AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Sərbəst iş №3
Ad:Nazpəri
Soyad:Səmədova
Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi
İxtisas:İqtisadiyyat
Kurs və Qrup:I kurs,Qrup 1061
Fənn:Azərbaycan dili və nitq mədəniyyəti
Rəhbər:Qəhrəmanova Çinarə
Sərbəst işin mövzusu: Yazı,orfoqrafiya,orfoepiya barədə məlumat
BAKI-2015
İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.
Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: "Daşdəmirin nağılı"nda Mirzə Möhsün Nardana "məktub" -daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.
Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsi onun yaxın bir adamının vəfat etdiyini bildirir.
Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.
Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.
Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.
Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.
Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.
Hər bir dilin özünəməxsus orfoqrafiya(düzgün yazı) və orfoepiya(düzgün oxu)qaydaları vardır.Bunlardan bəzilərinə nəzər salaq.
İkinci hecasındakı saiti “u”, bəzən də “ü” ilə deyilən sözlər “i” ilə yazılır.Məs:münbit, ümid, münsif, müdir, mühit, müflis, müdhiş. İstisna: üfüq, mühüm.
Qandax, Muxax, Qazax, Samux, Yevlax sözlərinə saitlə başlanan şəkilçi qoşulduqda sondakı x samiti ğ samiti ilə əvəz olunmur. Lakin tələffüz zamanı ğ kimi tələffüz oluna bilər: Qazax [Qazağ]O saitli alınma sözlər a və o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik və s.
İki saitin arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: kassa, libretto, operetta, nəqqaş, kəmiyyət, kapella və s.
Əslində sonu qoşa samitlə bitən iki və çoxhecalı alınma sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, proses, sərhəd, hüsnxət və s.
Rus dilində -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki,Yaroslavski, Mayakovski, sanatori, planetari və s.
Əslində birhecalı olub, tələffüzdə çox zaman sonundakı iki samit arasına u və ya ü saiti artırmaqla deyilən sözlər iki cür yazılır:
iki saitlə yazılanlar: qəbir, qədir, eyib, ətir, zehin, izin, səbir, ömür, isim, nəsil, sətir, sinif, fəsil, fikir, cisim, şəkil, heyif, meyil, şeir, əsil
bir saitlə yazılanlar: qəbz, qəsr, əmr,zülm, nəbz, nəfs, hüzn, həsr, üzv, həbs, kəsr, sədr, mətn.
–vari şəkilçisi ilə yazılan sözlərin düzgün yazılışı: buynuzvari, yüngülvari, üzükvari, qalxanvari, igidvari.
Tərkibində qeyri, əks, küll, eks, vitse, kontr, ober, super sözləri işlənən mürəkkəb isimlər defislə yazılır.
idi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə bitən fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra isə həm ayrı, həm də bitişik yazılır: ata idi, uşaq idi, uşaq ikən, uşaq imiş, gəlmiş imiş, gəlmişmiş, gələr ikən, gələrkən.
–can, -cən, -dək, -tək qoşmaları sözlərə bitişik yazılır. –mı4 və sana2 ədatları sözə bitişik yazılır. İstisna: əgər mı4 sual ədatı da-də bağlayıcısından sonra gəlirsə, hər ikisi ayrı yazılmalıdır: Sən də mi məni atırsan?
Bəzi mürəkkəb adların yazılışları: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, AR Milli Məclisinin Sədri, Babək Rayon Təhsil Şöbəsi
İxtisarlar (abreviatura) üç cür yazılır:
Tam ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: MDB, BMT, metr-m, cild-c
Yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq böyük və ya kiçik hərflə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad.(akademik), prof.(professor), Azərkitab (Azərbaycan kitabı)
Sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: k-b (kitab)Yeni orfoqrafiyada dəyişilmiş sözlər: abveriatura, anten, heyif, hospital, Höte,hüsncamal,hüsnxidmət, hüsnrəğbət, hotel, meyil, şeir, profilaktori, sanatori, şillə, varid olmaq, vaz keçmək, bağırsaq, kompyuter, nəqarət, şirtək, hərgünkü, hərgünlü, ala-bəzək,(alabəzək quş adı bitişik yazılır) ala-çiy
Bir y ilə yazılan sözlər: tərbiyə, heyət, tövsiyə, təhkiyə, ehtiyac, ehtiyat, mərsiyə
Xüsusi isimlər ümumiləşdirmə bildirərək cəmləşdikdə böyük hərflə yazılır: Nizamilər, Sabirlər, Aşıq Ələsgərlər
Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, lisey, konsert, sex, sirk,sement və s. Vitse sözü istisnadır.Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır.
Söz başında və ortasında ov, öv hərf birləşmələrindəki v samiti tələffüzdən düşür və o, ö saitləri bir qədər uzun tələffüz olunur: dovşan {do:şan}, yovşan {yo:şan}, qovurma {qo:urma}, sovqat {so:qat}, qırqovul {qırqo:ul}, çovdar {ço:dar}, dovğa {do:ğa}, çovğun {ço:ğun}, ovuc {o:uc}, ovxalama {o:xalama}, ovuşdurma {o:uşdurma}, tövlə {tö:lə}, lövbər {lö:bər}, növbə {nö:bə}, dövlət {dö:lət}, bənövşə {bənö:şə}, tövbə {tö:bə}, gövdə {gö:də}, gövşəmək {gö:şəməxı}. İstisna: ovçu, ovçuluq, ovlamaq, zövq, şövq, dövran.
Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq tələffüz zamanı ı, u, i, ü səslərindən birinə çevrilir, yəni sözün sonundakı açıq saitlər qapalı sait kimi kimi tələffüz olunur:
ismin yönlük halında: kölgəyə-[kölgüyə], arabaya-[arabıya], dərəyə-[dəriyə], özgəyə-[özgüyə]
felin indiki zamanında: yaşayır-[yaşıyır], işləyir-[işdiyi]r, otlayır-[otduyu]r, bulayır-[buluyur]
felin qeyri-qəti gələcək zamanında: İşləyər-[işliyə]r, bulayar-[buluyar], söyləyər-[söylüyər], başlayar-[başdıyar]
felin qəti gələcək zamanında: yaşayacaq-[yaşıyacaq], oynayacaq-[oynuyacaq], atlayacaq-[atlıyacaq]
felin arzu və lazım şəklində:yaşaya-[yaşıya], işləyə-[işdiyə], işləyəsidir-[işdiyəsidir].
indiki zaman məzmunlu feli sifətlərdə: yaşayan-[yaşıyan], söyləyən-[söylüyən], tərləyən-[tərriyən]
bir sıra müxtəlif sözlərdə: anayam-[anıyam], oynaya-[oynuya], saxlayın-[saxlıyın]
Rus dilindən alınan sözlərdə əgər vurğu [o] saitinin üstünə düşmürsə, o zaman [o] saiti [a] kimi tələffüz olunur: motor-[mator], kombayn-[kambayn], bloknot-[blaknot], qonorar-[qanarar], domino-[damino], dosent-]dasent]. İstisna: bomba’, Bombe’y, bota’nika.
Sonu [ç] ilə bitən sözlərə d, z, s, t, l, n samitləri ilə başlanan şəkilçilər, eləcə də sözlər qoşulduqda həmin sait [ş] kimi tələffüz olunur: keçdi [keşdi], heç zaman [heş zaman], qaçsan [qaşsan], üç dəfə [üş dəfə]. Bəzi qoşasaitli sözlərdə saitlərdən heç biri düşməsə də, uzanma baş verir: qiraət-[qira:ət], qənaət-[qəna:ət], bəraət-[bəra:ət], şücaət- [şüca:ət]
Dostları ilə paylaş: |