Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə3/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   55

Cümə axşamı


Əhli-beyt rəvayətlərində dua üçün ən münasib vaxt cümə axşamı hesab olunur. Cümə axşamı öz dəyərinə görə ən xeyirli gecə olan «qədr» gecəsinə oxşadılır. Din böyükləri deyirlər: “Çalışın cümə axşamını namaz, dua,zikr, tövbə ilə sübh edin. Allah-Taala cümə gecəsi iman əhlinin kəramətini artırmaq üçün mələklərini birinci səmaya endirər.”

İmam Sadiq (ə)-dan nəql olunmuş bir rəvayətdə buyurulur ki, bə`zən Allah xeyir olaraq, mö`minin duasını tə`xirə salıb, cümə vaxtı qəbul edər.17 Elə həmin mənbədə başqa bir hədisdə buyurulur: “Oğlanları Həzrəti Yə`qubdan günahlarının bağışlanması üçün dua istədikləri vaxt, o bu duanı cümə axşamınadək tə`xirə saldı.”

İmam Baqir (ə) buyurur: “Allah-Taala hər cümə axşamı bir mələyə göstəriş verir ki, gecənin əvvəlindən sonunadək Onun adından belə nida etsin: “Sübh açılmamış dünya və axirəti üçün bir mö`min bəndə məni çağıracaqmı ki, duasını yerinə yetirim? Sübh açılmamış bir mö`min bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamış bir mö`min bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım? Sübh açılmamış bir xəstə mö`min istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mö`min sübhdən qabaq dua edəcəkmi ki, onu zindandan qurtarım? Görəsən haqqında zülm edilmiş bir mö`min sübhdən qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, onun haqqını qaytarım?” Bəli, bu mələk sübh açılanadək nida edər.”18

Cümə axşamı üçün bir sıra namazlar, dualar və zikrlər müəyyənləşdirilmişdir. Dualar arasında “Kumeyl” duasının xüsusi yeri vardır.


Kumeyl ibn Ziyad


İstər şiə’ istərsə də sünni alimləri Kumeyl ibn Ziyadı böyük iman, qüdrətli ruh, pak düşüncə xalis niyyət, gözəl əxlaq və saleh əməl sahibi kimi tanıyırlar. Bütün din alimlərinin fikrincə Həzrət Əli (ə) və İmam Həsənin (ə) xüsusi səhabələrindən olan Kumeyl ədalətli və kəramətli bir şəxsdir. Həzrət Əli (ə) Kumeyli ən e`tibarlı yaxınından biri hesab etmişdir.19 Kumeyl Həzrət Əli (ə)-ın ən yaxın şiələrindən və aşiqlərindən biri olmuşdur.20

Həzrət Əli (ə)-ın Kumeylə olan tapşırıq və vəsiyyətləri onun iman və mə`rifətindən danışır. Əhli-beyt ardıcıllarına qarşı dost münasibətdə olmayan sünnilər Kumeyli bütün cəhətlərdən e`tibarlı sayırlar. Ariflər, Allah aşiqləri Kumeyli Həzrət Əli (ə)-ın sirdaşı kimi tanıyırlar.

Kumeyl on yeddi il İslam Peyğəmbərinin (s) nurani dövründə yaşamış və bu nurdan faydalanmışdır. Bu böyük insan Həccac ibn Yusif Səqəfinin əli ilə şəhadətə yetirilmişdir. Bu şəhadət haqqında Həzrət Əli (ə) Kumeylə əvvəlcədən xəbər vermişdi. Zalım əməvi hakimi tərəfindən İraqa vali tə`yin olunmuş Həccac ibn Yusif daim Kumeyli tə`qib etmiş və məhz Əhli-beyt məhəbbətinə görə onu qətlə yetirmişdir. Kumeyl Həccac ibn Yusifdən gizlənərdi. Onu tapa bilməyən vali Kumeylin bütün yaxınlarını sıxıntıya salıb, onların hüquqlarına təcavüz edir. Yaxınlarının əzab-əziyyətinə dözməyən Kumeyl birbaşa valinin yanına gəlir və deyir: -”Əlindən gələni et. Ömrümdən bir şey qalmayıb. Tezliklə mən də sən də Allahın hüzuruna qayıdasıyıq. Mövlam mənə xəbər verib ki, qatilim sənsən.” Zalım Həccacın əmri ilə bu doxsan yaşlı müqəddəs insanın boynu vurulur. Onun qəbri Nəcəf və Kufə şəhərləri arasında yerləşir.

Kumeyl duası


Aşiq ariflər və arif aşiqlər bütün dualar içərisində “Kumeyl” duasının məqamını, insanın bütün yaranmışlar arasında olan məqamı kimi bilmişlər. Varlıq aləmində bütün mövcudların ən şərəflisi insan olduğu kimi, duaların da ən şərəflisi “Kumeyl” duasıdır. Tanınmış alim Əllamə Məclisi “Kumeyl” duasını ən üstün dua hesab edir. Mərhum alim Seyyid ibn Tavusun “İqbal” kitabına əsaslanaraq özünün “Zadul – Məad” kitabında yazır: “Kumeyl deyir ki, bir gün Bəsrə şəhərində Mövlam Əlinin yanında oturmuşdum. Şə`banın on beşinci gecəsindən söz düşdü. Həzrət Əli (ə) buyurdu ki, hər kəs bu gecəni oyaq qalıb ibadət etsə Həzrət Xızrın (ə) duasını oxusa, duası hökmən qəbul olar. Sonra Həzrətin xidmətinə gedib xahiş etdim ki, bu duanı mənə öyrətsin. O buyurdu: “Ey Kumeyl! Elə ki, bu duanı öyrəndin, ya hər cümə axşamı, ya ayda bir dəfə’ ya ildə bir dəfə’ ya da ömründə bir dəfə onu oxu. Bu dua səni düşmənlərin şərrindən qoruyar, sənə ruzi yetirər və günahlarını bağışladar. Ey Kumeyl! Belə bir ne`mət və kəramətlə ucalmağının səbəbi uzun müddət göstərdiyin xidmətlərdir. Otur, yaz...” Rəbbani alim Mərhum Kəf`əmi “Misbah” kitabında yazır ki, Həzrət Əli (ə) bu duanı səcdə halında oxuyardı.

Bu duanı oxuyan şəxs bir sıra şərtlərə əməl etməklə yanaşı üzü qibləyə olmalı, müt`i görkəm, sınıq qəlb, xalis niyyət, ağlar göz və qəmli səslə oxumalıdır. Sözsüz ki, bu halda oxunan duanın qəbuluna ehtimal çoxdur.21

Ağlar göz Allah hüzurunda böyük e`tibara və dəyərə malikdir. Göz yaşı günahların bağışlanmasına, Allahın qəzəbinin soyumasına və ilahi rəhmətə qovuşmağa səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bir damla göz yaşı dəryalarca atəşi söndürür. Göz yaşardığı vaxt zülmət və xarlıq çöhrədən çəkilər. Göz yaşı axıdan kəsə Allah Cəhənnəmi haram edər. Doğrudan da gözü ağlar bir ümmət hər halda mərhəmətə çatar.”22 Həzrəti İmam (ə) başqa bir hədisdə buyurur: “Yalnız üç göz Qiyamətdə ağlamaz: Allahın haram buyurduğuna qapanan göz, Allah yolunda yuxusuz qalan göz, gecə yarı Allah qorxusundan ağlayan göz.”

Bismillahir-rəhmanir-rəhim


“Kumeyl” duasının sonsuz nur mənbəyi olan “bismillah” ilə başlanmasının bir neçə səbəbi var:

1. Həzrət Əli (ə) Həzrət Peyğəmbər (s)-dən, Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: “Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.”23

2. Mərhum Təbərsi “Məkarimul - əxlaq” kitabında nəql edir ki, Həzrət Musa ibn Cə`fər (ə) buyurmuşdur: “Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə “bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”

3. Mühüm bir hədisdə buyurulur: «Bismillahir-rəhmanir-rəhim» ilə başlayan dua Allah dərgahında rədd edilməz.24

4. Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirmişdir. Həzrət (s) buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan “bismillahir-rəhmanir-rəhim” kəlmələrini oxumalıdır. Mehriban Allah bu kəlmələrin hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər edər.

5. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Əgər bir müəllim bir uşağa “bismillahir-rəhmanir-rəhim” öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.”

6. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü ümmətimi əməllərin hesab yerinə gətirər və əməllər tərəziyə qoyular. Yaxşı əməl pis əməllərdən ağır gələr. Qədim ümmətlər fəryad qopararlar ki, «nə üçün yaxşılıqlar az olduğu halda pisliklərdən ağır gəldi?» Onların peyğəmbərləri cavab verərlər ki, bu ümmət sözə üç haqq adla, “Allah”, “Rəhman”, “Rəhim” adları ilə başladığından tərəzinin bu adlar olan gözü bütün əməllərin yığıldığı o biri gözdən ağır gəlir.”

7. İmam Riza (ə) buyurur: “bismillahir-rəhmanir-rəhim” “ismi-ə`zəmə” gözün qarasının ağına yaxınlığından daha yaxındır. Şəksiz ki, dua ismi-ə`zəmlə başlayarsa, Allah-Taala tərəfindən qəbul olunar.

“Bismillah” vəsfə gəlməyən hal yaradan pak bir şərbətdir. Bu şərbətin tə`siri ilə mə`şuqun cazibəsinə düşən aşiq vüsal yolunu yorğunluq bilmədən addımlayır.
Bu eşq şərbətindən məst olasıyam,

Bir baxışla lalə tək solasıyam.

Büdrəyib ucaboy sərvin başından,

Parça-parça olub alçalasıyam.


O sevimli yarın qəmzəsi olsa,

Badədən içməmiş məst olasıyam.

Əlimdən çıxsa da bu nurlu şərbət,

Yenə də torpağa üz salasıyam.


Ayaqlarım gücdən düşsə də bil ki,

Əlimlə sürünüb kam alasıyam.

Gəncliyi bu yolda versəm də əldən,

Yenə də eşqdən məst qalasıyam.




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə