Saib Təbrizi poeziya aləmində ilk qanad açdığı gündən daha yüksəkliyə uçmaq arzusunda olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, onun mütəfəkkir və novator bir şair kimi yetişməsində Azərbayjan şifahi xalq ədəbiyyatı ilə klassik poeziyanın qabaqjıl ənənələrinin çox mühüm və inkaredilməz rolu vardır.
Saib Təbrizi Qətran Təbrizi, Xaqani və Nizami ənənələri üzərində yüksəlib inkişaf etmişdir. Azərbayjan dilində yazdığı şerləri onu Füzuli poeziyasına daha çox yaxınlaşdırmaqdadır. Bu ona insan taleyini və ijtimai həyatın ziddiyyətlərini daha dərindən dərk etmək imkanı vermişdir.
Saib Təbrizi farsdilli poeziyanın da dahilərini həmişə qiymətləndirmiş, qəzəllərində Sədinin, Hafizin, Mövləvinin, Əttarın və b. adlarını hörmətlə yad etmiş və onlardan təsirləndiyini söyləmişdir.
Şerlərinin hər beytində bir dünya məna gəzdirən şairin ədəbiyyat aləmindəki müvəffəqiyyətinin əsas amili şeri daha da kütləviləşdirməsindən, anlaşıqlı etməsindən ibarət idi. Xalq ədəbiyyatından, atalar sözlərindən, zərbül-məsəllərdən geniş istifadə edən şair şerlərini bajardıqja sadələşdirmək istəmişdir. Anjaq Saib şerinin sadəliyi onun fikri vüsətinə, bədii ifadə tərzinə, romantikasına heç də xələl gətirmirdi, əksinə, bəlkə, onu daha da jilalayırdı. Saibin bədii təsvir vasitələri o qədər zəngin və rəngarəngdir ki, onu oxuyanlar heyran olmaya bilmirlər.
Saib yaradıjılığının məziyyətlərindən başlıjası onda yenilik ruhunun güjlü olmasıdır. O özündən qabaq dönə-dönə işlənmiş, köhnəlmiş ifadə və təsvir vasitələrini rədd edib, şerə yeni məzmun, yeni bədii vasitələr gətirmiş, onu daha da təravətləndirmişdir. Lakin bu yolda şairi bəyənənlərlə yanaşı, rədd edənlər də olmuşdur. Bununla belə, heç kəs böyük bir həqiqəti inkar edə bilməmişdir ki, Saib XVII əsrdə yeni bir üslubun yaradıjılarındandır.
Saib Təbrizinin başçılıq etdiyi bu ədəbi jərəyan İranda «İsfahan səbki», Hindistanda «Hind məktəbi» adı ilə məşhurdur.
Qeyd etmək lazımdır ki, ədəbiyyatda gedən hər yeniləşmə, heç şübhəsiz, əvvəljə ayrı-ayrı şairlərin üslubunda təzahür edir, sonra bütün ədəbiyyatda yeni bir jərəyanın meydana gəlməsinə səbəb olur. İranda Saiblə yanaşı, dövrün ən qüdrətli sənətkarları Nəziri Nişapuri, Ürfi Şirazi, Talıb Amuli, Zəhuri Tərşidi, Vəhşi Yəzdi və b. öz əsərlərini yeni üslubda yazmışlar. Hindistanda İrandan mühajirət etmiş bir sıra mütərəqqi ruhlu sənətkarlarla yanaşı, Hindistanın, Əfqanıstanın və Orta Asiyanın da qüdrətli söz ustalarının «Hind məktəbi»nin inkişafında böyük rolu olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, təzkirəçilər çox zaman «Hind məktəbi»ni «Saib məktəbi» də adlandırmışlar.
Saib Təbrizi özü də yeni üslubda şer yazması ilə fəxr edir və sözünün qüdrətini, şerlərinin sevilməsinin əsas səbəbini məhz təzə səbkidə əsərlər yazmasında görür və qəzəllərində ara-sıra buna işarə edir: