“Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.1.36-cı yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
QƏRARA ALIR:
1. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” (əlavə olunur) təsdiq edilsin.
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Poçt rabitəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 14.06.2006-cı il tarixli 131 nömrəli əmrinin 1-ci hissəsi ləğv edilsin.
4. Sənədlərlə iş şöbəsinə (Z.Mehdiyev) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının struktur bölmələrinə, onun strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göndərilməsini təmin etsin.
Dostları ilə paylaş: |