Mühazirə 2 Nyuton Qanunları



Yüklə 36,65 Kb.
səhifə1/4
tarix04.01.2022
ölçüsü36,65 Kb.
#54200
növüMühazirə
  1   2   3   4

- -

Mühazirə 2
Nyuton Qanunları
Mexanikanın əsas hissəsini dinamika bölməsi təşkil edir. Bu bölmənin əsasını Nuyutonun üç qanunu təşkil edir.

Nyutonun birinci qanunu:
Bir cismə başqa cisimlər təsir etməyincə o, öz sükunət halını və ya düzxətli bərabər sürətli hərəkət halını saxlamağa çalışır. Cisimlərin sükunət halını və ya düzxətli bərabərsürətli hərəkətini saxlamaq qabiliyyəti onların ətaləti, inersiyası adlanır.
Ətalət ölçüsü olaraq kütlə götürülür.Klassik fizikada kütlə sabit kəmiyyətdir.Nyutonun birinci qanununun ödənildiyi sistemlərə inersial sistemlər deyilir.Verilmiş. inersial sistemə nəzərən sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə olan bütün sistemlər inersial sistemlərdir.Nyutonun birinci qanunu inersial sistemlərin varlığını təsdiq edir.
Nyutonun II qanununda qüvvə anlayışı ilə tanış oluruq.Qüvvə təsiri altında cisimlər təcil alır.

Nyutonun II qanununu:
Qüvvə təsiri nəticəsində cismin əldə etdiyi təcil, ona tətbiq olunmuş qüvvə ilə düz, həmin cismin kütləsi ilə tərs mütənasibdir.

(1)

Buradan

(2)
axırıncı ifadə irəliləmə hərəkətinin dinamikasının əsas tənliyi adlanır. (2) ifadəsindən istifadə edərək, BS-də qüvvənin vahidi təyin olunur.Kütləsi 1kq olan cismə 1m/s2 təcil verən qüvvə 1N (Nyuton) adlanır.

Nyutonun II qanununu aşağıdakı şəkildə də yazmaq olar.


(m=const)
Cismin kütləsinin onun sürətinə hasili impuls adlanır: .İmpuls vektorial kəmiyyətdir. Onda

(3)

(3) ifadəsi Nyutonun ikinci qanununun daha ümumi şəklidir.Bu şəkildə Nyuton qanunu həm klassik, həm də relyativistik mexanikada istifadə olunur.Nyutonun ikinci qanunundan onun birinci qanununu almaq olar.Doğrudan da cismə təsir edən qüvvə sıfra bərabər olarsa, yəni, F=0, onda ma=0 alarıq., onda . Bu halda cisim ya sükunətdə və ya düzxətli bərabərsürətli hərəkətdə iştirak etməlidir. Birinci qanunu verməkdə məqsəd inersial sistemlərin olmasını təsdiq etməkdir.



Nyutonun üçüncü qanunu:
İki cisim arasında olan qarşılıqlı təsir qüvvəsi qiymətə bərabər, istiqamətə əks olub, onları birləşdirən düzxətt boyunca yönəlir.


Bu qüvvələrin təbiəti eynidir, ancaq onlar müxtəlif cisimlərə tətbiq olunurlar.

Cismə bir neçə qüvvə tətbiq olunarsa,onda bu qüvvələrin əvəzləyicisi Nyutonun ikinci qanununa görə cismə təcil verən qüvvə olasıdır.



Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin