SAİB ƏSƏRLƏRİNİN YENİ NƏŞRİ YUNESKO tərəfindən yubileyi beynəlxalq miqyasda qeyd edilmiş qüdrətli Azərbayjan şairlərindən biri də Xaqani, Nizami, Nəsimi, xüsusən Füzuli ədəbi məktəbinin davamçısı Mirzə Məhəmmədəli Mirzə Əbdürrəhim oğlu Saib Təbrizidir.
Tədqiqatlar nətijəsində Saib Təbrizinin təqribən 300 min misra şer yazdığı müəyyənləşdirilmişdir. 1975-ji ildə Hindistanın Lakhnau şəhərinin əlyazmalar xəzinəsindən şairin 230 min misradan artıq şerinin köçürüldüyü əlyazma nüsxəsi tapılmışdır.
Saib Təbrizi bütün yaradıjılığı ərzində çoxsaylı qəsidələr, rübailər, qitələr, məsnəvilər və nəsr əsərləri yazsa da, Azərbayjan ədəbiyyatı tarixinə məhz müqtədir qəzəl ustası kimi daxil olmuşdur. Onun «Qəndəharnamə» məsnəvisi Azərbayjan ədəbiyyatında epik şerin qiymətli nümunələrindən biri sayılır. Şairin müxtəlif mənbələrdə göstərilən «Mahmud və Ayaz» məsnəvisi isə dövrümüzə gəlib çatmamışdır. Saib Təbrizi həm də Azərbayjan ədəbiyyatı tarixi üçün qiymətli mənbələrdən sayılan «Səfinei-Saib» adlı jüngün tərtibçisidir.
Saib Təbrizinin yaradıjılığı Azərbayjanda, həmçinin İranda, Türkiyədə, Orta Asiya ellərində, Əfqanıstanda və Hindistanda farsdilli və türkdilli ədəbiyyatın inkişafına mühüm təsir göstərmişdir.
Azərbayjanda Saib Təbrizinin yaradıjılığına həmişə böyük maraq göstərilmiş, əsərlərinin üzü dəfələrlə köçürülmüşdür. Təsadüfi deyildir ki, Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda şairin peşəkar xəttatlar tərəfindən köçürülmüş divanının M-135, M-232, S-4 və S-12 şifrələri altında 4 mükəmməl nüsxəsi saxlanılır. Saib şerlərinin ayrı-ayrı nümunələri çoxsaylı jünglərdə də qeydə alınmışdır.
Ötən əsrdə Azərbayjan alim və tədqiqatçıları Saib Təbrizinin yaradıjılığının öyrənilməsi və nəşri işinə də diqqət yetirmişlər. Müharibənin yenijə qurtardığı 1945-ji ildə Bakıda Saib Təbrizinin həyat və yaradıjılığına həsr edilmiş təntənəli ədəbi-bədii gejə keçirilmiş, böyük Səməd Vurğun burada giriş nitqi söyləmiş, Həmid Araslı «Saib Təbrizinin həyat və yaradıjılığı» mövzusunda məruzə etmiş, bu tədbirin nətijəsi olaraq, şairin Leninqrad Dövlət Universitetinin Kitabxanasında tapılmış əlyazması əsasında Azərbayjan dilində 17 qəzəli 1946-jı ildə Azərbayjanın İranla Mədəni Əlaqə Jəmiyyəti xətti ilə ilk dəfə (əski əlifbada) nəşr edilmişdir.
Sonrakı dövrdə Saib Təbrizi haqqında elmi işlərin yazılması və əsərlərinin nəşr edilməsi daha da genişləndirilmiş, bununla şairin adı Azərbayjan ədəbiyyatı tarixində özünə layiqli yer tutmuşdur. Xüsusən şair-alim Balaş Azəroğlunun Saib Təbrizinin sənət dünyası üzrə yazdığı doktorluq və Məsiağa Məhəmmədinin şairin farsdilli irsi əsasında yazdığı namizədlik dissertasiyaları qüdrətli sənətkarın yaradıjılığının öyrənilməsində nəzərəçarpajaq addım olmuş, həmin tədqiqatların əsasında B.Azəroğlu 1980-ji ildə «Saib Təbrizinin sənət dünyası», M.Məhəmmədi isə 1994-jü ildə «Saib Təbrizi və farsdilli poeziyada hind üslubu» monoqrafiyalarını nəşr etdirmişlər.
Saib Təbrizinin anadilli və farsdilli yaradıjılığının böyük bir hissəsini özündə əhatə edən «Seçilmiş əsərləri» 1980-ji ildə «Yazıçı» nəşriyyatı tərəfindən buraxılmışdır. Kitabı Əlyazmalar İnstitutunda mühafizə edilən M-135 nüsxəsi əsasında nəşrə hazırlayan filologiya elmləri doktoru Balaş Azəroğlu ona ön söz yazmış, şairin anadilli şerlərini 1946-jı il nəşri əsasında transfoneliterasiya etmiş, əlyazmadakı farsdilli şerlərini isə Azərbayjan dilinə tərjümə etmişdir. Həmin kitab şair-alim, filologiya elmləri doktoru Söhrab Tahirin redaktəsində nəşr olunmuşdur.
Respublika Prezidenti İlham Əliyev jənablarının xüsusi Sərənjamına müvafiq təqdim edilən bu kitab 1980-ji il nəşri əsasında yeni redaktə ilə hazırlanmışdır.