Шәһадәт јатағындан


CƏMİYYƏTİN GÖYƏRTƏSİNİ DƏLMƏK GÜNAHDIR



Yüklə 2,74 Mb.
səhifə14/14
tarix23.06.2018
ölçüsü2,74 Mb.
#54580
1   ...   6   7   8   9   10   11   12   13   14

CƏMİYYƏTİN GÖYƏRTƏSİNİ DƏLMƏK GÜNAHDIR.


Sə’di Şirazi öz məşhur şe’rində buyurur ki, bəni-Adəm bir-birinin əzasıdır. Deyiləni əmr və qadağa mövzusuna da tətbiq etmək olar. Maraqlıdır ki, böyük əksəriyyət bu şe’ri zümzümə etdiyi halda cəmiyyətin bir üzvü olan fərdin ağrılarına biganə qalır. Məgər birinin gözünə düşmüş çöpü çıxarmaqda nə problem var? Əgər insanlar cəmiyyətə eyni bir əza kimi baxsalar onun eyblərinə biganə qalmazlar. Təbabət aləmində qəbul olunmuş həqiqətlərdən biri budur ki, bədənin xəstələnmiş üzvü digər üzvlərə tə’sir göstərir.

Cəmiyyətdə fərdin pis iş görməsi gəmidə bir şəxsin öz oturduğu yeri dəlməsi kimidir. Belə bir hərəkətə sükutla yanaşmaq olmaz. Əgər bir şəxs «kimə nə var» deyib gəmidə öz oturduğu yeri dəlirsə, o bütün heyəti ölümə aparır. Məgər cəmiyyət öz ölümünə biganə qala bilərmi?!

Mə’lum məsələdir ki, gəmi deşildikdə təkcə onu deşən kəs zərər görməyəcək. Nəticədə bütün gəmi suya qərq olasıdır. Su gəmiyə dolduqda gəmini deşən şəxsi axtarmır. Cəmiyyət də bu gəmi kimidir. Pis əməl gəmini deşmək kimidir.

Qərb dünyasının bugünki məntiqinə əsasən insan onun işinə e’tiraz edənlərə «sizə dəxli yoxdur» deyə bilər. Əlbəttə ki, bu e’tirazda nəzakət qaydalarına əməl oluna bilər. Amma istənilən bir halda nəticə eynidir. Belələrinə aydınlaşdırmaq lazımdır ki, sizin gördüyünüz iş təkcə öz həyatınıza tə’sir göstərmir. Əgər bir qadın yarıçılpaq vəziyyətdə küçəyə çıxırsa onun görünüşü bütün cəmiyyəti tə’sirləndirir. Azadlıq pərdəsi altında insanların psixologiyasına zərbə vurmaq qadağandır. İstər qadın, istər kişilərə cəmiyyət üçün qeyri-məqbul formada küçəyə çıxmaq icazəsi yoxdur. Məntiq hökm edir ki, cəmiyyətin sağlamlığı xatirinə məhdudiyyətlər qoyulmalıdır.

Bir sözlə, «kimsə mənim həyatıma əl uzada bilməz» məntiqi yanlışdır. Cəmiyyət vahid bir cisimdir. Bir fərdin halının dəyişməsi bütün cəmiyyətə tə’sir göstərir. Bu səbəbdən də eyni bir cəmiyyətdəki fərdləri ayrıca vahidlər kimi götürmək olmaz. Hətta bir şəxsin gördüyü pis iş cəmiyyət üçün qorxulu olmasa da, onun islahı Allah tərəfindən müəyyənləşdirilmiş vəzifədir. Əlbəttə ki, Allah-təala cəmiyyətin səadətinə ehtiyacsızdır və bütün bunlar bəşəriyyətin xoşbəxtliyinə xidmət edir. Allah hər vasitə ilə insanları cəhənnəm və əzabdan qorumağa çalışır.

İFRAT VƏ TƏFRİT HAQQINDA SON SÖZ


Söhbətimizdən belə bir qənaətə gəldik ki, əmr və qadağa vəzifəsini yerinə yetirərkən onun qaydalarına əməl etmək, daha faydalı üslubda hərəkət etmək lazımdır. Məqsəd təkcə vəzifəni yerinə yetirmək olmamalıdır. Görülən işin tə’siri nəzərə alınmalıdır. Əmr və qadağa vəzifəsini zəruri edən cəmiyyətin islahıdır. Əgər bu işdə zərrəcə zərər olarsa, səbr etmək daha yaxşıdır. Var gücümüzlə çalışmalıyıq ki, əmr be mə’ruf və nəhy əz munkərin mənfi tə’sirləri olmasın, arada kin- küdurət yaranmasın.

Bu gün qərb mədəniyyətinin «fərdin işi onun özünə aiddir» şüarına qarşı iradlarımızı bildirməliyik. Əmr və qadağa vəzifəsi başqasının işinə qarışmaq və ya onun azadlıq haqqını əlindən almaq deyil. Təəssüf ki, bə’zilərinin nəzərincə, azadlıq mütləq dəyərdir. Əlbəttə ki, belə bir təsəvvür batildir, İslam və müsəlmanlıq ruhuna uyğun deyil. Əslində həmin qərb ölkələrinin özündə qanunlar mövcuddur. Məgər qanun məhdudiyyət deyilmi? Biz müsəlmanların da öz əqidələrinə uyğun qanunları var. Əgər görülən iş qanuna ziddirsə, ona azadlıq donu geyindirib yol açmaq olmaz. Əlbəttə ki, biz aşkar günahlardan danışırıq və xəlvəti günahların araşdırılması ayrıca bir mövzudur. Qeyd etdik ki, günahın zərəri təkcə fərdə aid deyil. İstənilən bir halda fərdə cəmiyyət arasında qanuna zidd hərəkət etmək imkanı verilməməlidir. İslam mədəniyyətini qərb mədəniyyətindən fərqləndirən ən mühüm nöqtələrdən biri budur ki, qərb yalnız maddi ölçülərə, İslam isə həm də axirət dəyərlərinə istinad edir. Əgər qərb insanın yalnız dünya xoşbəxtliyini nəzərdə tutursa, İslam insanın həm dünya, həm də axirət xoşbəxtliyini nəzərdə tutur. Əmr və qadağa vəzifəsinin icrasını zəruri edən cəmiyyətin hər bir üzvünü təhlükədən qorumaqdır. Əgər atılacaq addım cəmiyyətə fayda verəcəksə, insan öz şəxsiyyətini nəzərə almamalıdır. Unutmamalıyıq ki, keçmişdəkilər məhz öz fərdi mənafelərini və şəxsiyyətlərini qoruduqları üçün uyğun vəzifəni tərk etmiş və Allahın lə’nətinə düçar olmuşlar: «Bəni-İsraildən küfrə uğrayanlar Davud və İsa ibn Məryəmin dili ilə lə’nətləndilər. Səbəb bu idi ki, günah və təcavüz etdilər. Bir-birlərini yol verdikləri çirkin işlərdən çəkindirmədilər. Doğrudan da, necə də pis idi onların gördüyü iş.»1

Qeyd etdik ki, imam Səccad (ə) hazırkı ayə ilə bağlı Əmirəl-mö’minindən (ə) belə nəql edir: «Onlar qarşılarındakı sitəmkarlardan çirkin işlər və fəsad görür, amma onları çəkindirmirdilər; onlardan gözlədiklərinə tamah saldıqlarından və onlardan gözlənilən qorxu səbəbindən!»2

Söhbətimizin sonunda Allah-təaladan diləyirik ki, bizi tamah və qorxu səbəbindən vəzifəsini yerinə yetirməyənlərdən qərar verməsin! Xalqın razılığını qazanmaq üçün Allah-təalanın əmrlərinə biganə qalanlardan olmayaq!

Mündəricat


NAŞİRİN MÜQƏDDİMƏSİ 3

TƏDQİQAT MƏRKƏZİNİN MÜQƏDDİMƏSİ 4

BİRİNCİ MƏCLİS: 6

DÜNYADAN QURTULUŞ 6

HƏYATA KEÇMİŞ ARZU 7

DÜNYAPƏRƏSTLİKDƏN PƏHRİZ 8

DÜNYA MƏZƏMMƏT OLUNUR, YOXSA MƏDH? 10

MÜSTƏQİL BAXIŞ 12

MƏ’NƏVİ TƏKAMÜLDƏ MÖ`TƏDİLLİK - ORTA HƏDD 17

İNSANIN DÜNYAYA FİTRİ VƏ ZATİ MARAĞI 19

YERSİZ QƏM 21

İKİNCİ MƏCLİS: 24

DÜNYA MƏHƏBBƏTİNDƏN QURTULUŞ YOLU 24

ÖNCƏKİ SÖHBƏTLƏRƏ BAXIŞ 25

DÜNYA MƏHƏBBƏTİNDƏN QURTULUŞ YOLU 30

DAHA ÜSTÜN VƏ DAHA DAVAMLI LƏZZƏT SORAĞINCA 34

ÜNSİYYƏT LƏZZƏTİ HAQQINDA 37

ÜÇÜNCÜ MƏCLİS: 40

ÜÇ MÜHÜM VƏ ƏSAS FƏRMAN 40

DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ! 41

DOĞRU DANIŞIQ 43

ƏSKİK SATMAQ QADAĞANDIR! 45

ƏN BÖYÜK MUZD (MÜKAFAT) AXTARIŞINDA 48

İSLAM VƏ MÜSƏLMANLAR ZÜLMƏ QARŞIDIR 52

DÖRDÜNCÜ MƏCLİS: 58

NİZAM İSLAM CƏMİYYƏTİNİN HƏYATİ VƏ MÜHÜM ÜNSÜRÜDÜR. 58

BÜTÜN DƏYƏRLƏRİN BÜNÖVRƏSİ TƏQVADIR. 59

TƏQVANIN ARDINCA İLKİN TÖVSİYƏ NİZAMDIR. 60

HANSI NİZAM? 64

NİZAM UNUDULMUŞ BİR ZƏRURƏTDİR. 67

NİZAM YARANMASI ÜÇÜN İKİ ƏSAS ŞƏRT 71

İSLAM CƏMİYYƏTİNDƏ NƏZM 73

BEŞİNCİ MƏCLİS: 77

İMAN QARDAŞLARI ARASINDA RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK NAMAZ VƏ ORUCDAN ÜSTÜNDÜR. 77

RABİTƏLƏRİN İSLAHI 78

İSLAMDA İCTİMAİ MÜNASİBƏTLƏRİN ƏHƏMİYYƏTİ 79

İSLAMIN İCTİMAİ RABİTƏLƏRƏ ÖNƏM VERMƏSİNİN FƏLSƏFƏSİ 82

İCTİMAİ RABİTƏLƏRDƏ QIRMIZI XƏTT 86

İCTİMAİ RABİTƏLƏRDƏ İXTİLAF LABÜDDÜR. 88

BİR NÖQTƏYƏ DİQQƏT 90

HƏTTA YALAN VASİTƏSİ İLƏ RABİTƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK 91

«ƏYNƏL-MUTƏHABBUNƏ FİLLAH» 93

ALTINCI MƏCLİS: 96

YETİMLƏRİN VƏ QONŞULARIN HAQQI 96

İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİ TAPŞIRIĞI 97

İCTİMAİ RABİTƏLƏRİN TƏBİİ YOLLARLA MÖHKƏMLƏNDİRİLMƏSİ 98

İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ BAŞQA BİR AMİL AĞILDIR. 100

İCTİMAİ RABİTƏLƏRDƏ ƏDALƏT PRİNSİPİNİN ROLU 101

İCTİMAİ RABİTƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ İKİNCİ ƏSAS EHSANDIR. 103

EHSANIN ƏHATƏ DAİRƏSİ 104

YETİMLƏRƏ XİDMƏTDƏ EHSANA ƏSASLANMA 107

QONŞUYA EHSAN 109

YEDDİNCİ MƏCLİS: 113

QUR’AN VƏ NAMAZ İSLAMIN İKİ HƏYATİ ƏSASIDIR. 113

«İRŞADİ» HÖKM VƏ «MÖVLƏVİ» HÖKM 114

QUR’AN SONSUZ VƏ UNUDULMUŞ BİR NE’MƏTDİR. 115

QUR’AN MAARİFİNİN QİSİMLƏRİ 119

QUR’ANA ƏMƏLDƏ QEYRİ-MÜSƏLMANLARIN MÜSƏLMANLARI ÖTÜB KEÇMƏSİ 121

NAMAZ DİNİN SÜTUNUDUR. 125

SƏKKİZİNCİ MƏCLİS: 130

HƏCC VƏ KƏ’BƏ EVİNƏ ALLAHIN XÜSUSİ LÜTFÜ 130

ÖTƏN MƏCLİSLƏRDƏKİ MƏSƏLƏLƏRƏ BİR BAXIŞ 131

HƏCC VƏ KƏ’BƏ EVİNİN MƏQAMI 132

SARSIDICI ƏZAB KƏ’BƏYƏ MÜNASİBƏTDƏ QƏFLƏTDƏN DOĞUR. 134

HƏCC VƏ ONUN HESABSIZ FAYDALARI 136

HƏCC İSLAMIN DAVAMLILIĞINA ZAMİNDİR. 139

DİNİ VƏ İCTİMAİ MƏSƏLƏLƏRİN TƏHLİLİNDƏ ƏHATƏLİLİK 141

HƏCC VƏ KƏ’BƏ EVİNİN TƏKRARSIZ MƏQAMI 143

HƏCCİN QARŞISINI ALMAQ ÜÇÜN QURĞULAR 145

ƏHLİ-BEYTİN (Ə) HƏCCƏ BAXIŞI 146

DOQQUZUNCU MƏCLİS: 151

ÜÇ SAHƏDƏ CİHAD 151

CİHADIN «QİTALLA» FƏRQİ 152

«İCTİHAD» TƏ’BİRİNİN «MÜCAHİDƏT» TƏ’BİRİ İLƏ YAXINLIĞI 154

MAL İLƏ CİHAD VƏ ONUN ƏHATƏSİ 155

BUGÜNKİ DÜNYADA MALLA VƏ YA İQTİSADİ CİHADIN ƏHƏMİYYƏTİ 157

DİL İLƏ CİHAD 159

TƏBLİĞAT SAVAŞI HƏRBİ VƏ İQTİSADİ SAVAŞDAN TƏHLÜKƏLİDİR. 160

TƏBLİĞAT MÜHARİBƏSİ NÜMUNƏLƏRİ 162

İRADLARA CAVAB 165

TƏBLİĞAT SAVAŞI HƏRBİ SAVAŞDAN ÜSTÜNDÜR. 167

TƏBLİĞAT CİHADI VƏ ELMİ CİHADIN FƏZİLƏTİ İLƏ BAĞLI RƏVAYƏTLƏR 169

ONUNCU MƏCLİS: 171

CƏMİYYƏTİN SƏADƏT VƏ SAĞLAMLIĞININ ZƏMANƏTÇİSİ YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞADIR. 171

ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏZ MUNKƏRİ TƏRK ETMƏYİN NƏTİCƏSİ ŞƏR ADAMLARIN HAKİMİYYƏTİDİR 172

ƏMR VƏ QADAĞA YOLU İLƏ VƏZİFƏLƏRİN İCRASI 173

ƏN ÜSTÜN İŞ 175

DİNSİZ MÖ’MİN! 176

YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞA VƏZİFƏSİNİN NECƏLİYİNƏ DİQQƏT 178

YERSİZ MÜDAXİLƏ?! 182

İFRAT VƏ TƏFRİT 183

CƏMİYYƏTİN GÖYƏRTƏSİNİ DƏLMƏK GÜNAHDIR. 186



İFRAT VƏ TƏFRİT HAQQINDA SON SÖZ 188




1 Bax: "Biharul-Ənvar", c.38, s.29; "Səhihi-Termizi", c.5, s.633; "Mustədrəki-Hakim Nişapuri", c.3, hədis 124.

1 "Fussilət", 11.

1 "İsra", 44.

2 "Nur", 41.

3 "Biharul-ənvar", c.77, s.82, rəvayət 3, bab 4.

4 "Biharul-ənvar", c.77, s.180, rəvayət 10, bab 7.

1 "Nəhcül-bəlağə", qısa kəlamlar 126.

2 "Nəhcül-bəlağə", xütbə 156.

3 "Səff", 10.

4 "Biharul-ənvar", c.32, s.354, rəvayət 337, bab 10.

5 "Nəhcül-bəlağə", xütbə 81.

1 "İbrahim", 2, 3.

1 "Nəml", 14.

2 "Nəhl", 106, 107.

1 "Bəqərə", 238.

2 "Mu`minun", 9.

1 "Biharul-ənvar", c.49, s.49, rəvayət 49, bab 3.

2 "Biharul-ənvar", c.73, s.131, rəvayət 135, bab 122.

3 Qur`an "Kəhf", 7.

1 "Hədid", 23.

2 "Biharul-ənvar", c.2, s.27, rəvayət 5, bab 9.

1 "Loğman", 33; "Fatir", 5.

1 "Biharul-ənvar", c.77, s.82, rəvayət 3, bab 4.

2 "Səcdə", 7.

3 "Biharul-ənvar", c.77, s.180, rəvayət 10, bab 7.

1 "Nəhcül-bəlağə", Feyzül-İslamın tərcümə və şərhi, kəlam 126.

2 "Nəhcül-bəlağə".

1 "Səcdə", 7.

1 "Bəqərə", 171.

1 "Məfatihul-cinan", "Ərəfə" duası.

1 "Nəhcül-bəlağə", Feyzül İslamın tərcümə və şərhi, xütbə 3.

2 "Nəhcül-bəlağə", qısa kəlamlar, kəlam 228.

1 "Nəhcül-bəlağə", xütbə 33.

2 "Ə`raf", 32.

1 "Ə`la", 16, 17.

2 "Bəqərə", 3.

1 "Ğurərul-hikəm", hədis 2174.

2 "Qiyamət", 5.

3 "Casiyə", 32.

4 "Fussilət", 50.

5 Həmin mənbə.

1 "Səff", 12.

2 "Ənkəbut", 64.

1 "Biharul-ənvar", c.96, s.324, rəvayət 13, bab 42.

2 "Biharul-ənvar", c.96, s.62, rəvayət 30, bab 122.

1 "Mu`minun", 1, 3.

2 "Biharul-ənvar", c.1, s.216, rəvayət 28, bab 6.

3 "Biharul-ənvar", c.71, s.290, rəvayət 59, bab 78.

1 "Əsr", 2, 3.

2 "Tövbə", 72.

1 "Ləyl", 18, 20.

2 "İnsan", 7, 9.

1 "Vaqiə", 27, 37.

2 "Biharul-ənvar", c.70, s.186, rəvayət 1, bab 53.

1 "Nəhcül-bəlağə", Feyzül-İslamın tərcümə və şərhi, kəlam 448.

1 "Əsr", 1, 3.

1 "Biharul-ənvar", c.75, s.38, rəvayət 36, bab 35.

1 "Nəhcül-bəlağə", Feyzul-İslamın tərcümə və şərhi, xütbə 234.

2 Həmin mənbə.

3 "Biharul-ənvar", c.2, s.262, rəvayət 5, bab 32.

1 "Hucurat", 13.

1 "Ali-İmran", 154.

1 "Biharul-ənvar", c.82, s.303, bab 4.

2 "Biharul-ənvar", c.10, s.99, rəvayət 1, bab 7.

1 "İsra", 23.

1 Qur`an, "Fürqan", 25.

1 Qur`an, "Nur", 55.

1 Qur`an, "Nur", 55.

1 "Üsuli-kafi", kitabud-dua, babi-mən təstəcabə də`vətə, rəvayət.

2 Həmin mənbə.

3 "Biharul-ənvar", c.43, s.81, rəvayət 3, bab 4.

1 "Bəqərə", 30.

2 "Fəth", 29.

3 "Mumtəhinə", 4.

1 "Hucurat", 10.

1 "Maidə", 91.

1 "Biharul-ənvar", c.72, s.263, rəvayət 46, bab 114.

1 "Biharul-ənvar", c.74, s.186, rəvayət 7, bab 12.

2 "Biharul-ənvar", c.75, s.214, rəvayət 11, bab 65.

1 "Biharul-ənvar", c.9, s.245, rəvayət 19, bab 36.

1 "Ali-İmran", 28-30.

2 "Nəhcül-fəsahə", rəvayət 1001.

1 "Rum", 21.

1 "Nəhl", 90.

1 "İsra", 23, 24.

1 "Bəqərə", 83.

2 "Nisa", 36.

3 "Ən`am", 151.

4 "Loğman", 14.

1 "Biharul-ənvar", c.42, s.248, rəvayət 51, bab 127.

1 "Biharul-ənvar", c.35, s.117, rəvayət 58, bab 3.

1 "Nisa", 36.

2 "Biharul-ənvar", c.74, s.97, rəvayət 32, bab 3.

3 "Biharul-ənvar", c.74, s.120, rəvayət 82, bab 3.

4 "Biharul-ənvar", c.74, s.153, rəvayət 14, bab 9.

1 “Nisa”, 113.

1 “Bəqərə”, 151.

2 “Biharul-ənvar”, c.11, s. 60, rəvayət 70, bab 1.

1 “Ali-İmran”, 7.

1 “Biharul-ənvar”, c. 82, s. 235, rəvayət 63, bab 1.

2 “Muddəssir”, 42, 43.

1 “Qəmər”, 55.

2 “Təhrim”, 11.

3 “Naziat”, 24.

1 “Səcdə”, 17.

1 “Biharul-ənvar”, c. 82, s. 236, rəvayət 36, bab 1.

2 “Maidə”, 97.

3 “Bəqərə”, 125.

1 “Həcc”, 27, 28.

2 “Ali-İmran”, 95.

3 “Fürui-kafi”, c. 2, s. 451, rəvayət 1.

1 “Ənfal”, 33.

2 “Şuəra”, 67, 103, 121.

3 “Şura”, 30.

1 “Ənam”, 65.

2 “Səcdə”, 21.

1 “Həcc”, 27.

1 “Biharul-ənvar”, c.78, s. 6, rəvayət 58, bab 15.

1 “Maidə”, 97.

1 “Biharul-ənvar”, c. 99, s. 26, rəvayət 110, bab 2.

1 “Mən la yəhzuruhul-fəqih”, c. 2, s. 578, rəvayət 3162, bab 2.

1 “Fürui-kafi”, c. 4, s. 241, rəvayət 1.

2 “Təhzibul-əhkam”, c. 5, s. 488, rəvayət 1537.

3 “Fürui-kafi”, c. 4, s. 256, rəvayət 16.

1 “Təhzibul-əhkam”, c. 5, s. 26, rəvayət 62.

1 “Nisa”, 86.

2 “Nisa”, 74.

3 “Səf”, 4.

4 “Səf”, 10, 11.

5 “Həcc”, 78.

6 “Bəqərə”, 218.

1 “Tövbə”, 20.

2 “Hucurat”, 15.

3 “Nəhcül-bəlağə”, Feyzül-İslamın tərcümə və şərhi, namə 45.

1 “Səff”, 10, 11.

1 “Tövbə”, 41.

1 “Bəqərə”, 2, 3.

1 “Biharul-ənvar”, c. 2, s. 14, rəvayət 26, bab 8.

1 “Fəth”, 29.

1 “Təhzibul-əhkam”, c.6,s.180,Kitabul-cihad, babul-əmr bil məruf və nəhy ənil-munkər, rəvayət 21.

2 “Ənkəbut”, 45.

1 “Təhzibul-əhkam”, c.6,s.180, Kitabul-cihad, babul-əmr bil məruf və nəhy ənil-munkər, rəvayət 21.

1 “Ğurərul-hikəm”, s.331.

2 “Nəhcül-bəlağə”, Feyzül-İslamın tərcümə və şərhi, qısa kəlamalar, kəlam 366.

1 “Biharul-ənvar”, c. 72, s. 228, rəvayət 4, bab 112.

1 “Biharul-ənvar”, c.70, s. 303, rəvayət 15, bab 57.

1 “Təhzibul-əhkam”, c. 6, s. 180, Kitabul-cihad, babul-əmr bil-məruf vən-nəhyə ənil-munkər, rəvayət 21.

1 “Maidə”, 78, 79.

2 “Biharul-ənvar”, c. 100, s.79, rəvayət 37, bab1.

3 “Nəhcül-bəlağə, Feyzul-İslamın tərcümə və şərhi, xütbə 234.

1 “Maidə”, 78, 79.

2 “Biharul-ənvar”, c. 100, s. 79, rəvayət 37, bab 1.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin