Su höVZƏLƏrinin sahənin tullantilari ilə ÇirkləNMƏ MƏNBƏLƏri və Çirkab sularin emal üsullarinin təsnifati neftin emalı zamanı əmələ gələn çirkab suların əsas mənbələri
SU HÖVZƏLƏRININ SAHƏNIN TULLANTILARI ILƏ ÇIRKLƏNMƏ MƏNBƏLƏRI VƏ ÇIRKAB SULARIN EMAL ÜSULLARININ TƏSNIFATI Neftin emalı zamanı əmələ gələn çirkab suların əsas mənbələri Texnoloji proselərdə istifadə olunan suyun həcmi və miqdarı və eləcədə açıq suhövzələrinə atılan çirkab suların tərkibi istehsalın texnologiyasından, alınan məhsulların növündən, müəssisənin texniki təchizatından, daxili və zavod xarici təmizləyici qurğu və avadanlıqıarın səviyyəsindən asılıdır. Xüsusilə neft emalı sənayesində çirkab sular ayrı-ayrı istehsal proseslərindən və aqreqatlardan yox ümumilikdə müəssisədən axıdılan axıntıların cəmini təşkil edir. Buna görədə çirkab suların tərkibinin keyfiyyətini dəyişmək, eləcədə onların həcminin azaldılması effektli texnoloji proses hesab olunur. Neftin susuzlaşdırmasında aktivanionlu SAM-ri ionogen olmayanlara dəyişməklə elektroduzsuzlaşdırma qurğusundan (EDQ) sonra alınan çirkab sularda neft məhsullarının miqdarı on dəfələrlə azaldılmış; I pillədə neftin duzsuzlaşdırmasında II pillənin suyundan istifadə nəticəsində müəssisənin kanalizasiya sisteminə atılan çirkab suların miqdarı 4-6% aşağı düşmüşdür. Kanalizasiya sistemlərinin ayrılması (şəbəkələrin ayrılması) nəticəsində dövri su təchizatı sisteminə 97-98%- ə qədər su qaytarmaq mümkün olmuşdur.
Neft emalı müəssisələrində tətbiq olunan bu perspektivli texnoloji tədbir artıq əksər sənaye müəssisələrində də tətbiq olunur. Belə ki, bioloji təmizləmə prosesinin tətbiqi ilə çirkab suların təmizlənib yenidən dövri sistemə verilməsi müəssisələrdə öz səmərəsini göstərir. Dövri su təchizatı sisteminin tətbiqi xammaldan yaxşı istifadə olunması hesabına yüksək iqdisadi effekt, yüksək məhsul çıxımına və b. səbəb olur.
Neft emalı müəssisələrinin texnoloji xarakteristikası və müəssisədən su hövzələrinə atılan çirkab sular Müasir neft emalı müəssisələri yanacaq və yanacaq-yağ istehsallarına ayrılır. Neft emalının əsas texnoloji proseslərinə neftin hazırlanması , onun susuzlaşdırılması və duzsuzlaşdırılması; atmosfer və vakkum qovma; struktur emalı (krekinqi, hidrogenləşdirilməsi, izomerləşməsi); şəffaf (duru) məhsulların təmizlənməsi; yağların alınması və təmizlənməsi prosesləri aiddir.
İstehsalat sularının sərfi və çirkab suların həcmi neftin dərin təmizlənməsi ilə artır. Eləcə də çirkab suların tərkibində olan müxtəlif çirkləndiricilərin miqdarı neftin emalının keyfiyyətindən, onun emal texnologiyasından və istehsalın son məhsulunun keyfiyyətindən asılıdır. Su əsasən neftin hazırlanması mərhələsində, onun susuzlaşdırılması və duzsuzlaşdırılması proseslərində daha çox işlədilir.