Success stories



Yüklə 11,52 Kb.
tarix24.05.2018
ölçüsü11,52 Kb.
#51345

UĞUR HEKAYƏLƏRİ

1. Aytəkin Baxışova




İlk dəfə GALS alətlərindən istifadə etdikdən sonra demək olar ki, həyatımda yüksək dönüş oldu. GALS alətləri məni əl çatmaz arzularıma çatdırdı.


Əvvəllər işimlə əlaqədar çox təlimlər keçmişəm. Hər bir təlimdən yeni biliklər əldə etməyimə baxmayaraq 2010-cu ilədək Faberlic – kosmetoloji firmada nə qədər çalışsamda dərəcəm artmırdı, adi konsultant idim.
2010-cu ildə ilk dəfə bu alətlər ilə tanış oldum. Bu təlim demək olar ki bütün təlimlərdən fərqlənirdi. Mən ilk öncə öz işimdə bu alətlərini tətbiq etdim, qısa bir müddətdə şəxsi ofisimi açdım, 6 ay ərzində adi konsultantdan direktor dərəcəsinə, 2 ay sonra isə bir dərəcədə yuxarı baş direktor səviyyəsinə qalxdım. Daha sonra heç arzulamadığım zirvələrəçatdım. Beləki GALS alətləri məni bir iş adamı kimi çoxlarına tanıtdı, mən həm öz ölkəmizdə həm də xaricdə keçirilən yüksək səviyyəli təlimlərə dəvətlər alıram, yeni-yeni dostlar tanıyır, iş adamları ilə tanış oluram, bu isə mənim üçün əl çatmaz bir zirvə idi.
Mən ayrı-ayrı regionlarda hər hansi sahədə olursa-olsun təlim verərkən GALS alətlərindən böyük məmnuniyyətlə istifadə edir, bütün auditoriyanın fikrini bir yerə toplayır və təlimin sonunda rəgbət qazanır, daha sonra isə eşidəndəki təlim verdiyim insanlar bu alətlərdən istifadə edərək müvəffəqiyyətlər əldə edib, mən sevincimdən özümə yer tapmıram.
Allah insana müxtəlif şanslar verir, kimi bu şansdan istifadə edir və ugur əldə edir, kimisi isə gözünü yumur və daim həyatından şikayət edir. Sizə tövsiyyəm – gözünüzü yummayın, həyatınızı bu alətlərdən istifadə edərək planlaşdırın və ən yüksək zirvələrə çatın!

2. Məlahət Nəsibova

Bu alətlərdən faydalanaraq uğur əldə edənlərdən biri də, “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan ailələrdən biri kimi qeydiyyatdan keçmiş Nəsibova Məlahət Manaf qızını göstərmək olar.
Məlahət xanım bu təlimin yekununda hazırladığı planına əsasən uşağının müalicəsi ilə əlaqədar yerli icra orqanlarına yazılı müraciət etmiş, bütün mərhələləri keçmiş və səlahiyyətli orqanların xüsusi tapşırığı ilə övladını Bakı şəhərində bütün tibbi müayinələrdən pulsuz keçirmiş və pulsuz eşitmə aparatı əldə edə bilmişdir.

3. Hafiz Baxşəliyev, 41 yaş.


Mingəçevir şəhərində yaşayıram. GALS alətləri üzrə təlimdə iştirak etdiyim ilk gün hər şey mənə gülünc və qeyri-ciddi gəlirdi. Tapşırıqlardan biri olan gender brilyantını işləyərkən həyatımdakı çətinliklərinin əsas səbəbinin içki aludəçisi olmağım məlum oldu. . Təlimdən sonra biznesimdə və ailə həyatımda müəyyən dəyişiklik etmək istədim. Afrikadan olan bir videoda kişinin içməyinin ailə üçün nə qədər problem gətirdiyini görəndə, fikirləşdim ki, mən də bunu atmalıyam. Qarşıma məqsəd qoydum.
Yüklə 11,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin