Rəhman, RƏHİm allahin adi iLƏ!



Yüklə 23,89 Kb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü23,89 Kb.
#109762
  1   2   3   4

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Öz bəndələrinin dua etməsinə izin verən, imanı, tövbəni və ağlamağı Özünə yaxınlaşma vasitələrindən qərar verən Allaha həmd olsun!

Salam və salavat olsun nəbilərin sonuncusu Mühəmmədə, onun ailəsinə və təqvalı tabeçilərinə!

Şükür və tərif əzimüşşən Pərvərdigarın müqəddəs zatına layiqdir ki, böyüklüyün, ehtiyacsızlığın və izzətin kamalı ilə Özünün lütf, mərhəmət, mehribanlıq və ülfət qapılarını Öz bəndələrinin üzünə açdı, kiçiyə, böyüyə, saleh insana, islah olunmaz insana, itaətkara, üsyankara, möminə və kafirə ümumi izin və rüxsət verdi ki, gecə və gündüzün hər saat və hər dəqiqəsində vaxtlı-vaxtsız, gizli-aşkar Onu çağırsınlar, vasitəsiz olaraq Onun Özü ilə danışsınlar. Öz Kitabında “Mumin” surəsinin 60-cı ayəsində buyurmuşdur: “... Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! ...” Həmin ayədə duanı və Özünün çağırılmasını ibadət hesab edərək buyurmuşdur: “... Mənə ibadəti təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” Göstəriş vermişdir ki, Ona minacat etsinlər, istəklərini Ona ərz etsinlər, nəinki bizi tərk etmiş əmirə, qapıçıya, vəzifəyə təyin edilmiş nazirə, vəkilə və təqdim edənə.

Kim istəyir gəlsin sözünü desin, hər nə istəyir desin. Bu dərgahda təkəbbürlülük, naz-qəmzə və qapıçı yoxdur. Kim harada istəsə, O Cənabla söhbət edə bilər. O, hər bir qəlbdən və hər bir dildən agahdır. Onun nə mütərcimə (tərcüməçiyə), nə vasitəyə, nə də rüşvətə ehtiyacı vardır.

Buyurmamışdır ki, müqərrəblər (Allaha yaxın bəndələr) Mənə dua etsinlər, yaxud deməmişdir ki, kimisə vasitəçi və yol yoldaşı gətirin. Əksinə, buyurmuşdur ki, imanınızı, təqvanızı və yalvarışlarınızı vəsilə qərar verin, onları axtarın, nəinki onları çağırın.

Allahın bəndə üzərindəki haqlarından biri də budur ki, Ona Onun Özünün göstəriş verdiyi kimi dua etməli, Ona Onun Özünün istədiyi kimi bəndəlik etməli, Onun proqram və qanunundan üz çevirməməli və Onu Allahın Özünü tanıtdırdığı adlar və sifətlərlə çağırmalıdır. Bu işdə özünün naqis səliqəsi ilə kifayətlənməməli, Allahı Onun zatına layiq olmayan adlarla çağırmamalı, peyğəmbərlərə və övliyalara bağlılıq bəhanəsilə ilahi qanuna zidd hərəkət etməməlidir.

Çox təəssüflər olsun ki, bizim dövrümüzdə cəhalət, təkəbbürlülük və bidətlər elə yayılmışdır ki, müqərrəblərə (Allaha yaxın bəndələrə) bağlılıq adı altında və saxta hədislərə və qeyri-əqli (əqlə zidd) kitablara müraciət bəhanəsilə Quranın göstərişlərinə zidd əməl olunur.

Ən yaxşı dualar Allah-Taalanın peyğəmbərlərin və digərlərinin dilindən nəql etdiyi, Özünün göstəriş verdiyi Quran dualarıdır, çünki Quran möhkəm və mütəvatir bir sənəddir, saxtakarların və yalançıların müdaxiləsindən qorunmuşdur. Allah Özü onu qorumağa zəmanət vermiş və “Hicr” surəsinin 9-cu ayəsində buyurmuşdur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik, sözsüz ki, Biz də onu qoruyacağıq!”

“Məfatihul-Cinan” kimi bir çox dua kitablarında yazılan saxta duaların və ziyarətlərin çoxu Qurana ziddir. Millətimiz Qurandan uzaq düşdüyü və ondan xəbərsiz olduğu üçün bu şeylərə diqqət etmirlər. Deməli, hər bir müsəlmanın bacardığı qədər Quranla tanış olması vacibdir, çünki səmavi Kitab üzərində tədəbbür etmək zəruridir. Ondan uzaqlaşmaq isə həlak olmağa və məzhəbi xurafatlar içində qərq olmağa səbəbdir. Quran ayələrilə tanış olmağın vasitələrindən biri də budur ki, insan Qurandakı duaları əzbərləməli, hər bir halda istər namazda, istər iş zamanı, istərsə də yatdıqda, minacat, dua və ehtiyacların ərz edilməsi məqamında onları oxumalıdır. Əmirülmöminin buyurmuşdur: “Quranı olan bir şəxsin başqa heç bir şeyə ehtiyacı yoxdur və hər bir Kitabdan da ehtiyacsızdır”.


Dua və Qurandan dualar” kitabından


Yüklə 23,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin