Scientific histori



Yüklə 0,89 Mb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105494
  1   2

126

Azorbaycan Arxeologiyası 2006

Azerbaijan Ar Vol.: 8Nuı



ELM TARİXİ

SCIENTIFIC HISTORI

ИСТОРИЯ НАУКИ

XX ƏSRİN 50-80-Cl iLLƏRlNDƏ AZƏRBAYCAMN ORTA ƏSR ABİDƏLƏRİNIN ARXEOLOJl ÖYRƏNİLMƏSt



Tarix Dostiyev

(Bakı Dövlət Universiteti)
XX əsrin 50-80-ci illəri Azərbaycanın orta əsr abidələrinin öyrənill sində xüsusi bir mərhələni təşkil edir. Bu dövr çöl tədqiqatlarmın miqyas| genişlənməsi, ardıcıl və məqsədyönlü xarakter daşıması, əldə olunan: materiallarm tarixi mənbəyə çevrilməsi, orta əsr maddi mədəniyyətinin i ayrı məsələlərinə dair çoxsaylı elmi məqalələrin, bir sıra ümumləşd sanballı monoqrafık tədqiqat əsərlərinin yazılıb çap olunması ilə əlaməf olur.

50-ci illərdə aparılmış çöl tədqiqatlarımn səciyyəsinə Beyləqan qar ları ilə başlamaq məqsədəuyğundur. 1951-ci ildə I.M.Cəfərzadənin rəh| liyi ilə Beyləqan şəhər xarabahqlarında - Örənqalada arxeoloji qa aparan ekspedisiyanın qarşıya qoyduğu məqsəd Böyük və Kiçik ş qarşılıqlı əlaqəsini müəyyənləşdirməkdən ibarət olmuş, qazıntı nəticosiı Kiçik şəhərin Böyük şəhərdən sonra inşa edilməsi faktı təsdiqlənmişdir (1).

1953-cü ildə SSRl EA Arxeologiya Institutunun Leniqrad bölməsij Azərbaycan SSR EA Tarix Institutunun birgə təşkil etdikləri Azərbayc; (Örənqala) ekspedisiyası görkəmli qafqazşünas arxeoloq A.A.Iessenin bərliyi ilə Beyləqan şəhərinin xarabalıqlannda çöl tədqiqatlarına başlan 1953-1958-ci illərdə Orənqalada dörd sahədə - Kiçik şəhərin ərazisində( sahə), Böyük şəhərin şimal-şərq qala divarında (II sahə), şəhərin sənətkarla məhələsində (III və IV sahələr) geniş miqyash qazıntılar aparılmışdır. 1953 1956-cı illərdə aparılmış çöl tədqiqatları öz əksini nəşr olunmuş hesabatla (2) və A.A.Iessenin məlumatında (3) tapmışdır. 1956-1958-ci illərdə apa mış arxeoloji qazıntıların nəticələri haqqmda A.A.Iessenin məlumatlarr ı və hesabatlar çap olunmuşdur (6).

Birgə Azərbaycan (Örənqala) ekspedisiyasınm işləhni 1959-196U illərdə Azərbaycan SSR EA Tarix tnstitatanun Örənqala ekspedisiya Q.M.Əhmədovun rəhbərliyi ilə davam etdirmişdir. Ekspedisiya I və IV sah; lərdə qazmtını genişləndirməklə yanaşı həm də Böyük şəhərin daxilində I



Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4



sahə) və onun şimal-qərb qala darvaza yerində (VI sahə) yeni sahələrdə qazıntılar aparmışdır. Qazıntılar haqqında Q.M.Əhmədov, F.Ə.tbrahimov və N.V.Minkeviç-Mustafayeva geniş hesabatlar yazmışlar, lakin həmin hesabatlar çap olunmamışdır (7, s. 13).

Bütövlükdə, Örənqala ekspedisiyasının qazıntıları Azərbaycan arxeolo-giyasında orta əsrlər arxeologiyasının aynca bir sahə kimi formalaşmasma imkan verdi. Həmin sahə üzrə ixtisaslaşmış aparıcı mütəxəssislər - Q.M.Əh-mədov, N.V. Minkeviç-Mustafayeva, F.Ə.tbrahimov, Ö.Ş.tsmizadə forma-laşdı. Arxeoloji qazmtılar zamanı üzə çıxarılmış maddi mədəniyyət qalıqları, çoxsaylı faktiki materiallar Azərbaycanın orta əsr şəhəri haqqmda təsəvvür-ləri genişləndirdi və feodal şəhərinin öyrənilməsində arxeologiyanın per-spektivliyini əyani nümayiş etdirdi.

60-80-ci illərdə orta əsr şəhərlərinin arxeoloji tədqiqinə diqqət daha da artınlır, şəhər yerlərində arxeoloji qazıntılar intensivləşir, çöl tədqiqatları sistemli və ardıcıl xarakter alır. Bakıda Ö.Ş.tsmizadənin, F.Ə.tbrahimovun, Şamaxıda H.Ə.Ciddinin, Dərbənddə A.A.Kudryavtsevin, Şabranda R.B.Gö-yüşovun, Qəbələdə S.M.Qazıyevin, Q.M.Əhmədovun, F.V.Qədirovun, Q.C.Cəbiyevin, Xaraba-Gilanda Q.M.Aslanov və B.I.Ibrahimovun, Gəncədə C.Ə.Xəlilov və R.C.Əhmədovun, Bərdədə A.B.Nuriyevin rəhbərliyi altmda arxeoloji qazıntılar aparılır. 1969-cu ildən V.A.Kvaçidzenin rəhbərliyi ilə fəaliyyətə başlayan Sualtı arxeoloji ekspedisiya Xəzərsahili ərazidə I Bən-dovan, II Bəndovan kimi şəhərgahları aşkarlayıb bu abidələri tədqiq edir. Stasionar arxeoloji qazıntılar kəşfıyyat xarakterli axtarışlarla uzlaşdırılır. Nə-ticədə yazüı mənbələrdən adı bizə bəlli olmayan orta əsr şəhərlərinin xara-balıqları aşkarlanır, onların lokallaşdırılmasına dair mülahizələr irəli sürülür. Belə abidələrdən Kürdəmir rayonunda qeydə alınmış Şəhərgah yaşayış yeri (8, s.65-67), Dəvəçi rayonunda Dibrar şəhər yeri (9, s. 20-21) daha çox maraq doğurur.

Qəbələ, Şabran, Gəncə, Xaraba-Gilan şəhər xarabalıqlarından fərqli olaraq Şamaxı, Bakı, Dərbənd şəhərlərində həyat fasiləsiz bu gunədək da-vam etdiyindən bu abidələrdə aparılan arxeoloji qazıntıları müasir şəhər-salma ilə əlaqələndirmək lazım gəlirdi. Belə bir şəraitdə tamamilə düzgün olaraq şəhərin müxtəlif hissələrində qazıntılar aparmaqla ümumi mənzərəni və inkişaf dinamikasını müəyyənləşdirmək qərara almmışdır. Şamaxı şəhə-rində səkkiz sahədə, Bakıda iyirmi beş, Dərbənddə isə ondan artıq sahədə arxeoloji qazıntılar aparılmışdır. I Bəndovan və II Bəndovan şəhər xarabalıq-larınm arxeoloji tədqiqinin özəlliyi ondadır ki, bu abidələrdə sahilkənarı ərazidəki qazıntılar sualtı axtarışlarla əlaqəli şəkildə aparılırdı. Şabran şəhər xarabalıqlarında isə qazıntı sahələrinin seçiminə Mozdok-Qazıməmməd qaz boru kəmərinin inşaatı öz təsirini göstərmiş, kəmərin inşaatı ilə bağh olaraq



Azərbaycan Arxeologiyası 128 Azcrbaijan ArcheoloJ

2006 " Vol.: 8 Num.: 1-4 !

qazıntılar Şahnəzərli kəndi ilə Bakı-Xaçmaz şossesi arasında beş sahəfl aparılmışdır.

Azərbaycanın orta əsr şəhərlərinin xarabalıqlarında və şəhər tipli yafl yış yerlərində aparılmış arxeoloji qazıntılann nəticələri haqqında ekspc rəhbərləri, üzvləri mütəmadi olaraq respublika və ittifaq orqanlarında, xfl susilə də «Arxeoloji kəşflər» və «Azərbaycanda arxeoloji və etnoqrafık axfl nşlar», «Azərbaycanın maddi mədəniyyəti» məcmuələrində məlumat vefl mişlər. Azərbaycanın maddi mədəniyyət məcmuəsinin bir cildi 19 5 9-1960-ciB illərdə Qəbələdə aparılmış qazmtıların nəticələrinə həsr olunmuşdur (10).fl

60-cı illərin sonu - 70-ci illərdə birtəbəqəli son orta əsr şəhərgahlannfl o cümlədən Xarabaşəhər, Abbasabad, Şərifan abidələrində aparılmış arxefl loji qazıntılar XIII-XVII əsrlər Azərbaycan şəhərlərinin və şəhər mədənfl yətinin səciyyəsi baxımmdan əhəmiyyətli olmuşdur. Bu çöl tədqiqatları,


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin