Uşaq və yeniyetmələrin xarakterində olan qüsurlar, onların təhsilində müəllimlərin peşə ustalığı Lamiə Nizami qızı Nağıyeva



Yüklə 19,94 Kb.
səhifə1/3
tarix11.01.2023
ölçüsü19,94 Kb.
#122152
  1   2   3
tehsıl unıver konfransa meqale


Uşaq və yeniyetmələrin xarakterində olan qüsurlar, onların təhsilində müəllimlərin peşə ustalığı
Lamiə Nizami qızı Nağıyeva
Gəncə Dövlət Universitetinin
Ümumi pedaqogika kafedrasının baş müəllimi
Pedaqogika üzrə fəlsəfə doktoru
lamie.7530@list.ru


Açar sözlər: Risk qrupu uşaqlar, Sosial pedaqogika, ailə tərbiyəsi, risk faktorları, ailə şərtləri, təhsil şərtləri.
Ключевые слова: Группа риска детей, Социальная педагогика, семейное воспитание, факторы риска, условия семьи, условия образования.
Key words: Risk group of children, Social pedagogy, family education, risk factors, family conditions, terms of education.
Gənc nəslin tərbiyəsi daim dövlətimizin, diqqət mərkəzində olaraq istər təhsil müəssisələrində, istərsə də cəmiyyətdə ən aktual mövzu olaraq daim araşdırılır. Heç təsadüfi deyil ki, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanun”unda göstərilmişdir ki, “irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq vətəndaşların təhsil hüququna təminat verilir”. Burada “sosial maddi vəziyyətindən, fəaliyyət sahəsindən” fikri diqqəti cəlb edir. Bu o deməkdir ki, cəmiyyət uşaqları sosial-maddi vəziyyətini, onların fəaliyyət sahəsini daim nəzərə almalı, onların hüquqi dövlətin müstəqil vətəndaşı kimi təhsil almasını təmin etməlidir.
Söhbət sosial-maddi vəziyyətdən düşəndə, əlbəttə ki, ağla gələn ilk fikir, çətin tərbiyə olunan uşaqlar olur. Hansı ki, sosial ədəbiyyatda və gündəlik dilimizdə tərbiyəçilər tərəfindən tez-tez istifadə olunur. XX əsrin birinci yarısında “tərbiyəsi çətin olan uşaqlar” kəlməsindən istifadə olunurdu. İndiyə qədər “çətin” uşaqlar kəlməsi ümumi interperetasiyaya malik olmayıb. Bu kəlmənin çoxaspektliliyi çətin tərbiyə ilə əlaqədardır. Tarixi pedaqoji yanaşma problemdə ən vacib anlayışı ortaya çıxarmağa imkan verir. Pedaqoji fəaliyyətdə tərbiyəçi üçün tərbiyəsində çətinlik yaranan uşaqlar çətin tərbiyə olunan, daha geniş mənada desək, Risk qrupu uşaqlardır. Bu çətinliklər isə uşaqların mənfi emosiyalarında, başqa uşaqlarla, tərbiyəçilərlə münasibətlərində büruzə verilir. Həmçinin Risk qrupu uşaqlar ailə və təhsil şərtləri baxımından müvəffəqiyyətsiz olan və məktəbi yarımçıq qoyan şagirdlərdir. İstismar və laqeydliyə məruz qalma isə, uşağın sağlamlığına və inkişafına bir çox istiqamətdən mənfi təsir edir (3, 325).
Bəs, Risk qrupu uşaqların problemləri nədir? İlk olaraq valideynlər uşaqlarda olan qəribəlikləri müşahidə edirlər və onlar özləri bununla bacara bilmirlər. Sonra uşaq məktəb həyatına qədəm qoyur və bu kimi qəribəliklər daha böyük formada özünü büruzə verir, hətta müəllimlər onun bu qəribəliklərini ya anlamırlar, ya da öz bildikləri istiqamətə yönəldirlər. Bununla da bu qəribəliklər dahada böyüyür və sonda yeniyetmələrlə iş üzrə polis inspektorlarına müraciət olunur. Düşünəndə ki, bu uşaqlar dövlətimizin gələcəyini təmsil edəcəklər, ona görə də araşdırdığımız mövzunun aktuallığına bir daha əmin oluruq. Risklər, ölkədən ölkəyə və bölgədən bölgəyə fərqli olduğundan risk qrupunda iştirak edən uşaqlar nisbətində də böyük dəyişkənliklərin mövcud olduğunu göstərir. Ən əhəmiyyətli risk faktorları olaraq ailə və təhsil şəraiti göstərilir. Onların bir neçəsi ilə tanış olaq:

Yüklə 19,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin