Təsdiq edirəm: Kafedra müdiri “13” yanvar



Yüklə 70,73 Kb.
tarix09.07.2018
ölçüsü70,73 Kb.
#56210

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

13yanvar 2015-ci il


Fənn proqramı (sillabusu)

Kafedra İnşaat materialları.

Fənnin adı Ağac kəsmə və ağac emalının istehsal texnologiyası.

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2014-2015 II semestr

Fakültə: İnşaat texnologiyası.



Qrup: 673a.

Tədris yükü: mühazirə 60 saat, seminar (məşğələ) 15 saat,

Kredit: ______________

Auditoriya: № 908

Saat: çərşənbə 1415-1550,_ 1600-1735, cümə 1600-1735, 1600-1735 , üst həftə 1745-1920___



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Nəsirov Mürsəl Sərdar oğlu

Kafedranın ünvanı: Bakı ş.,A. Sultanova küç.,11

Məsləhət saatları: _______________________________

E-mail ünvanı: mursel76@box.az

İş telefonu: ____________________________________



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Песоцкий А. Н. Лесопильное производство. М.,1970,432с.

2. Шимкевич Ю. Б. Справочник по лесопилению. Спб.,2003,195с.

3.Hacıyev B. O. Kurs və buraxılış işinin yerinə yetirilməsi üçün metodiki göstəriş Bakı 2001,55s.


4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Bu fənn meşədə kəsilib istehsalat sahələrinə gətirilən oduncaq materiallarının təyinatına uyğun ölçülərdə və səmərəli kəsilməsi üsullarını öyrətmək üçün tədris edilir. Bu fənlə riyaziyyat, mexanika, kimya, fizika fənləri sıx əlaqəlidir. Fənni öyrənməklə tələbələr oduncaq materialından səmərəli və kompleks istifadə olunmasını, xaricdən ölkəmizə gətirilən və yerli xammallardan mişarlanmış material və məmulat istehsalını, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını, əmək məhsuldarlığının yüksəldilməsini və s. öyrənəcəklər.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I

Mövzu № 1. Fənnə giriş və onun predmeti.

Ağackəsmənin inkişaf tarixi haqqında məlumat. Ağackəsmə istehsalında alınan məhsulların istifadə sahələri; girdə meşə materiallarının təsnifatı. Xammalın səmərəli istifadə olunması.



2

27.01.2015

I,II

Mövzu № 2. Ağackəsmə istehsalının məhsulları.

Məhsulların xarakteristikası, tətbiq sahələri, çeşidləri, onların təyinatı və ölçüləri, verilən tələblər. Mişarlanmış materialların ölçülməsi, verilən artımları, səthlərinin təmizlikləri, standartları.



4

28.01.2015

04.02.2015

II,III

Mövzu № 3. Ağackəsmə istehsalının xammalı.

Xammalın xarakteristikası. girdə Meşə materiallarının sortimentlərə doğranması, sortimentlərin ölçüləri. Xammalın çeşidləri və işarələnməsi, standartları və texniki şərtləri. Növə təsir edən qüsurlar.



4

06.02.2015

11.02.2015

III,IV

Mövzu№4. Girdə meşə materiallarının kəsilməsinin əsasları.

Girdə meşə materiallarının kəsmə nəzəriyyəsi və onun inkişaf mərhələləri. Sektor və seqment üsulları, müasir kəsmə üsulları. Təcrübə üsulu ilə xammalın kəsilməsi, normativlər, onlardan istifadə qaydaları.



4

13.02.2015

18.02.2015

IV,V,

VI


Mövzu №5. Girdə meşə materiallarının kəsilməsinin planlaşdırılması.

Ağackəsmə istehsalının planlaşdırılmasında məqsəd. Xammalın və mişarlanmış materialların spesifikasiyası. Kəsmənin yerinə yetirilməsinin yoxlanması. kəsmə planının tərtib edilmə metodikası. İş yerləri arasında uyğunlaşdırma prinsipi.



8

20.02.2015

25.02.2015

27.02.2015

04.03.2015

VI,VII,

VIII


Mövzu № 6. Girdə meşə materialları anbarında işin təşkili və texnoloji proseslər.

Girdə meşə materialları anbarında texnoloji prosesin ümumi xarakteristikası. Anbarların struktur - texnoloji sxemi. Xammalın saxlanması və mühafizəsi üsulları. Qalaqlar və onların həcmləri. Xammalın su yolu ilə daşınması, qəbulu və istifadə olunan avadanlıqlar. Qabıq soyma prosesi və istifadə olunan dəzgahlar. Xammal anbarında işin mexanikləşdirilməsi və avtomatlaşdırılması.



8

06.03.2015

11.03.2015

13.03.2015

18.03.2015

VIII,IX,

X


Mövzu № 7. Girdə meşə materiallarının kəsmə prosesləri.

Ağackəsmə sexlərinin struktur - texnoloji sxemi. Xammalın kəsilməsində istifadə olunan dəzgahlar. Dəzgahların texnoloji xarakteristikası, məhsuldarlığı. Dairəvi və lent mişar dəzgahları, onların iş prinsipi. Mişarlanmış materialların qıraqlarının kəsilməsi, istifadə olunan dəzgahlar, texnoloji sxemi və təhlükəsizlik qaydaları, materialların eninə kəsilməsi. Ağackəsmə sexlərinin planlaşdırılması və texniki - iqtisadi göstəriciləri.



8

20.03.2015

25.03.2015

27.03.2015

01.04.2015

X

Mövzu № 8. Mişarlanmış materialların növlərə ayrılması.

Mişarlanmış materialların növlərə ayrılma üsulları və qurğuları. Eninə, uzununa istiqamətləri üzrə hərəkətli növlərə ayırma qurğusu. Növlərə ayırma meydançası. Dairəvi növlərə ayırma qurğusu.



2

03.04.2015

XI

Mövzu № 9.Anbarda işin təşkili və texnoloji proses.

Anbarın ümumi xarakteristikası. Qalaqlar, onların növü, ölçüsü və yığılma qaydaları. İstifadə olunan avadanlıqlar. Anbarda saxlanma üsulları. Anbarların ölçüləri, planlaşdırma prinsipləri. Anbardaxili nəqliyyat.



2

08.04.2015

XI,XII

Mövzu №10. Yonulmuş mişarlanmış materialların istehsal prosesi.

Yonulmuş mişarlanmış materialların xarakteristikası. Materialların yonulmaya hazırlanması. yonma zamanı yaranan qüsurlar və onların kənar edilmə yolları. Yonma avadanlıqları və onların məhsuldarlığı.



4

10.04.2015

15.04.2015

XII,

XIII,


XIV


Mövzu №11. Mişarlanmış materialların tədarüklərə kəsilməsi.

Mişarlanmış materialların tədarüklərə kəsilmə üsulları. Mişarlanmış materialların növünün çıxara təsiri. Materialların sərfinin normalaşdırılması. Kəsmə sexlərinin struktur - texnoloji sxemi. Mişarlanmış materialların uzununa, eninə və qalınlığına görə kəsmə sxemləri. Kəsmə üçün tələb olunan avadanlıqlar. İşin həcminə görə tələb olunan avadanlıqların hesabatı.



8

17.04.2015

22.04.2015

24.04.2015

29.04.2015

XIV,

XV


Mövzu №12. Tullantıların təkrar emal prosesi.

Ağackəsmədə alınan tullantıların növü, həcmi, ölçülməsi və hesablanması. Ağac kəpəyi və ağac yonqarından istifadə sahələri. Ağac unu, onun istehsalı və istifadə sahələri. Briketlər. Şalbanyanı material, onun təkrar emalı və istifadə sahəsi. Talaşa istehsalı,istifadə edilən avadanlıq və verilən texnoloji tələblər. Oduncaq yonqar tavaları və oduncaq lifli tavaların istehsal texnologiyası. Arbolit və fibrolit istehsalı. Qabıqdan istifadə sahələri.



4

01.05.2015

06.05.2015

XV

Mövzu №13. Ağac emalı müəssisələrinin tərkibi.

Ağac emalı müəssisələrinin inkişaf istiqamətləri. Ağac emalı müəssisələrinin mexanikləşdirilməsi və avtomatlaşdırılması. Ağac emalı müəssisələrinin əsas və köməkçi sexləri. Baş plan və sexlərin yerləşdirilmə qaydaları. Ağac emalı müəssisələrinin texniki - iqtisadi göstəriciləri, onların araşdırılması.



2

08.05.2015

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I

Mövzu № 1. Xammaldan müxtəlif üsullarla mişarlanmış materialların kəsilməsinin hesabatı.

2

30.01.2015

III

Mövzu № 2. Xammal balansı tərtibi.

2

13.02.2015

V

Mövzu 3. Ağackəsən dəzgahların hesabatı.

2

27.02.2015

VII

Mövzu № 4. Yankəsən dəzgahların hesabatı.

2

13.03.2015

IX

Mövzu № 5. Eninə kəsən dəzgahların hesabatı.

2

27.03.2015

XI

Mövzu № 6. Anbar sahələrinin hesabatı.

2

10.04.2015

XIII

Mövzu 7. Sex planının işlənməsi.

3

24.04.2015

5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

I

Mövzu № 1. İynəyarpaqlı ağac xammalı növünün təyini.

2

28.01.2015

II

Mövzu № 2. Enliyarpaqlı ağac xammalı növünün təyini.

2

04.02.2015

III

Mövzu № 3. İynəyarpaqlı taxtaların növünün təyini.

2

11.02.2015

IV

Mövzu № 4. Enliyarpaqlı taxtaların növünün təyini.

2

18.02.2015

V

Mövzu № 5. Ağackəsən dəzgahların texnoloji parametrlərinin təyini.

2

25.02.2015

VI

Mövzu № 6. Xammal balansının tərtibi.

2

04.03.2015

VII

Mövzu № 7. Kəsmə üsullarının seçilməsi.

2

11.03.2015

VIII

Mövzu 8. Taxtaların növlərə ayrılması

2

18.03.2015

IX

Mövzu №9. Səthin təmizliyinin təyini.

2

25.03.2015

X

Mövzu 10. Taxtaların qeydiyyatı.

2

01.04.2015

XI

Mövzu № 11.Taxtaların boyuna və brus boyuna biçilməsi, çıxar faizinin müqayisəsi.

2

08.04.2015

XII

Mövzu № 12.Ağackəsmədən alınan tullantılar və onların istifadə sahələri.

2

15.04.2015

XIII

Mövzu № 13.Ağackəsmədən alınan tullantılar və onların istifadə sahələri.

2

22.04.2015

XIV

Mövzu № 14. Ağackəsmədən alınan tullantılar və onların istifadə sahələri.

2

29.04.2015

XV

Mövzu № 15. Ağackəsmədən alınan tullantılar və onların istifadə sahələri.

2

06.05.2015

5.4. Kurs işləri (layihələri) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4




Mövzu №1. Verilmiş illik məhsuldarlıq üçün ikimərtəbəli ağackəsmə sexinin layihələndirilməsi.

Mişarlanmış materialların ölçüləri və çıxar faizi təyin olunur. Tələb olunan avadanlıq və vasitələrin markası, sayı, məhsuldarlığı müəyyənləşdirilir. Sexin planı işlənir.



76







Mövzu №2. Verilmiş illik məhsuldarlıq üçün birmərtəbəli ağackəsmə sexinin layihələndirilməsi.

Mişarlanmış materialların ölçüləri və çıxar faizi təyin olunur. Tələb olunan avadanlıq və vasitələrin markası, sayı, məhsuldarlığı müəyyənləşdirilir. Sexin planı işlənir.









5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Ağackəsmənin inkişaf tarixi haqda məlumat.

2.

Ağackəsmə istehsalının məhsulları.

3.

Ağackəsmə istehsalının xammalı.

4.

Girdə meşə materiallarının kəsilməsinin əsasları.

5.

Girdə meşə materiallarının kəsilmə prosesi.

6.

Mişarlanmış materialların növlərə ayrılması.

7.

Mişarlanmış materiallar anbarında işin təşkili və texnoloji proses. Dəzgahlar və avadanlıqlar.

8.

Xammalı kəsmək üçün dəyirmi mişar dəzgahları.

9.

Xammalın uzununa hərəkəti üçün növlərə ayırma qurğusu.

10.

Ağackəsən dəzgahların xarakteristikası.

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: Nəsirov M. S. _____________

13” yanvar 2015- ci il.

Yüklə 70,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə