Ümumi geologiya və geomorfologiyanin əsaslari m ü h a z I r ə 1



Yüklə 19,09 Kb.
səhifə1/3
tarix05.01.2022
ölçüsü19,09 Kb.
#111833
  1   2   3

ÜMUMİ GEOLOGİYA VƏ GEOMORFOLOGİYANIN

ƏSASLARI
M Ü H A Z İ R Ə 1
GEOLOGİYA VƏ GEOMORFOLOGİYA ELMLƏRİ HAQQINDA

ÜMUMİ ANLAYIŞ


P L A N


  1. Geologiya haqqında ümumi anlayış

  2. Geologiya elminin qısa tarixi

  3. Geomorfologiya haqqında ümumi anblayış

  4. Geomorfologiya elminin qısa tarixi.

Yerin quruluşunu, tərkibini və inkişafını öyrənənb elmə “ Geologiya” deyilir. Geologiya sözü “ geo “- Yer və “ loqos “ – elm kəlmələrindən əmələ gəlmişdir, geologiya Yer haqqında elm deməkdir.

Geologiya ibtidai insanların işlətdiyi ilk faydalı qazıntıların ( çıxmaq daşı, kvars, kvarsit, əhəngdaşı, daşduz və s. ) öyrənilməsindən başlamış, okeanın dərin qatlarının və kosmik fəzanın tədqiqinə qədər çox uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir.

Hazırda sürətlə inkişaf edən geologiya elmi bir-biri ilə qarşılıqlı əlaqədar bir sıra qollara, məsələn, mineralogiya, petroqrafiya, dinamiki geologiya, tarixi geologiya, hidrogeologiya, mühəndis geologiyası və s. ayrılır.



Mineralogiya – təbii şəraitdə yer qabığında yaranan müxtəlif miuneralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənir.

Petroqrafiya – yer qabığını təşkil edən müxtəlif mənşəli süxurlar haqqında təlimdir. Çökmə süxurlar əmələgəlmə şəraitinə və xassələrinə görə maqmatik və metamorfik süxurlardan fərqləndiyi üçün müstəqil olaraq çökmə süxurlar petroqrafiyasında öyrənilir.


Yüklə 19,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin