Uğur qutusu” reklam aksiyasinin qaydalari



Yüklə 29,56 Kb.
tarix05.07.2018
ölçüsü29,56 Kb.
#55810
növüQaydalar

Uğur qutusu REKLAM AKSİYASININ QAYDALARI


1.  Aksiyanın adı (bundan sonraAksiya):

“Uğur qutusu”

2. Aksiyanın keçirilmə müddəti:

__________-cı il tarixindən ________2017-ci il tarixinədək

3. Aksiyanın keçirildiyi ərazi




4.Aksiyanın təşkilatçısı haqqında məlumat

Adı:

“GFC” MMC

Yerləşdiyi yer/ Poçt ünvanı:

AZ 1138, Şərifzadə küç., 129V

VÖEN

VÖEN 1701109091

Telefon/faks

Tel. +99 412 434 35 79 (istirahət günləri və dövlət bayramı günlərindən başqa hər gün Bakı vaxtı ilə saat 8:00-dan 23:00-dək)

5.Aksiyanın Partnyoru

“MAİL.RU” MMC

6. Məhsul

Aksiyada 1 (bir) toyuq budu, 1 (bir) balaca kartof-fri və seçimə görə 1 (bir) sous (Barbekü sousu və ya Kentukki Barbekü sousu) tərkibli dəstdən ibarət olan __________ il tarixindən etibarən təqdim edilən “Warface uğur qutusu” (bundan sonra – Məhsul) menyusu iştirak edir. Məhsulun tərkibi Aksiyanın təşkilatçısı tərəfindən birtərəfli qaydada dəyişilə bilər.


7.  Qonaqlar

Bu Qaydalarda göstərilmiş şərtlərə müvafiq olaraq Aksiyada iştirak edən əmək qabiliyyətli fiziki şəxslər (bundan sonra – Qonaqlar).

8. Warface pin-kodu

Warface (brend Aksiyanın Partnyoruna məxsusdur) onlayn-şuterində oyundaxili predmetin pin-kodu olan unikal eyniləşdirmə kodu.

9.  Aksiyada iştirak qaydası

9.1. Aksiyanın həyata keçirildiyi müddət ərzində Qonaq:

9.1.1. Aksiyanın keçirildiyi Əraziyə aid olan seçilmiş “KFC” restoranına getdiyi gün kassada “Uğur qutusu” menyusunu sifariş edir;

9.1.2. Tərkibində “Uğur qutusu” menyusunun olduğu sifarişi aldıqdan sonra kassa çekini (çeki itirmək olmaz) və toyuq budu, kartof-fri porsiyası (kiçik) və seçimə görə sousdan (Barbekü sousu və ya Kentukki Barbekü sousu) ibarət “Uğur qutusu” dəstini alır. Warface pin-kodu “Uğur qutusu” boksunun dibinə xarici tərəfdən vurulur.

9.1.3. “Uğur qutusu”-nu aldıqdan sonra Qonaq Warface pin-kodunu İnternetə çıxışı olan və Warface oyununun quraşdırılmasını və işə salınmasını dəstəkləyən istənilən cihazda коробкаудачи.рф saytına daxil olmaqla bir dəfə aktivləşdirmək hüququna malikdir;

9.1.4. Warface (brend Aksiyanın partnyoruna məxsusdur) pin-kodlarının iş prinsipi Warface oyunundakı iş prinsipi ilə eynidir:

Məhsulun xarici tərəfində qeyd edilmiş pin-kodun daxil edilməsi zamanı Qonağın qazandığı bonuslar təsadüfi qaydada müəyyən edilir. Qonaq, bonus əvəzinə oyunda istifadə edə biləcəyi döyüş sursatlarını ala bilər. Pin-kodu aksiyanın коробкаудачи.рф saytında “Hədiyyə almaq” pəncərəsində aktivləşdirmək olar.

9.1.5. Warface pin-kodunun aktivləşdirilməsində problemlər aşkar edildikdə Qonaq internet vasitəsilə https://games.mail.ru/support/wf/#/ dəstək ünvanına daxil olaraq Mail.ru şirkətinin (Aksiyanın partnyoru) Warface istifadəçiləri üçün dəstək mərkəzi ilə əlaqə saxlamalıdır. KFC məhsulları ilə bağlı məsələlər ilə əlaqədar olaraq isə Qonaq, www.kfc.ru saytında əks əlaqə forması vasitəsilə Aksiyanın təşkilatçısına müraciət etməlidir.

9.1.6. Aksiyanın çərçivəsində bir “Uğur qutusu” məhsulunda yalnız bir Warface pin-kodu olur. Qonaq bu pin-kodu yalnız bir dəfə aktivləşdirərək istifadə edə bilər. “Uğur qutusu”-nun alış çeki ilə 9.1.5-ci bəndə uyğun olaraq Partnyorun dəstək xidmətinə müraciət etmiş Qonaqlardan iradlar daxil olduqda Warface kodundan qanunsuz şəkildə istifadə edən Qonaq, akkauntunda topladığı bütün oyun üstünlüklərindən məhrum ola bilər. Barəsində Dəstək Xidmətinin aşağıda göstərilmiş əsaslı şübhələri olan Qonaqlara qarşı sanksiyalar tətbiq olunur:

а) Warface pin-kodundan təkrar istifadə və ya

b) Warface pin-kodunun aktivləşdirilməsi ilə əlaqədar fırıldaq əməlləri və ya

c) hazırkı Qaydaların 6.1.2 bəndinin pozulması ilə əldə edilən Warface pin-kodunun aktivləşdirilməsi;

Warface pin-kodunun köməyi ilə alınan oyun üstünlüyü Mail.ru-nun (Aksiyanın Partnyoru) dəstək xidməti tərəfindən dərhal ləğv ediləcək.

9.1.7. KFC restoranlarının WiFi-zonalarından kənarda Warface pin-kodunun aktivləşdirilməsinə sərf olunan internet trafikinin dəyəri Qonaq tərəfindən mobil operator və ya provayderlə dəqiqləşdirilməlidir.

9.1.8. Reklam aksiyasının təşkilatçısı Warface Pin-kodunun İnternetdə aktivləşdirilməsi və ya Warface oyun məkanından istifadənin digər xüsusiyyətləri ilə əlaqədar yaranan trafik xərclərini və ya digər xərcləri ödəmir.



10. Xüsusi şərtlər

10.1. “Uğur qutusu” məhsulu digər yeməklər və içkilərlə əvəz oluna bilməz.

10.2. “Uğur qutusu” məhsulunun qabında qeyd olunmuş Warface pin-kodundan bir dəfə istifadə etmək olar.

10.3. “Uğur qutusu” məhsulunun qabındakı Warface pin-kodu Qonağa “Uğur qutusu” məhsulundan ayrıca satıla və ya verilə bilməz;

10.4. Təklif ___________-cı ildən etibarən məhsulun “KFC” restoranında bitməsinədək qüvvədədir.

10.5. Aksiyada iştirak etməklə Qonaq, hazırkı Qaydalar ilə tam olaraq tanış olduğunu və onlarla razı olduğunu təsdiq edir.

10.6. Aksiyada iştirak etməklə Qonaq, öz şəxsi məlumatlarının emalının həyata keçirilməsi, eləcə də potensial olaraq maraqlı ola biləcək mal və xidmətlər haqqında məlumatın təqdim edilməsi imkanı ilə əlaqəli məqsədlərlə, həmçinin statistika xarakterli məlumatın toplanılması və emalı və marketinq araşdırmasının keçirilməsi məqsədilə şəxsi məlumatların toplanılması, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi, istifadəsi, anonimləşdirilməsi ilə razılaşır. Qonaq, xəbərdar edilir və razılaşır ki, Aksiya Təşkilatçısının adına və ünvanına sifarişli poçt vasitəsilə qoşmaların siyahısını əlavə edərək yazılı ərizə göndərməklə yuxarıda qeyd edilmiş razılığı ləğv edə bilər.



10.7. Aksiyanın təşkilatçısı Qonaqları 5 (beş) gün qabaqcadan xəbərdar etməklə коробкаудачи.рф. saytında müvafiq məlumatın yerləşdirilməsi ilə Aksiyanın şərtlərini dəyişdirmək hüququna malikdir.

  
Yüklə 29,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin