Qaydaları Ümumi müddəalar Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir



Yüklə 0,66 Mb.
səhifə1/37
tarix01.01.2022
ölçüsü0,66 Mb.
#107425
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   37

1. Gizli və qeyri-formal fəaliyyət nəzərə alınmaqla avtomobil

nəqliyyatı xidmətlərinin ümumi həcminin müəyyən edilməsi

qaydaları

Ümumi müddəalar

Yük (sərnişin) avtomobil nəqliyyatı xidmətlərinin ümumi həcminə aşağıdakılar daxildir:

  • yük avtomobilləri, pikaplar və minik avtomobillərinin şassisi üzərində
    furqonlar və avtomobil qoşquları ilə yerinə yetirilən yük daşımalarının məcmu
    həcmi;

  • istismarda olan marşrut avtobusları (pulsuz gediş hüququndan istifadə
    edən sərnişinlər də daxil edilməklə), marşrut taksimotorları və sifarişlə işləyən
    avtobuslar ilə sərnişin daşımalarının məcmu həcmi.

Avtomobil nəqliyyatı ən kütləvi, mobil və çətinliklə uçota alınan nəqliyyat növüdür. Burada statistik müşahidə ilə əhatə olunmayan və qiymətləndirilməli olan qeyri-formal fəaliyyət mövcuddur.

Belə fəaliyyət növlərinə aşağıdakılar aid edilir:



  • lisenziyasız iş - kommersiya daşınmaları fəaliyyətini yerinə yetirmək
    üçün lisenziyanın olmasını tələb edən, müəyyən edilmiş inzibati qaydalar
    çərçivəsindən kənarda daşımalar üzrə xidmətlərin göstərilməsi;

  • avtomobil nəqliyyatı vasitələrinin sürücüləri tərəfindən şəxsi gəlir əldə
    etmək məqsədi ilə iqtisadiyyatın leqal sektorunun (dövlət, səhmdar, idarə
    tabeçilikli, özəl, lisenziyalar üzrə işləyən və s.) avtomobil nəqliyyatının kənar
    (ikinci dərəcəli) fəaliyyəti və ya vergi ödəməkdən yayınmaq üçün fəaliyyətin
    nəticələrinin bir hissəsinin gizlədilməsi.

Bu mərhələdə kommersiya daşımaları üçün lisenziyası olmayan avtomobil nəqliyyatı ilə yerinə yetirilən daşınma işlərinin əlavə həcmi qiymətləndirilir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin