SəRBƏst iŞ Fakültə: Coğrafiya İxtisas



Yüklə 184,22 Kb.
tarix14.12.2022
ölçüsü184,22 Kb.
#120967
növüQaydalar
0013-Mülki Müdafiə


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ



SƏRBƏST İŞ

Fakültə: Coğrafiya


İxtisas: Hidrometerologiya
Qrup: 2
Fənn: Mülki Müdafiə və ilk tibbi yardım
Müəllim: Elnur Nağıyev
Tələbə: Xəlilov Toğrul

1. Mühafizə qurğularının xüsusi avadanlığı, onun istismar qaydaları


Fövqəladə hallarda (FH) əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir.
Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə qurğularının fondunun yaradılması və istismarıdır.
Mülki müdafiənin mühafizə qurğuları fövqəladə hallarda adamların daldalanması, hər cür zədələyici təsirlərdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilə bilər. Fövqəladə hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Sülh dövründə mühafizə qurğusunu istismar edən müəssisə, təşkilat və idarələr obyekti istismara qəbul edəndən sonra ona məsul şəxs təyin edir ki, bu şəxslər binanın düzgün saxlanılmasına, qoruyucu tərtibatların və mühəndis-texniki avadanlığın vəziyyətinə müntəzəm olaraq nəzarət edirlər.
İstismar edilən mühafizə qurğusunda xüsusi sənədlər olmalıdır.
Sülh dövründə təsərrüfat ehtiyacları üçün istifadə edilən qurğuların daldalanma rejiminə keçirilməsi işləri obyektin rəhbərinin göstərişinə əsasən, bu qurğuya xidmət edən qrup və ya manqa tərəfindən yerinə yetirilir. Orada müxtəlif materialları, əmlak və avadanlığı çıxarıb otaqları boşaltmaq, eləcə də çatışmayan taxt və kürsüləri düzəltmək üçün xidmət manqalarına kömək olaraq xüsusi komandalara ayrıla bilər.
İçməli su tutumları həcm normalarınadək su ilə doldurulur. Dizel elektrik stansiyası konservasiyadan çıxarılır, ehtiyat çənlər yanacaq və yağla doldurulur. Ərzaq malları saxlanılan otaqlara qida maddələri ehtiyatları yığılır.
Mühafizə qurğularında mühəndis-texniki avadanlıqlar onların texniki sənədlərinin və təlimatlarının tələblərinə uyğun surətdə istismar edilir.
Sığınacaqlara hava süzücü ventilyasiya sistemi vasitəsilə təmiz ventilyasiya və süzücü ventilyasiya rejimlərində verilir. Bəzi hallarda havanın regenerasiya (bərpası) da nəzərdə tutulur.
Radiasiya əleyhinə daldalanacaqlara hava mexaniki surətdə təsirləndirilən təbii ventilyasiya hesabına verilir. Xarici şəbəkədən elektrik təchizatı kəsilərkən mühafizə qurğusunda qəza işıq mənbələrini işə qoşurlar. Qurğuya elektrik enerjisinin verilməsi kəsilərkən havanı içəriyə əl ventilyatorları vasitəsilə verilir. Sığınacağın su təchizatı sistemi sıradan çıxan hallarda əlüzyuyanlara və ayaq yoluna gələn suyu dərhal kəsir və qəza içməli su ehtiyatına sərfinə ciddi nəzarət edirlər.

2. Zədələnmə və yoluxma ocaqlarında aparılan xilasetmə işlərinin xüsusiyyətləri


İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikinci zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi - bu işlərə aiddir.
Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.
Kəşfiyyat əhalinin çıxış nöqtəsi və yerləşdirilmə, eləcə də təxliyə ərazisində, bilavasitə zədələnmə ocaqlarında keçirilir. Kəşfiyyatın vəzifələrinə nüvə partlayışı mərkəzinin (episentrinin), istifadə edilən döyüş sursatının mümkün qüvvəsinin, bina və kommunal-energetika şəbəkələrinin dağılması zonasının sərhədlərinin, müdafiə qurğularının vəziyyətinin, zərərçəkənlərin sayının və xilasetmə işlərinə aid obyektlərə yol və keçidlərin müəyyənləşdirilməsi aiddir. Kəşfiyyat hava, çay (dəniz) və yerüstü həyata keçirilir. Yerüstü kəşfiyyat böyük əhəmiyyətə malikdir. Bu kəşfiyyatın aparılmasında mexanikləşdirilmiş hərbi hissələrin kəşfiyyat bölmələrindən, rayonların mülki müdafiə qərargahlarının, xalq təsərrüfatı obyektlərinin kəşfiyyat qruplarından, xilasetmə dəstələrinin kəşfiyyat manqalarından və xüsusi təyinatlı kəşfiyyat qruplarından istifadə edilir.
Radiasiya kəşfiyyatı Mülki Müdafiə qüvvələrinin irəliləmə marşrutlarında hər hansı bir ərazinin, ətraf mühitin yerli obyektlərinin və su mənbələrinin, eləcə də zədələnmə ocağında radioaktiv zədələnmənin tez bir zamanda üzə çıxarılması və bu zədələnmənin dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə aparılır.
Yanğın kəşfiyyatı yanğın ocaqlarını, alovun həcmi və yayılma yollarını, insanların yerləşməsini və yanğının onlara təhlükə dərəcəsini, yanar və partlayıcı materialların partlama ehtimalını müəyyən edir. Yanğın kəşfiyyatı həmçinin yanğının söndürülməsi üçün lazımi qüvvə və vasitələrin müəyyən edilməsilə məşğul olur.
Qəza-xilasetmə işlərinə daxildir: Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı; Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi; Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması; Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması; Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi; Təhlükəli zonalardan əhalinin çıxarılması.
3. Mülki Müdafiə təbliğatı
Mülki Müdafiə biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından:
-şifahi;
-mətbuat;
-əyani formasından istifadə olunur.
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli formadır. Şifahi təbliğatın üstünlüyü ondadır ki, bu zaman təbliğatçı dinləyicilərlə üzbəüz durur və canlı dialoq yaranır. Belə şəraitdə adamları başa salmaq daha asan olur, mövzu yaxşı qavranılır, aydın olmayan məsələləri sual-cavab yolu ilə aydınlaşdırmaq mümkün olur.
Mətbuatın və başqa kütləvi informasiya vasitələrinin rolu Mülki Müdafiə biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Respublikadakı hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Mülki Müdafiə təbliğatını gücləndirmək üçün dövri mətbuatın bütün imkanlarından səmərəli istifadə olunmalıdır. Ərazisində hərbi əməliyyatlar aparılan rayonlarda və ona qonşu olan ərazilərdə bu xüsusilə vacibdir.
Əyani təşviqat da Mülki Müdafiə biliklərinin təbliğində geniş istifadə edilən formalardan biridir. Bura, Mülki Müdafiə tədbirləri üzrə çəkilmiş sənədli filmlər, videoçarxlar, hazırlanmış sərgilər və s. aiddir. Stasionar və səyyar sərgilərdə nümayiş etdirilən fərdi mühafizə vasitələri və Mülki Müdafiə sistemində istifadə olunan texniki avadanlıqlar, mühafizə qurğularının maketləri və s. insanlarda mühafizə sistemi barədə tam təsəvvür yaradır. Mülki Müdafiə biliklərinin təbliğində mühafizə məsələlərinə dair çəkilmiş tam və qısametrajlı elmi-kütləvi və sənədli filmlər, kino-jurnallar, habelə tədris filmləri əhalinin MM biliklərinə yiyələnməsində əvəzsiz rol oynayır.
Mülki Müdafiə biliklərinin təbliğində əyaniliyin ən mükəmməl nümunəsi isə Mülki Müdafiə üzrə vaxtaşırı keçirilən təlim və məşqlərdir. İdarə və müəssisələrdə, tədris ocaqlarında, eləcə də rayonlarda və şəhərlərdə keçirilən Mülki Müdafiə təlimləri bütünlükdə mühafizə tədbirlərinə bir növ baxışdır və belə tədbirlərdə çoxlu sayda insan iştirak etdir. Təbii ki, təlim iştirakçıları Mülki Müdafiə tədbirlərinin necə həyata keçirilməsinin bilavasitə iştirakçısı olduqları üçün təlim suallarını daha yaxşı qavrayır və müəyyən təcrübə qazanırlar.
Deyilənləri yekunlaşdıraraq belə bir qənaətə gəlməliyik ki, Mülki Müdafiə təbliğatının başlıca vəzifəsi əhalini təbii fəlakət, texnogen qəzalar və kütləvi qırğın silahlarının təhlükəsindən qorumaq sahəsində Mülki Müdafiə tərəfindən işlənib hazırlanan tədbirlərin təbliğindən və insanlarda ona möhkəm inam yaratmaqdan ibarətdir.
Yüklə 184,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin