, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Aqstafa, Qazax ərazisində yerləşən yerli QHT-lərin nümayəndələri iştirak etmək üçün təlim üçün məsu olan şəxsə müraciət edə bilərlər.
Məqsəd:


  • QHT-lərə maliyyə davamlılığının ümumi planlaşdırılması, strateji fandreyzinq, sosial sahibkarlıq və ödənişli xidmətlərin təklif olunması, eyni zamanda biznes qurumları ilə əməkdaşlıq və digər maliyyə davamlığı ideyalarını və vasitələrini izah etməkdən ibarətdir


Vəzifələr:


  • QHT-lərin maliyyə davamlılığına çatma metodlarının başa düşülməsi

  • İştirakçılar tərəfindən təşkilatlarının aktivlərinin qiymətləndirilməsi

  • Təşkilatların maliyyə davamlılığına çatması metodlarının müəyyənləşdirilməsi.

  • Yerli QHT-lər üçün 3-4 variant sosial müəssisələrin inkişaf planının hazırlanması

  • Təlim iştirakçıları tərəfindən öz təşkilatları üçün ilkin maliyyə davamlılığı planının hazırlanması


Seminarın mündəricatı:

Qeyri-formal, interaktiv üsullardan istifadə edərək iştirakçılara Azərbaycanda QHT-rin rastlaşdığı maliyyə davamlılığı ilə bağlı problemlərin aradan qaldırılması üçün problemin həlli yollarının axtarılmasına dair müzakirələr ediləcək, münkün vasitələr barəsində danışılacaq, eyni zamanda aşağıdakı mövzuların müzakirəsi və təqdimatı aparılacaq:




  • Vətəndaş Cəmiyyəti Layihəsində QHT-lərin “Maliyyə davamlılığı”nın ifadə edilməsi, QHT-nin maliyyə davamlığı anlayışları, onun əsas rolu və strategiyası

  • Maliyyə davamlılığının diaqnostikası: diaqnostikanın məqsədi, atılacaq addımları, mövcud alətlər

  • Təşkilat aktivlərinin mahiyyəti və onların tətbiqi:

  • Aktivlərin müəyyənləşdirilməsi

  • Maddi və qeyri maddi aktivlərə təsnifat

  • Aktivlərin təhlili, onların ideya seçimində rolu: aktivlərin təhlili meyarları, ideyaların siyahılaşdırılması, təşkilatın maliyyə davamlılığına nail olmaq üçün «əsas ideyaların» seçimi

  • Maliyyə davamlılığının strategiyası qismində İctimai Müəssisə

  • İctimai müəssisələrin məğzi və onun növləri

  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ictimai müəssisələrin müxtəlif formalarının təsisatı

  • İctimai müəssisələr üçün ideyalar: İctimai müəssisələrin təsisatının müxtəlif formalarının missiya və fəaliyyətə uyğun olmasının hesablanması

  • Yerli QHT-lər üçün öncül ideyaların seçimi (seçim meyarlarının izahı ilə)

  • İctimai müəssisənin marketinq planının məğzi və onun qrup halında işlənməsi

  • Sorğu keçirilməsi nümunələri və metodologiyası

  • Maliyyə davamlılığının strategiyası kimi fandreyzinq və QHT-rin fəaliyyətində onun rolu

  • Maliyyə davamlılığının startegiyası kimi üzvlüyün inkişaf etdirilməsi

  • QHT-nin fəaliyyətində onun rolu

  • Dövlət və biznes ilə əməkdaşlıq: əməkdaşlıq modeli, dövlət tərəfindən QHT-nin fəaliyyətinə dəstəyi tənzimləyən Azərbaycan qanunvericiliyi.

  • QHT fəaliyyətlərində əməkdaşlığın rolu və birgə layihələrin həyata keçirilməsinə yanaşmalar


Metodologiya:
Təlim bütövlükdə işyirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkli olunacaq. İş əsasən təcrübənin inkişafı istiqamətində aparılacaq. Fəal iştirak, təqdimatlar, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla vəmütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyasıdır.

Qeyri-formal təhsil metodologiyasının tətbiqi zamanı qrup özü əsas rol oynayır. İştirakçılar sərbəst şəkild qarşılıqlı öyrənmə və seminar prosesinə fəal cəlb olunmalıdırlar. Təlim zamanı iştirakşılarla iş və qeyri-formal təhsilin tətbiqi metodologiyası yerli təlimlər aparmış təlimşilər komandası tərəfindən həyata keçiriləcək.


Təlim zamanı istifadə olunacaq dil.
Təlim Azərbaycan dilində keçiriləcək. əlavə olaraq namizədlər bildikləri bütün dilləri və onları bilmə səviyyələrini qeyd etməlidirlər.
İştirakçıların seçim profili:


  • Azərbaycanın Qərb bölgəsi hesab edilən Mingeçevir, Goranboy, Samux, Xanlar, Gəncə, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax bölgələrində fəaliyyət göstərən QHT-lərin və ya təşəbbüs qruplarının birinin fəal üzvü olmalı;

  • Hər bir təşkilatdan bir neçə nəfər müraciət edə bilər, lakin seçim zamanı yalnız bir nəfər iştirakçı onun təcrübəsi və motivasiyasına uyğun olaraq Komitə tərəfindən seçiləcəkdir;

  • Seçim zamanı bölgələrdən olan təşkilat nümayəndələrinin coğrafi balansı gözləniləcək;

  • Hər bir müraciətçi Azərbaycan dilində sərbəst danışmalı;

  • Gender balansına riayət olunacaq;

  • Seçimin əsas meyarlarından biri hər bir ərizəçinin motivasiyası olacaqdır.


Ərizə, prosedur və iştirakçıların seçimi
Bütün namizədlər məlumata əlavə olunmuş ərizə formasından istifadə edərək müraciət edə bilərlər. Təlimçilər komandası gender balansı nəzərə almaqla iştirakçıları onların yuxarıda qeyd olunan profillərinə və ərizə formasında əks olunan ərizəçinin motivasiyasına əsaslanaraq seçəcəklər. Seçilmiş namizədlərə 12 Mart tarixinədək qəbul olmaları və ya gözləmə siyahısına düşmələri barədə məlumat veriləcəkdir. Namizədlərin nəzərinə çatdırırıq ki, adı son siyahıya salınan namizəd kursun tam müddətində iştirak etmək üçün hər cür səy göstərməlidir. Hər hansı xüsusi səbəb görə iştirak etmək mümkün deyilsə namizəd təlimin başlanmasından ən azı bir gün əvvəl təcili olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinə məlumat verməlidir.
Müraciətin son tarixi

Ərizə forması namizəd tərəfindən doldurulmalı və“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin aşağıda göstərilən poçt ünvanına göndərilməlidir.

Ərizə forması ən geci 9 Mart, 2007-ci il saat 13:00 dək göndərilməlidir.

Təlim kursunun yol və digər xərcləri

Digər bölgələrdən seçilmiş və dəvət almış iştirakçıların yemək və qalmaq xərcləri layihə çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən təmin ediləcək. Habelə ümumi yol xərcləri ödəniləcəkdir(müvafiq avtobus və ya qatar biletləri təqdim edildikdə). Taksidən istifadə edənlərə yol xərcləri ödənilmir.




“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi

Əttarlar 118, AZ-2000. Gəncə, Azərbacan

Tel.: (+ 99422) 56 05 08

Fax: (+99422) 56 50 97

Еlektron poçt ünvanı: elkhan_bf@yahoo.com

İnternet səhfəsi: www.bf-az.org

Əlaqələndirici şəxs: Elxan Əliyev




«QHT-lərİn malİyyə davamlılığının STRATEGİYASI»

mövzusunda təlim


Gəncə, Azərbaycan

14 – 16 Mart 2007

(iştirakçıların gəlmə və getmə vaxtları daxil olmaqla)
ƏRİZƏ FORMASI

(Xahiş edirik latın qrafikasının böyük hərflərindən istifadə edəsiniz)





Adı

[pasportda göstərildiyi kimi]






Soyadı [pasportda göstərildiyi kimi]




Milliyəti




Təvəllüd




Cinsi

qadın

kişi



Ünvan [Poçt kodu,

şəhər/rayon]




Təhsil aldığı müəssisə [ixtisas, kurs]







Telefon
[şəhər/rayon kodu daxil olmaqla]




Mobil [055 / 050]




Elektron poçt ünvanı




Bildiyiniz dillər [qeyd edin]

 İngilis  Rus  Аlmаn  Digər: ________

Təmsil etdiyiniz təşkilat:



Adı [Azərbaycan dilində]




Adı [İngilis dilində]




Ünvan[Poçt kodu,

şəhər/rayon]




Telefon

[şəhər/rayon kodu daxil olmaqla]




Faks

[şəhər/rayon kodu daxil olmaqla]




Elektron Poçt ünvanı




İnternet səhfəsi





Xahiş edirik təşkilatınızın missiyası haqqında qısa məlumat yazasınız

Təşkilatın hansı məqsəd və vəzifələri var?




Hal-hazırda təşkilatda tutduğunuz vəzifə (könüllü işçi, idarə heyətinin üzvü, təlimçi, digər):






Təşkilatın idarə heyəti tərəfindən qeyd:

Biz, təşkilatın idarə heyəti bunula təsdiq edirik ki, bu layihənin fəaliyyəti haqqında məlumatlandırılmışıq və bütün imkanlarımızdan istifadə edərək seminarın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün gənclər sahəsində müəyyən təcrübəyə malik olan və layihəyə öz töhfəsini verə biləcək nümayəndəmizi bu təlimə cəlb edirik.


Məsul şəxsin adı: _______________________________________________________
Tarix: ____________________ İmza: ____________________

1. Nə üçün bu tədbirdə iştirak etmək istəyirsiniz?







2. Maliyyə davamlılığı və maliyyə işi sahəsində şəxsi təcrübəniz (Xahiş edirik bu sahədə olan təcrübənizi ətraflı əks etdirin)







3. Siz QHT-lərin maliyyə davamlılığını nədə görürsünüz?







4. Bu təlimdən nə gözləyirsiniz?



Тariх: ____/____/_______ İmza: ____________


Хаhiş edirik bu qeydiyyat formasını doldurub

9 Mart 2007-ci il saat 13:00 dək

aşağıda göstərilən ünvana göndərəsiniz



“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi



Əttarlar 118, AZ-2000. Gəncə, Azərbacan

Tel.: (+ 99422) 56 05 08

Fax: (+99422) 56 50 97

Еlektron poçt ünvanı: elkhan_bf@yahoo.com

İnternet səhfəsi: www.bf-az.org

Əlaqələndirici şəxs: Elxan Əliyev






Yüklə 58,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin