Socar dalgidj llc



Yüklə 48,61 Kb.
tarix14.07.2018
ölçüsü48,61 Kb.
#56555



SOCAR-DALĞIC MMC
socar-dalgidj logo




SOCAR – DALGIDJ LLC
socar-dalgidj logo

VƏZİFƏ TƏLİMATI

ROLES AND RESPONSIBILITIES

BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ

SECTION 1: POSITION DESCRIPTION


Vəzifənin adı: Quraşdırma işləri üzrə Mühəndis

Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – Mühəndislik departamenti.



Position Title: Installation Engineer
Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Engineering Dept.

BÖLMƏ 2: ƏSAS VƏZİFƏ


SECTION 2: KEY ROLE

  • Layihə rəhbərliyi tərəfindən təyin edildiyi kimi quraşdırma mühəndisliyi üzrə iş həcmi ilə bağlı məsul şəxs olaraq fəaliyyət göstərir.

  • SƏTƏM, keyfiyyət, müəyyən olunmuş cədvəl və mühəndis layihələndirilməsinin texniki bütövlüyü ilə bağlı layihə məqsədlərinin həyata keçirilməsini təmin edir.

  • Act as Deliver Manager for Installation Engineering Scopes of Work as assigned by the Project Management.

  • Ensure that the Project Goals are being implemented in respect of HS&E, QA, Schedule, and Engineering Design Technical Integrity.

BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR

SECTION 3: POSITION REPORTS TO

Xətti rəhbər: Baş Mühəndis

Funksional rəhbər: Layihə üzrə Baş Menecer



Line Manager: Engineering Manager

Functional lead: Senior Project Manager


BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR




SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES


  • Bütün layihə üzrə təftiş, təmir və texniki xidmət, sualtı müdaxilə və sürətli cavablandırma proqramını əhatə edən sualtı əməliyyatlar üzrə strategiyanın, planların və iş həcmlərinin hazırlanmasında köməklik edir;

  • IMR (təftiş, texniki xidmət və təmirlə) iş həcmi ilə bağlı layihələndirmə, satınalma, mühəndislik, planlaşdırma və quraşdırma aspektlərinə nəzarət edir və yoxlayır;

  • Layihə üzrə Baş Menecerlərə təqdim etmək üçün quraşdırma mühəndisliyi ilə əlaqəli xərcləri, sərf olunmuş vaxt və resursları əks edən cədvəli hazırlayır;

  • Layihə və nümunələri hazırlayır, onların həyata keçirilmə mümkünlüyünü qiymətləndirir, mövcud avadanlıqların, komponentlərin və alətlərin dəyişdirilməsinin tələb olub-olmamasını təyin edir və lazım olduqda dəyişiklikləri müəyyən edir;

  • Quraşdırma vasitələrinin, onları dəstəkləyən prosedurların hazırlanması, həmçinin bu vasitələrin istehsalı, sınaqdan keçiriməsi və qəbulu ilə bağlı məsuliyyət daşıyır;

  • Layihənin icrası üzrə planları oxuyur və izah edir və sualtı quraşdırma aspektlərinin təkmilləşdirilməsi/dəyişdirilməsi ilə bağlı zəruri tədbirləri tövsiyə edir;

  • İşi başa çatdırmaq üçün tələb olunan avadanlıqları, hissələri və komponentləri müəyyən edir və bu hissələrin texniki spesifikasiyalara və bütün müvafiq təhlükəsizlik standartlarına cavab verməsini təmin edir;

  • Sualtı təftiş, texniki xidmət və təmir, layihələndirmə və quraşdırma prosedurlarının nəzərdən keçirilməsində iştirak edir;

  • Sifarişçiyə təqdim olunacaq bütün quraşdırma mühəndisliyi üzrə təkliflərin texniki məzmununu qiymətləndirir və tövsiyyələri təsdiq üçün təqdim edir;

  • Müəyyən olunmuş mühüm quraşdırma mühəndisliyi interfeysi məsələlərinə aid qətnamələrin yerinə yetirilməsinə nəzarət edir və tələb olunduğu kimi təsirin azaldılması üzrə planları təklif edir;

  • Layihənin gedişatı ilə bağlı hesabatın hazırlanmasında köməklik edir;

  • Sualtı əməliyyatlarla bağlı riskin qiymətləndirilməsi prosedurunda və dəyişikliyin idarə olunması proseslərinin icra olunmasında iştirak edir;

  • Quraşdırma vasitələrinin layihələndirilməsi və tikintisi prosesində həmçinin IMR (təftiş, texniki xidmət və təmir) işlərində əldə edilmiş təcrübənin nəzərə alınmasını təmin edir;

  • Layihə ilə bağlı SƏTƏM məsələlərinə, müəyyən olunmuş cədvələ və büdcəyə müsbət təsir edə biləcək sualtı sənayedə baş vermiş hər hansı bir texniki inkişaf haqqında layihə rəhbərliyini məlumatlandırır;

  • Sualtı texnologiyanın son nailiyyətləri haqqında xəbərdar olmalıdır və IMR (təftiş, texniki xidmət, təmir) layihəsini dəstəkləmək üçün istifadə olunan bütün qurğular, alətlər və avadanlıqlar haqqında xəbərdar olmalıdır;

  • KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir

  • Assist with the development of the strategy, plans and work scope packages for underwater operations, covering inspection, repair and maintenance, subsea intervention and rapid response program for the entire project scope;

  • Monitor and review all design, procurement, engineering, planning and installation aspects pertaining to the IMR work scope;




  • Prepare installation engineering related CTRs for the Senior Project Managers attention;



  • Develop designs and prototypes, assess feasibility, determine whether existing equipment, components and tools require modifications, and specify modifications when necessary;




  • Responsible for the development of installation aids, their supporting procedures, as well as their fabrication, testing and acceptance;

  • Read and interpret project plans and recommend any developments / modifications that may be needed with regard to subsea installation aspects;

  • Determine what equipment, parts and component systems are needed to complete the job and ensure that these parts meet the engineering specifications and all the relevant safety standards;




  • Participate in Subsea IMR, Design and Installation Procedures reviews;




  • Evaluate the technical content of all installation engineering proposals to be submitted to the Client and make recommendations for approval;

  • Monitor close-out of resolutions pertaining to identified critical installation engineering interface issues and propose mitigation plans, as required;

  • Provide input to project progress reporting;




  • Participate in Subsea Operations related Risk Assessments and execution of MoC processes;




  • Ensure that Lessons Learned are appropriately considered in the design and construction of Installation aids, as well as execution of IMR scope;




  • Advise the project management of any technical developments in the subsea industry which may positively impact Project HSE, Schedule and Budget;




  • Keep informed on the latest developments in subsea technology, and be familiar with all plant, tools and equipment, utilized in support of the IMR Project scope.




  • Promote a QHSE Culture and lead by example.




Təhsil / Təcrübə ilə bağlı tələblər:

Təcrübə:



  • Dənizdə dəstək sənayesində mühəndislik (layihələndirmə) sahəsi üzrə minimum 10 illik iş təcrübəsinə malik olmalıdır, 5 il müddətində dalğıc və HSA müdaxilə üsullarını əhatə edən iri sualtı tikinti layihələrində quraşdırma üzrə mühəndis vəzifəsində çalışmış olmalıdır və bu da rəsmi şəkildə təsdiq olunmalıdır.

  • Mühəndis layihələndirilməsi, quraşdırma üzrə mükəmməl biliklərə malik olmalıdır və layihələndirmə alətləri və texnikaları haqqında xəbərdar olmalıdır.

Elmi dərəcə:




  • Mexaniki mühəndislik üzrə orta ixtisas təhsili haqqında diploma malik olmalıdır

Academic / Experience Requirements:

Experience:



  • Minimum 10 years of experience in the offshore support industry in an engineering (design) position, with a 5 years confirmed record of success in an installation engineer role on major subsea construction projects, involving diving and ROV intervention methods;




Academic Degree:




  • High school diploma in mechanical engineering.

Bacarıq /Şəxsi Keyfiyyətlər:

  • ISO, keyfiyyət üzrə sənaye standartları və şirkətin keyfiyyət üzrə tələbləri / prosesləri haqqında xəbərdar olmalıdır;

  • SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;

  • Özünü motivasiya etmək bacarığına malik olmalıdır;

  • İşçi qrupa rəhbərlik etmək bacarığına malik olmalıdır;

  • Kompyuter biliklərinə malik olmalıdır;

  • İngilis dilini həm yazılı həm də şifahi tam olaraq bilməlidir.

  • Ünsiyyətçil olmalıdır;

  • Nəzakətli olmalıdır.

Skill Requirements /Personal Attributes:

  • Familiar with ISO, QA industry standards and company QA requirements / processes;




  • Fully conversant with the SOCAR-DALGIDJ LLC Anti-Corruption and Bribery Procedure;




  • Self-motivated;




  • Team Builder;




  • Computer literate;

  • Fully conversant in English language, both written and oral;

  • Good communicator;

  • Tactful and persuasive.

Bilavasitə tabeliyində olan şəxs:

  • Sahə/Layihə Mühəndisi

  • Çertyojçu

Direct Reports:

Daxili əlaqələr:

  • Tikinti üzrə Menecer (dənizdə);

  • Dalğıc/HSA Əməliyyatları üzrə Supervayzerlər;

  • Layihə üzrə Baş Mühəndis;

  • Təchizat üzrə Supervayzer;

  • Logistika üzrə koordinator.

Internal Interfaces:

  • Construction Manager (Offshore);

  • Diving / ROV Supervisors;




  • Senior Project Engineer;

  • Procurement Supervisor;

  • Logistics Coordinator.

Xarici əlaqələr:

  • Sifarişçinin Layihə üzrə Mühəndisləri;

  • OII-nin mühəndislərdən ibarət dəstək qrupu (Xyuston/Aberdin);

  • İstehsal üzrə yerli subpodratçılar/təchizatçılar;

  • Klassifikasiya / sertifikatlaşdırma cəmiyyətlərinin nümayəndələri;

  • Zəmanət üzrə İnspektorlar.

External Interfaces:

  • Client Project Engineers;

  • OII Engineering Support Team (Houston / Aberdeen);

  • Local Fabrication Subcontractors / Vendors;




  • Class / Certification Representatives;




  • Warranty Surveyors.

Vəzifəni tutan şəxsin adı:

Təsdiq olunacaq



İmza: ____________ Tarix

Position Occupant Name:

TBC


Signature: ____________ Date


Xətti menecerin adı:

Layihə üzrə Baş Mühəndis




Line Manager Name:

Senior Project Engineer



Rüstəm Rəhmətulin, baş menecerin müavini əməliyyat departamentinin rəhbəri

Rustam Rakhmatulin, Deputy GM, Head of Operations Dept.



İmza: ____________ Tarix




Signature: ____________ Date


Yüklə 48,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin