1. X şirkətinin 01.01.20X3-cü il tarixinə balansında 3 000 AZN məbləğində təxirə salınmış vergi aktivi mövcuddur. X şirkəti 01.04.20X3-cü ildə yeni bir avadanlıq aldı. Alınan avadanlığın ilkin dəyəri 300 000 AZN-dir. Şirkət bu aktivə 40 illik faydalı istifadə müddəti ilə düz xətt metodundan istifadə edərək aylar üzrə bərabər məbləğlərdə amortizasiya hesablayacaq. Ölkədəki vergi qanunvericiliyi bu tip avadanlıqlara 5% dərəcə ilə azalan qalıq metodundan istifadə etməklə amortizasiya hesablanmasını tələb edir. Amortizasiya məbləği vergi qanunvericiliyinə görə aylar üzrə bölünə bilməz.
X şirkəti həmçinin 20X3-cü il üzrə 30 000 AZN məbləğində faizlər üzrə kreditor borcu yaradır. Sözügedən kreditor borclarının 20 000 AZN hissəsi 31.12.20X3-cü ilə qədər tam ödənilib. Ölkədəki vergi qanunvericiliyi faizlər üzrə kreditor borcunun yalnız ödənilən hissəsini xərc kimi tanıyır.
Ölkədəki vergi dərəcəsi 20%-dir.
Sual 1. 31.12.20X3-cü il bitən hesabat dövrü üçün X şirkətinin avadanlığa görə yaradacağı təxirə salınmış vergi nə qədərdir? (1.5 bal)
Sual 2. 31.12.20X3-cü il bitən hesabat dövrü üçün X şirkətinin faizlər üzrə kreditor borcuna görə yaradacağı təxirə salınmış vergi nə qədərdir? (1.5 bal)
Sual 3. 31.12.20X3-cü il bitən hesabat dövrü üçün X şirkətinin mənfəət və ya zərər haqqında hesabatda tanımalı olduğu mənfəət vergisi üzrə xərc (gəlir) məbləği nə qədərdir? (2 bal)
Cavab 1: (294 375 – 285 000) * 20% = 1 875 TSVÖ
Balansa görə avadanlığın qalığı = (300K – 300K/40/12*9) = 294 375
Vergiyə görə avadanlığın qalığı = (300K – 300K*5%) = 285 000
Cavab 2: (30K – 20K) * 20% = 2 000 TSVA
Balansın tanıdığı xərc = 30 000
Verginin tanıdığı xərc = 20 000
Cavab 3: 3 000 – 125 = 2 875 MV xərci
İlin sonuna qalıq TSVA = 125
İlin əvvəlinə TSVA = 3 000
İlin sonu üçün tapılan məbləğlər birlikdə son qalığı tapmağımıza kömək edir (2 000 TSVA və 1 875 TSVÖ). Məsələdən də görünür ki, şirkətin ilin sonuna 125 AZN TSVA-sı mövcuddur (2 000 – 1 875). Şirkətin ilin əvvəlinə TSVA-sı isə 3 000 AZN idi. Bu məbləğ şirkətin bir növ “artıq ödəməsi”ni təmsil edir. Fərz edək ki, şirkətin 3 000 AZN artıq ödəməsi 125 AZN-ə düşüb. Deməli, il ərzində müəssisənin 2 875 AZN xərci olmalıdır ki, bu məbləğdə azalma baş versin.
2. X şirkətinin 01.01.20X2-ci il tarixinə təxirə salınmış vergi öhdəliklərinin qalığı 1 000 AZN olub. X şirkətinin aktiv və öhdəliklərinin balans və vergi məbləğləri arasında müəyyən fərqliliklər mövcuddur. Həmin fərqliliklərlə bağlı qeydlər aşağıdakı kimi olub:
Dostları ilə paylaş: |