Reviziya tarixi 01/01/2014 V2 Azpol Purkap/as poliuretan Emprenye astar



Yüklə 56,3 Kb.
tarix19.06.2018
ölçüsü56,3 Kb.
#54225





REVIZIYA TARIXI 01/01/2014 V2

Azpol Purkap/AS

Poliuretan Emprenye astar

Ünvan:

Bakı şəhəri, Albalılıq qəs.

Sifariş üçün əlaqə nömrəsi:

(+994 12)453 90 50

Fax: (+994 12)453 90 33

E-mail: office@nb group.az

www.nbgroup.az
Məhsul haqqında ümumi anlayış:

Iki komponentli, solventsiz, rəngsiz, şəffaf, mexaniki aşınmaya, yüksək adgeziyaya və möhkəmliyə malik, müxtəlif aradoldurucularla uyğunlaşa bilən beton astarıdır. Beton üzərində olan çatları və boşluqları dolduraraq üzərinədən vurulacaq Self leveling və digər qoruyucu qatlarla səthin daha möhkəm və mükəmməl örtməsinə imkan yaradır. Ekoloji cəhətdən təmiz və sağlamlığa ziyansızdır.



______________________________________________________________________

Tətbiq sahəsi:

Azpol Purkap/AS - qida, əczaçılıq, tekstil, kimya, elektrik və siqaret fabrikləri, konserv zavodları, balıq, ət və süd məhsulları sənayesi, mehmanxanalar, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar,uşaq baxçaları məktəblər, və sairə sənaye və məişət obyektlərində beton və bənzər səthlərdə self levelinq Azpol Purkap/SL və son qat Purkap-Topcoat boyaların altından astar olaraq istifadə edilir.



Texniki göstəricilər:

Rəngi: şəffaf, rəngsiz

Parlaqlıq dərəcəsi: parlaq

Quru çöküntü: 100% (ağırlıqca); 94,7%(həcmcə)

Qalınlıq: səthin xüsusiyyətindən asılı olaraq.

Nəzəri sərf norması: iki komponent qarışiqı 0,3-0,5 kg/m2

Məhsulun tipi:

A komponenti- polyol

B komponenti – aromatic polyisocuanat

Kvarts qumu tanə böyüklüyü: 0,1- 0,3 mm



Quruma müddəti: 200C temperaturda

Toxunma quruma 3-4 saat

Tam quruma 24 saat

Qatlar arası 10-24 saat



Tənzimləyici məlumatlar:

Alışma temperaturu : ≥1300C

Məhsulun sıxlığı: A komponenti- 1,1 kg/litr ; A +B komponenti- 1,16 kg/litr

UAB(uçucu üzvi birləşmələr) : 0 gr/litr (UK-PG6/23(92)



Zəmin səthinin hazırlanması:

Azpol Purkap/AS- poliuretan emprenye astar vurulmadan əvvəl, beton səthin üzəri mexaniki olaraq shot blast yaxud freze ilə işlənməli, toz hissəciklərindən tam təmizlənməlidir. Yeni tökülmüş betonun üzərinə ancaq minimum 28 gün sonra zəmin astarı vurula bilər. Səthin nəmliyi 4% -dan çox olmamalıdır. Beton səthdə zəyif yerlər,defektlər,çatlar olmamalı. Betonun basınc müqaviməti 25 N/mm2, qopma möhkəmliyi isə -1,5 N/mm2 –dan az olmamalıdır. Səth hamar olmalı - 2 metrəlik reykada səthin əyriliyi 4 mm çox olmamalıdır.

İşlənən səth möhkəm, daşıyıcı, təmiz və tozsuz olmalıdır. Səthin yapışma gücünü azalda biləcək bütün maddələrdən, məsələn piy, yağ, pas, boya, gips, parafin və s. qalıqlardan təmizlənməlidir.

Vurulma zamanı atmosfer şərtləri:

Minimum temperatur: +100C ( zəmin səthin temperaturu şeh duşmə nöqtəsindən min. 30C yuxarı olmalıdır)

Maksimum temperatur: +300C

Maksimum nəmlik : 75%- dan cox olmamalı

İdeal atmosfer şəraiti: temperatur müsbət 15-250C,nisbi nəmlik 65%.

Boyanın hazırlanması:

Azpol Purkap/AS- poliuretan emprenye astar iki komponentli olduğu üçün sifarişciyə 2 qabda təqdim olunur. Tətbiq üçün hazırlanan iki komponentin cəmi qarışıq miqdarı 30-45 dəqiqədə istifadə ediləcəyi qədər olmalıdır.Tətbiq ediləcəyi zaman əsas hissə olan B komponenti mexanik bir qarışdırıcı ilə 300-350 dövrdə 2-3 dəqiqə qarışdırılır və istifadə ediləcəyi qədər təmiz bir qaba alınır . Bu alınan miqdar iki komponentin tövsiyə edildiyi nisbəti (aşağıda göstərilir) qədərində ola bilər. Bu miqdar tərəzi ilə çəkilir yaxud həcmi məlum olan qabla alınır. İkinci A komponenti də öz qabında , birinci B komponentlə bulaşıq olmayan mexaniki qarışdırıcı ilə 2-3 dəqiqə qarışdırılır və tövsiyə edildiyi miqdarda təmiz qaba alınmış B komponentinin üzərinə əlavə edilib homogen olaraq 2-3 dəqiqə qarışdirılır.



Tətbiq qaydası:

Azpol Purkap/AS- poliuretan emprenye astar hazırlanmış qarışımı səth üzərinə axıdılır və naylon rulo ilə (iplərin uzunluğu 8-12 mm) və ya düz dəmir mala ilə beton səthin üzərinə tətbiq edilir. Pupkap/AS səthin hamarlığından və hopdurma xassələrindən asılı olaraq səthdə homogen incə bir film olana qədər bir və ya iki qat vurulur. Astarın üzərindən vurulacaq qatlarla yapışmasını və möhkəmliyini artırmaq məqsədi ilə Pupkap/AS astarın üzərinə hələ yaşkən 0,1-0,3 mm dənə böyüklüyündə kvarts qumu səpilir. Kvarts qumun nəzəri sərfi : 0,5 – 0,7 kq/m2. Səth quruduqdan sonra, təxminən 10-24 saat sonra, astar üzərindəki yapışmamış sərbəst qalan qum hissəcikləri süpürülür və texniki toz soranla səth tam təmizlənir.



Qarışım nisbəti:

Ağılıqca : A komponenti - 1,00 kg ; B komponenti – 1,20 kg.

Həcmcə : A komponenti - 0,91 litr; B komponenti - 0,98 litr.

Qarışımın yaşama müddəti: 35 – 40 dəqiqə (200C temperaturda)



Qablaşdırma miqdarı:

A komponenti 10 litrəlik dəmir qabda - 10 kg ( qabla birlikdə - 10,57 kg)

B komponenti 15 litrəlik dəmir qabda - 12,0 kg ( qabla birlikdə - 11,2 kg)

Avadanlığın təmizlənməsi:

Rəngləmə işlərini qurtardıqdan sonra boyanın sistemdə qalan hissəsinin borudan, tapançadan və rəng aparatından xaric etmək lazımdır. Təhlükəsizlik tədbirlərinə əsasən tullantılar və istifadə olunmuş qablar ətraf mühitdən təcrid olunaraq, xüsusi ayrılmış yerlərdə saxlanılmalıdır.



Təmizlik tineri : Azpol Tiner T36 və ya Azpol Tiner T82

Yuyulma qaydası. İş günü ərzində istifadə olunan lak-boya materialın həcmindən və istifadə olunmasından asılı olaraq avadanlıq dərhal, daxilindəki lak-boya quruyub sərtləşmədən əvvəl, tinerlə təmizlənməlidir. Quruyub yeni sərtləşmiş lak-boya ancaq mexaniki yolla təmizlənə bilər. Boya avadanlıda bir neçə gün qalarsa avadanlıq tam yararsız hala düşə bilər.

Öncə görülən təhlükəsizlik tədbirləri:

Azpol zəmin kaplama boyaları əsasən sənaye və məişət obyektləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Rənglənmiş beton səthdə qaynaq işləri aparan zamanı, insan orqanizminə təsir edən qaz və toz ayrıla bilər, belə hallarda xüsusi qoruyuculardan və ventelyasiya sistemindən istifadə edilməlidir.


Saxlama müddəti: Minimum 12 ay. İstifadə müddəti bitdikdən sonra mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.

Saxlama şəraiti: Ventelyasiya olunan anbarlarda, quru halda, qaranlıq yerdə, isti və alovdan uzaqda. Temperatur 15-250C, nisbi rütubət 60-65% .

Sağlamlıq və Təhlükəsizlik şərtləri:

İstidən və alovdan uzaq saxlanılmalı, daşınma və istifadə zamanı təhlükəsizlk tədbirləri görülməlidir:

Simvol: Xn, F

Təhlükə xəbərdarlıqları: R 10/20/22/25/36/42/43

Təhlükəsizlik xəbərdarlıqları: S 2/3/7/9/23/24/25/29/37/39/5

Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə professional və təcrübəli olmaları lazımdır. Məhsul haqda məlumatları satış təmsilcilərindən tələb etməli və məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etməli və öyrənmələri vacibdir. Təqdim olunan məlumatlar və tövsiyyələr uzun sıra araşdırma və sınaqlar keçirilərkən əldə edilmişdir. Xahiş olunur boyanma qərarı verilmədən əvvəl texniki sənədlər əldə edilib öyrənilsin. Göstərilən tövsiyyələrə əsasən riayət edilməzsə şirkətimiz məhsulun keyfiyyətinə və başqa hallara cavabdeh deyil və məsuliyyət daşımır.




AZPOL PURKAP/ AS

EPOXY PRIMER

Address:


Albalilig settlement, Baku

Contact phones:

(+99412) 453 90 50

Fax: (+99412) 453 90 33

E-mail: office@nbgroup.az

www.nbgroup.az

PRODUCT DESCRIPTION:

AZPOL PURKAP/AS is a two-component,solvent free, non-toxic, clear, polyurethane primer coating with excellent resistance to abrasion and moisture.




FIELDS OF APPLICATION:

AZPOL AQUAEPOKS PRIMER is ideal in areas where incidental food contact may occur such as kitchens, cafeterias, hospitals, laboratories, warehouses, Supermarkets and shopping centers, High technology industrial use, Automotive and aerospace industries, Exhibits and fairs, Garages.


PRODUCT INFORMATION

Colour Clear

Gloss level gloss

Solid Content 100 % by weight, 94.7% by volume

Typical Film Thickness Depending on the surface

Theoretical Coverage 0.3-0.5 kg/m²

Practical Coverage Allow appropriate loss factors

Type of product

Part A- polyol

Part B- aromatic polyisocuanat

Silica sand - 0.1-0.3 mm

DRYING INFORMATION Overcoating Interval

Temperature Touch Dry Hard dry

20 °C 3-4 hours 24 hour 10 hours -24 hours


REGULATORY DATA

VOC 0 gr/lt (UK-PG6/23(92))

Product Weight Part A 1,1 kg/l, Part A + Part B 1.16 kg/l,

Flash point Part A> 130 0C
SURFACE PREPARATIONS

All surfaces should be clean, dry and free from dust and other contaminants. Wet substrates should be sponge dried to remove all free surface water then dried. Treat oil or grease contamination with degreaser followed by water or steam cleaning.



New concrete floors: should be at least 28 days old and have a moisture content of less than 5%. The relative humidity at the surface should not be more than 25% . Excessive laitance should be removed by mechanical methods. Dust and other debris should be removed by vacuum cleaning.
APPLICATION

Mixing

As Azpol Emprenye primer is a two component system, it is delivered in three packages.

Azpol Emprenye primer is supplied as ready to use kits in the exact ratio. Before mixing, precondition both A and B components to the temperature of +15ºC - +25ºC. Azpol Emprenye Primer component A is pigmented. Mix thecomponent A with drill at 300-350 rpm for 2-3 minutes until a homogenous colour is acheived without causing air bubbles. Pour the entire contents of component B into the container of component A; make sure that there is no product left in the component B package. Scrape well the sides and the bottom of the container to ensure a thorough mixing.

Mix Ratio 1 Part A to 1.2 Part B ( by weight),

0.91 Part A to 0.98 Part B (by volume)

Working Pot Life

20°C 35-40 minute




CLEANER : Azpol Thinner T 36 or Azpol Thinner T82

WORK STOPPAGES AND CLEANUP

Thoroughly flush all equipment with Azpol Thinner T 82 or Azpol Thinner T36. Once units of paint have been mixed they should not be resealed and it is advised that after prolonged stoppages work recommences with freshly mixed units.

Clean all equipment immediately after use with Azpol Thinner T 82 or Azpol Thinner T 36 . Do not exceed pot life limitations.
SAFETY

Symbol: Xn, F

Risk notifications: R 10/20/22/25/36/42/43

Safety notifications: S 2/3/7/9/23/24/25/29/37/39/5


Packaging

Part A Part B

Nett Pack Nett Pack

10 kq 10 lt 12 kq 15lt


Total weight after packing: 23.77 kg

Storage

Shelf Life 12 months minimum at 25°C. Subject to re-inspection thereafter. Store in dry, shaded conditions away from sources of heat and ignition.





Azpol Purkap/AS

Полиуретан Emprenye грунтовка


Адрес:

Бaку, пос.Aлбалылыг Телефоны для связи: (+994 12)453 90 50

Fax: (+994 12)453 90 33

E-mail: office@nbgroup.az

www.nbgroup.az


Описание продукции:

Трехкомпонентный, полиуретановый грунт, не содержит растворители, бесцветный, прозрачный, устойчивый к механическому истиранию, имеющий высокую адгезию и стойкость на бетонном основании. Хорошо совмещается с различными наполнителями, заполняет и выравнивает все трещины и отверстия на поверхности бетона хорошо сцепляется с основанием. Экологически чистая и не причиняет вред здоровью. Может служить укрепляющим грунтом для полиуретанового наливного покрытия Аzpol Purkap/ SL и Purkap-Topcoat



Область применения:

Azpol Purkap/AS –используется как грунтовка под наливными полиуретановыми покрытиями Azpol Purkap/SL и Purkap-Topcoat в продовольственных, фармакологических, текстильных, химических, электрических и табачных фабриках, консервных заводах, рыбной, мясной и молочной промышленности, в гостиницах, торговых центрах, производственных и ремонтных цехах, фермах, амбарах, гаражах, больницах, детских садах, школах и других промышленных и бытовых объектах.


Практическая информация:

Цвет: прозрачный, бесцветный

Уровень блеска: глянцевый

Сухой остаток: 100 %( по весу ) 94.7% (по объему).

Толщина: до 1 мм (зависит от поверхности)

Теор.расход: 0.3-0.5 кг/м2 (A+B)

Плотность: 1.16 кг/л (A+B комп)

Тип Продукта: Комп А : полиол

Комп B : ароматический полиизоцианат

кварцевый песок : 0,1- 0,3 мм




/


Yüklə 56,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin