Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), Mühazirə: III gun 15: 10-18: 40 #302N



Yüklə 107,02 Kb.
tarix21.10.2017
ölçüsü107,02 Kb.
#7411
növüMühazirə


S Y L L A B U S


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BİO403 Molekulyar biologiya

3 kredit



Departament

Biologiya

Proqram

Bakalavr

Tədris semestri

payız, 2013/2014-cü tədris ili

Fənni tədris edən müəllim

Biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva

E-mail:

x.seadet@rambler.ru

Telefon:

(+99451) 718-78-13

Mühazirə otağı/Cədvəl

Məhsəti küç., 11 (Neftçilər kampusu),

Mühazirə:III gun 15:10-18:40 #302N







Konsultasiya vaxtı




Tədris dili

Azərbaycan

Fənnin növü

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  1. Б. Албертс Д. Брей Дж. Льюис М. Рэфф К. Роберте Дж. Уотсон в 3-х т. перевод с английского Молекулярная биология клетки, 2-е изд. Москва «Мир» 1994, 521 c.

  2. Molecular biology and biotechnology. Fourth edition, edited by J.M.Walker and R.Rapley. The Royal Society of Chemistry, UK, 2000. Reprinted 2002.

  3. Weaver Robert F. Molecular Biology// Published by McGraw-Hill, New York, 2012, 915 p.

  4. Lodish H. Molecular Cell Biology (6th Edition) / H. Lodish, A. Berk, C. A.Kaiser, M. Krieger, M. P. Scott, A. Bretscher, H. Ploegh, P. Matsudaira. New York: W.H. Freeman & Company. 2008.

  5. Льюин. «Гены». Мир. 1987

  6. Молекулярная биология. Структура и биосинтез нуклеиновых кислот / под ред. А.С. Спирина. М.: Высшая школа. 1990.

  7. Спирин А.С. Структура рибосом и синтез белка. Высшая школа; 1986; 303стр.

  8. Степанов В.М. Структура и функции белков. Под ред. акад. Спирина, Москва, «Высшая школа», 1996

  9. Сойфер В.Н. Репарация генетических повреждений / В.Н. Сойфер // СОЖ. - 1997. - No 8. - С. 4 - 13.

  10. Молекулярная биология клетки: Сборник задач. Уилсон Дж., Хант Т. Мир; 1994; 520с.


Əlavə vəsaitlər:

  1. Krebs J.E. Genes X / J.E. Krebs, E.S. Goldstein, S.T. Kilpatrick. Jones & Bartlett publishers, 2011. - 905 p.

  2. Watson J. D. Molecular Biology of the Gene, 6th Edition /J. D. Watson, T.A.Baker, S. P. Bell, A. Gann, M. Levine, R. Losick. Benjamin Cummings, 2008.-841 p.

  3. Патрушев Л. И. Экспрессия генов / М.: Наука, 2000

  4. Боринская С.А. Структура прокариотических геномов // Молекулярная биология. - 1999. - No 33 (6). - c.941 -957.

  5. Гвоздев В.А. Механизмы регуляции активности генов в процессе транскрипции // СОЖ. 1996. т.2,№1 с.23-31

  6. Гвоздев В.А. Регуляция активности генов при созревании клеточных РНК //СОЖ.-1996.-№12, с.11-18.

  7. Гвоздев В.А. Регуляция активности генов, обусловленная химической модификацией (метилированием) ДНК // СОЖ - 1999. - No 10. - с. 11-17.

  8. Гвоздев В.А. Подвижная ДНК эукариот. Часть 1. Структура, механизмы действия и роль подвижных элементов в поддержании целостности хромосом // СОЖ, 1998.-No8.- c. 8 -14.

  9. Гвоздев В.А. Подвижная ДНК эукариот. Часть 2. Роль в регуляции активности генов и эволюции генома // СОЖ. -1998. - No8. -с. 15-21.

  10. Инге-Вечтомов С.Г. Трансляция как способ существования живых систем, или в чем смысл "бессмысленных" кодонов // СОЖ. 1996. т.2, №12 С.2-10

Köməkçi WEB-mənbələr

http://www.youtube.com/watch?v=sf0YXnAFBs8

http://www.youtube.com/watch?v=y0INSw9dCTg

http://www.youtube.com/watch?v=C1ZLY6L3vdw

http://www.youtube.com/watch?v=icZjgZozkB8

http://www.youtube.com/watch?v=lJZhzGNipJc

http://www.youtube.com/watch?v=ms4seI-DOaY

http://www.youtube.com/watch?v=BDbNC7rYzpc

http://www.youtube.com/watch?v=vK-HlMaitnE

http://www.youtube.com/watch?NR=1&v=5miGrxhw8y4&feature=endscreen

Tədris metodları

Mühazirə

x

Seminarda qrup müzakirəsi

x

Video-materialların baxışı və təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Fərdi yoxlama məsələlərinin həlli

Semestrin sonu

10

Fəallıq

Hər dərs

5

Fərdi mövzuda prezentasiya materiallarının hazırlanması

Semestrin sonu

10

Davamiyyət




5

Referatlar

Semestrin sonu

10

Aralıq imtahanı




20

Final imtahanı




40

Yekun




100

Kursun təsviri

Molekulyar biologiya bioloji təhsil sistemində fundamental fənlərdən biridir. Müasir molekulyar biologiya biokimya, genetika, mikrobiologiya, digər bioloji fənlərlə sıx bağlıdır və hüceyrələrin və çoxhüceyrəli orqanizmlərin həyat fəaliyyətini molekulyar səviyyədə öyrənilməsinin metodoloji əsasını təşkil edir.

Kursun məqsədləri

Ümumi məqsəd:

Molekulyar biologiya kursunun məqsədi – tələbələrdə bioloji makromolekulların quruluşu və xassələri haqqında, həmçinin canlı hüceyrələrin və çoxhüceyrəli orqanizmlərin fəaliyyətinin əsasında duran molekulyar mexanizmlər (bioloji makromolekulların - DNT, RNT, zülalların metabolizmi, hüceyrədaxili tənzimləmə və hüceyrələrarası siqnalizasiya və s. ) haqqında bitkin biliklər sistemini formalaşdırmaqdır.



Kursun əsas vəzifəsi tələbələrdə, bakteriyalardan başlamış eukariotlara qədər müxtəlif orqanizmlərin hüceyrələrində əsas molekulyar-bioloji proseslərin gedişinin universal prinsipləri haqqında təsəvvürlər formalaşdırmaqdır.

Xüsusi məqsədlər:

Tələbələri akademik olaraq dəstəkləmək, onların öz potensiallarını realizə etməyə yardımçı olmaq.

Tələbələrin kursda iştirakını həvəsləndirmək, qarşılıqlı hörmət və anlayış mühitini təmin etmək.

Molekulyar biologiyanın təbiət elmləri sistemində yerinin müəyyənləşdirilməsi



Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr nəyi bilməlidirlər:

-bakteriyalardan başlamış ali eukariotlara qədər müxtəlif orqanizmlərin genomunun quruluşunu;

- hüceyrələrdə genetik informasiyanın saxlanması və dəqiq təkrar özünü törətməsinin molekulyar mexanizmlərini;

- genetik informasiyanın DNT RNTzülal istiqaməti üzrə ekspressiyası ilə bağlı proseslərin həyata keçirilməsi prinsiplərini;

- hüceyrədaxili proseslərin tənzimlənməsinin molekulyar mexanizmlərini.

Kursun sonunda tələbələr nəyi bacarmalıdırlar:

- müasir molekulyar bioloji terminlərdən düzgün istifadə etməyi;

- genom ardıcıllığında əsas nəzarətedici elementləri identifikasiya etməyi;

- nuklein turşularının və zülalların üç ölçülü quruluşları ilə işləməyi;

- molekulyar bioloji bilikləri digər bioloji fənlərin öyrənilməsində tətbiq etməyi.


Qaydalar (Tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Seminar məşğələləri zamanı tələbələrin əvvəlki mövzunu mənimsəmələri qiymətləndiriləcək, yeni mövzu əyani vasitələrin (PPT və video fayllar) nümayişi ilə izah ediləcəkdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri yazılı və şifahi sorğuda yoxlanılacaqdır. Kursun sonunda sərbəst işlərin verilməsi vacibdir.


Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini və etik qaydaları pozmaq, həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.



MÖVZULAR ÜZRƏ SAATLARIN TƏXMİNİ BÖLGÜSÜ VƏ TƏQVİM-TEMATİK PLAN


Həftə

Tarix

(planlaşdırılmış)


Fənnin mövzuları

Dərslik /

Tapşırıqlar



1

18.09.13

Mühazirə №1: DNT molekulu.

DNT-nin genetik funksiyasının sübut olunması tarixi. Everi, Xerşi və Çeyzin təcrübələri. DNT molekulunun fiziki xassələri. DNT-nin konformasiya formala-rı ( A, B, Z və H-forması.). DNT-nin denaturasiyası və renatursiyası. DNT-nin, onun konformasiyasını, molekulun elastikliyini və sərtliyini müəyyənləşdirən nukleotid ardıcıllıqları. Uotson-Krikin və Xuqstinin əsasların komplementar cütləri. Triplekslər. Həlqəvi DNT molekulları və DNT-nin superspirallaşması haqqında anlayış. Superspirallaşmış DNT-nin parametrləri və belə DNT mole-kulunda konformasiya keçidləri. DNT-nin topoizomerləri. Topoizomerazalar və onların tipləri. Topoizomerazaların təsir mexanizmləri. Bakteriyaların DNT-girazaları.



Seminar məşğələ :1. Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




2

25.09.13

Mühazirə №2: Molekulyar biologiyanın mərkəzi doqması və genetik kod. DNT-nin quruluşunda, reduplikasiyasında və transkripsiyasında komplementar-lıq prinsipi. DNT  RNT  zülal istiqamətində genetik informasiya axını. Məlumat (kodlaşdırıcı) RNT və ya mRNT. Genetik kodun kəşfi tarixi. Kodun əsas xassələri: tripletlik, vergülsüz kod, kodların “cırlığı”. Kod lüğətinin xüsu-siyyətləri, kodon ailələri, mənalı və “mənasız” kodonlar. Kodlaşdırıcı olmayan RNT: kəşfi, əsas növləri (ribosom RNT, nRNT). Kiçik qeyri-kodlaşdırıcı RNT. Müasir RNT dünyası.

Seminar məşğələ :2 Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




3

02.10.13

Mühazirə №3: Genomların quruluşu-təşkili

Müxtəlif orqanizm qruplarında genomun ölçüsü, quruluşu və təşkili xüsusiyyət-ləri. Orqanizmin quruluşunun mürəkkəbliyinin genomun ölçüsü, tərkibində olan genlərin sayı və kodlaşdırılan zülal modullarının sayı ilə korrelyasiyası. Müxtə-lif orqanizmlərin xromosomlarının quruluşu. Sentromer və telomer sahələrin quruluşu. Telomeraza, xətti quruluşlu xromosomların uc hissələrinin replikasiya mexanizmi. Süni xromosomlar. Xromosomlarda genlərin paylanması qanunauy-ğunluqları. Müxtəlif orqanizmlərdə zülal kodlaşdırmayan DNT-nin miqdarı.

Genomların yenidən qurulmalarının, böyüməsi və kiçilməsinin mexanizmləri, mobil genetik elementlərin bu proseslərdə rolu. Homoloji gen ailələri. Ortoloq-lar və paraloqlar. Psevdogenlər. Təkrarlanan ardıcıllıqların tipləri və müxtəlif orqanizmlərin genomunda onların rastgəlmə tezliyi. Pro- və eukariotların ge-nomlarının təkamülü mexanizmlərindəki fərqlər. Müxtəlif eukariotlarda qırılan genlərin strukturu: intronların və ekzonların ölçüsü və sayı, genlərin quruluşu-nun, onların bitkilərdə və heyvanlarda ekspressiyasının mexanizm fərqləri ilə qarşılıqlı əlaqəsi.

Seminar məşğələsi :3 Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi





4

09.10.13

Qeyri is gunu




5

23.10.13

Mühazirə №4: DNT-nin replikasiyası

Biopolimerlərin matrisa sintezi prosesləri, onların mərhələləri. RNT-nin replika-tiv və reparativ sintezi. DNT-nin polimerləşmə reaksiyasının mexanizmi və onun katalizi. DNT-polimerazaların ekzonukleaza aktivliyi və DNT-in öz-özü-nü törətməsinin dəqiqliyinin təmin edilməsində onların rolu. Pro- və eukariot-ların DNT-polimerazaları: ölçüləri, subvahid tərkibi, fermentativ aktivlikləri və replikasiya və reparasiya proseslərində iştirakı. E.coli-də DNT-polimeraza III –ün quruluşu, onun subvahidlərinin funksiyaları. Dimer polimerazanın iş modeli; komplementar zəncirlərdə DNT sintezinin koordinasiyası. Replikasiya “çəngə-lində” digər fermentlərin iştirakı. Köməkçi zülalların(SSB, xelikazalar, prayma-zalar, liqazalar) DNT sintezində rolu. Yarımkonservativ sintez və Okazaki fraq-mentləri. E.coli-də replikasiyanın inisiasiyasının tənzimlənməsi. Replikasiyanın start sahəsinin quruluşu (OriC) Replikasiyanın strat sahəsində DNT-nin struk-tur keçidləri. Replikon anlayışı. Replikasiyanın tənzimlənməsində metilləşmə-nin rolu. Bakteriyalarda replikasiyanın terminasiyası. Eukariotların replikonları. Maya göbələklərində Ori, onların struktur-funksional təşkili. Eukariotlarda DNT-nin replikasiyası-nın inisiasiyasına nəzarətin prinsipləri. DNT-nin replika-siyası ilə bağlı olan topoloji problemlər. I və II tipli topoizomerazalar, onların təsir mexanizmləri. Seminar məşğələ №4: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi






6

30.10.13

Mühazirə №5: DNT-nin reparasiyası və rekombinasiyası.

DNT-də zədələnmələrin reparasiyası. Reparasiya tiplərinin təsnifatı. Timin dimerlərinin və metilləşmiş quaninin birbaşa reparasiyası. Əsasların kəsilməsi. Qlikozilazalar. Urasilqlikozilaza. Əsasların reparasiya fermentləri tərəfindən “spiralxarici tanınması”. Zədələnmiş nukleotidlərin kəsilib kənar-laşdırılması (ekssiziyası). Ekssiziya reparasiyası həyata keçirən ferment kom-pleksi. Aktiv transkripsiya edən genlərdə səhvlərin aradan qaldırılmasına yö-nəlmiş reparasiya mexanizmləri. Cütləşməmiş nukleotidlərin reparasiyası mexanizmi. DNT-nin reparasiya olunan zəncirinin seçilməsi. SOS-reparasiya. Pro- və eukariotlarda SOS-reparasiyada iştirak edən DNT-polimerazaların (DNT-mutazalar) xassələri. Bakteriyalarda “adaptiv mutasiyalar” haqqında təsəv-vürlər. İkizəncirli kəsiklərin reparasiyası: homoloji postreplikativ rekombinasi-ya və DNT molekulunun qeyri-homoloji uclarının birləşməsi. İkizəncirli kəsik-lərin reparasiyasını və reparasiya sona çatanadək DNT-nin replikasiyasını da-yanmasını təmin edən siqnallar. Müxtəlif reparasiya sistemlərinin defektləri ilə əlaqədar meydana çıxan xəstəliklər.

Rekombinasiya. Ümumi (homoloji) və saytspesifikli rekombinasiya haqqında anlayış. Ümumi və saytspesifikli rekombinasiyanın molekulyar mexanizm-ləri-nin oxşar və fərqli cəhətləri. İkizəncirli kəsik və bu kəsiklərin rekombinasiyasını nəzərdə tutan rekombinasiya modeli. Postreplikativ reparasiyada rekombinasi-yanın rolu. Rekombinasiya modelində Xollidey strukturları. Heteroduplekslər (fermentlər).E.coli-də rekombinasiyanın enzimologiyası: RecA, RecBCD və RuvABC zülallarının rolu. Ali eukariotlarda rekombinasiya. Saytspesifiklikli rekombinasiya. Saytspesifiklikli rekombinasiyalar zamanı xromosomlarda baş verən struktur dəyişikliklərinin tipləri. Saytspesifiklikli rekombinazaların təsiri-nin molekulyar mexanizmləri. X-faqın inteqrasiyası.

Seminar məşğələ №5: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




7

06.11.13

Mühazirə №6: Transkripsiya

Kodlaşdırıcı və kodlaşdırmayan (matrisa) zəncirlər haqqında anlayış. Pro- və eukariotlarda transkripsiya vahidi və onun struktur elementləri. Prokariotlarda transkripsiya. RNT-polimerazanın quruluş xüsusiyyətləri. Kor-ferment və xolo-ferment. Promotor və onun tanınması mexanizmi. Alternativ a-faktorları. Transkripsiya tsiklinin mərhələləri. Prokariotlarda transkripsiyanın Rho-asılı və asılı olmayan terminasiyası. Eukariotlarda transkripsiya. RNT-poli-meraza I, RNT-pol II və RNT-pol III fermentlərinin strukturu, əsas subvahidlərin funksi-yaları. Eukariotların promotorları: ölçüləri, yeri, quruluşu və müxtəlif RNT-po-limerazalar tərəfindən tanınması mexanizmləri. Promotorun transkripsiyanın başlanğıc nöqtəsi və intensivliyinə nəzarət edən elementləri. Transkripsiya faktorları. Enhanserlər, izolyatorlar və saylenserlər. Eukariotların RNT-pol I, RNT-pol II və RNT –pol III transkriptlərinin terminasiyası.



Seminar məşğələ №6: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




8

13.11.13

Aralıq imtahan




9

20.11.13

Mühazirə №7: Qədim RNT dünyası və həyatın meydana gəlməsi.A.İ.Oparinin zülalların ilkin olaraq meydana gəlməsi haqqında hipotezi və onun əsas çatışma-mazlıqları. RNT-nin ilkin olaraq meydana gəlməsi haqqında hipo-tez. RNT-nin elonqasiyası və kompartmentləşməsi; RNT koloniyaları. K.Vuzun (C.Woese) canlı varlıqların ümumi universal əcdadı haqqında hipotezi. Zülalların biosinte-zinin RNT dünyasının əsasında meydana gəlməsi. DNT-nin RNT-dən yaranma-sı və universal genetik kodun bərqərar olması. Canlı varlıqların 3 əsas şaxəsinin RNT-dən yaranması.

Seminar məşğələ №7: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi





10

27.11.13

Mühazirə №8: RNT-nin prosessinqi.

Polimeraza II tərəfindən sintez olunan transkriptlərin kep-ləşməsi, splaysinqi və poliadenilləşməsi. Splaysinqin mexanizmləri. Kiçik nüvə RNT-lərinin və zülal faktorlarının rolu. Splaysosoma. Alternativ splaysinq, misallar. Splaysinq en-hanserləri. Drozofildə alternativ splaysinq kaskadları və cinsi diferensasiyanın tənzimlənməsi. Alternativ splaysinqin bioloji rolu, misallar. Promotorda RNT-polimeraza ilə birləşən zülalların splaysinqin spesifikliyinin müəyyənləşməsin-də rolu. Splaysinq və onun mRNT-nin sitoplazmada fəaliyyətinin spesifikliyinin müəyyənləşməsində rolu. Pre-mRNT. Transkripsiya, splaysinq və RNT-nin nü-vədən sitoplazmaya daşınmasının qarşılıqlı əlaqəsi. Nüvə məsamələri. Trans-splaysinq, onun yayılması. “Öz-özünə splaysinq”. Pro – və eukariotlarda nRNT və rRNT-nin prosessinqi. Ribozanın metilləşməsi və psevdouridinin əmələ gəl-məsi. Kiçik nüvə RNT-lərinin rolu. 1 və 2-ci qrup intronlar. RNT-nin redaktə olunması. Redaktənin tipləri. Uridil qalıqlarının insersiyası, urasilin və adeninin dezaminləşməsi. RNT-nin 2-zəncirli sahələrinin redaktə olunması. Splaysinqin redaktə olunması və tənzimlənməsi.



Seminar məşğələ №8: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




11

04.12.13

Mühazirə №9: Translyasiya

Zülalların biosintezinin ümumi sxemi. mRNT, onun quruluşu və funksional sahələri. Genetik kodun əsas xassələri. Kod lüğətinin xüsusiyyətləri; universal kod və onun variantları. Kodon və antikodon, onların qarşılıqlı təsir prinsipləri. Qeyri-ciddi uyğunluq prinsipi (wobble-hipotezi). Nəqliyyat RNT: birinci, ikinci və üçüncü quruluşu, modifikasiyaya uğramış nukleotidlərin rolu. nRNT-nin aminoasilləşməsi. Aminoasil-nRNT-sintetazalar, onların quruluşu və təsir mexanizmi. Aminoasilləşmənin spesifikliyi, ona nəzarət mexanizmləri. Proka-riot və eukariot tipli ribosomlar. Ribosom RNT və zülalları, onların növləri və nomenklaturası. Translyasiya prosesində RNT və zülalların rolu. Ribosomların funksional sahələri: mRNT – birləşdirən sahə, nRNT birləşdirən A, P və E sahə-ləri, faktor birləşdirən sahə. Prokariotlarda translyasiyanın inisiasiyası.Ribosom-ların mRNT-də inisiasiya kodonları və ribosomların birləşdiyi sayt. İnisiator nRNT və zülal təbiətli inisiasiya amilləri. Eukariotlarda translyasiyanın inisia-siyası. Eukariotların mRNT-nin xüsusiyyətləri. Kep-struktur və inisiasiya ko-donları, Kozak ardıcıllığı. İnisiasiya kodonunun tanınması mexanizmi. İnisiator nRNT-nin xüsusiyyətləri. Ribosom və mRNT ilə qarşılıqlı təsirdə olan zülal faktorları. Polipeptid zəncirin elonqasiyası. Transpeptidasiya reaksiyası: mexa-nizm və kataliz. Elonqasiya faktoru 2 (EF-G və ya EF-2) və ribosomun translo-kasiyası.Translyasiyanın terminasiyası: terminasiya kodonları, terminasiyanın zülal faktorları (RF1, КЕ2, RF3), peptidil-nRNT-nin hidrolizi. RRF faktoru və translyasiya kompleksinin dissosiasiyası. Zülalların biosintezinin energetikası. Seminar məşğələ №9: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi






12

11.12.13

Mühazirə №10: Zülalların foldinqi və deqradasiyası

Zülalların nativ 3-ölçülü strukturunun formalaşması. Pro- və eukariotlarda Hsp60 и Hsp70 ailəsindən olan molekulyar şaperonlar. GroELS və DnaKJ-GrpE şaperon komplekslərinin iş tsikli. Zülalların deqradasiyası: prokariotların ATF-asılı proteazaları və eukariotların 268 proteasomu. Anomal zülalların tanınması mexanizmi.



Seminar məşğələ №10: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi



13

18.12.13

Mühazirə №11: Zülalların daşınması

Prokariotlarda zülalların sekresiyası: Sec-aparat və siqnal peptidi, I – IV tipli sekresiya sistemləri. Eukariotlarda zülalların hüceyrənin kompartmentləri üzrə paylanması. Zülalların EPŞ-nin boşluğuna kotranslyasion translokasiyası. SRP-hissəcik və onun reseptoru. EPŞ-nin boşluğunda zülalların modifikasiyası. Zülalların mitoxondri və xloroplastlara daşınması, zülalların bu orqonoidlərin daxilində lokalizasiyasına nəzarət. Zülalların nüvə membranı məsamələrindən daşınması.Seminar məşğələ №11: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi






14

25.12.13

Mühazirə №12:Molekulyar biologiyanın tədqiqat metodları:

Zülalların amin turşu tərkibinin və birinci quruluşunun təyini metodları. Zülalla-rın mass-spektrometriyası. Aminturşularının funksional qruplarının kimyəvi modifikasiyası reaksiyaları. Polipeptid zəncirin spesifik və qeyri-spesifik fraq-mentasiyası üçün kimyəvi və fiziki metodlar. Metodun tətbiq sahələri. Zülalla-rın parçalanması zamanı alınan peptidlərin ayrılması. N-ucda yerləşən amintur-şularının təyini. Senger metodu. C-ucda yerləşən amin turşularının və ardıcıllıq-ların təyini. Zülalların avtomatik sekvensiyası üçün Edman metodu. Zülallarda disulfid rabitələrinin lokalizasiyası. Peptid xəritələşdirməsi. Molekulyar kom-plekslərin öyrənilməsi metodları. Proteomikanın metod və vəzifələri. Mikrosko-piya. Rentgenostruktur analiz. Radioaktiv izotoplar. Ultrasentrifuqa. Xroma-toqrafiya. Elektroforez. Hüceyrə kulturası. Hüceyrəsiz sistemlər. Monoklonal antitellər. İn vitro-da DNT sintezi –PCR metodu.



Seminar məşğələ №12: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi




15




Mühazirə №13: Sensor proseslər və hüceyrə daxili tənzimləmə

Sensor tənzimləmənin ümumi prinsipi. İnformasiyanın hüceyrə membranından ötürülməsi. Zülal kanallar, daşıyıcılar və reseptorlar. Qapı kanallarının reseptor funksiyası. Tənzimləmədə kinazaların və O-zülalların rolu. Pro – və eukariot-larda transkripsiyanın aktivləşmə və repressiyası mexanizmlərinin oxşar və fərqli cəhətləri. DNT-nin spesifik zülallar tərəfindən tanınan ardıcıllıq modul-ları. DNT-nin spesifik ardıcıllıqlarını tanıyan zülal domenləri. Bakteriyaların sensor mexanizmləri. İkikomponentli tənzimləyici sistemlər: təsir prinsipi və misallar. Bakteriyalarda siqnal kaskadları. Eukariotların sensor mexanizmləri. Siqnal yollarının komponentləri (reseptorlar, О-zülallar, effektorlar, ikincili messencerlər). G-zülalların təsir prinsipi və strukturu. Proteinkinazaların tipləri. Siqnalın nüvəyə ötürülməsi üsulları. Siqnalizasiya-nın spesifikliyinə nəzarət. Bitkilərdə sensor proseslərin xüsusiyyətləri.



Seminar məşğələ №13: Müvafiq mövzuda video-materialın nümayişi, şifahi və yazılı sorğunun keçirilməsi










Final imtahan




Yüklə 107,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin