İjtimai həyata fəal münasibət, hökmdarların tənqidi, fikrin yığjam, aforizm şəklində verilməsi bu üslub yaradıjılarının təsvir dairələrini daha da genişləndirirdi.
İstər Azərbayjanda və İranda, istərsə də Hindistanda bu yeni üslubda yaranan poeziyanın ən gözəl nümunələrini biz Saibin yaradıjılığında görürük. * * * Saib Təbrizi lirik şairdir. Orta əsrlər lirikası əsasən məhəbbət poeziyasıdır. Bu romantik poeziyada məhəbbət çoxşaxəli və geniş bir mövzudur. Onun həyatla, humanizmlə, dövrün fəlsəfi və ijtimai fikri ilə bağlı müxtəlif qolları vardır ki, onları öyrənmədən şairin təfəkkür aləminə, şerlərinin məna dərinliyinə varmaq mümkün deyildir.
Bu baxımdan Saibin divanını diqqətlə nəzərdən keçirən hər tədqiqatçı-alım aydın görə bilər ki, bu usta şairin oricinal yaradıjılıq yolu, ijtimai varlıq haqqında, insanlar haqqında yeni fikirləri, üslubu və ifadə xüsusiyyətləri vardır.
Saib öz lirikasının ruhuna və məzmununa görə xalq həyatı ilə bağlı bir şairdir. O, xalqdan öyrənməklə xalqın həyat tərzi haqqında da qiymətli fikirlər söyləmişdir.
Məhəbbət Saib Təbrizi poeziyasının həyat həqiqətlərini romantik ülviyyətlə qovuşduran qanaddır. Məhəbbət yalnız real zəmini olan təbii və həyati bir tələbdən ibarət deyil, eyni zamanda ülviyyət dərəjəsinə ujalan qeyri-adi bir vəziyyətdir.
Bütövlükdə orta əsrlər Şərq poeziyasında olduğu kimi, Saibin şerlərində də məhəbbət insanın, təbiətin, varlığın daxilindəki nizam, həyatın qanunauyğunluğu, torpağın, suyun, asimanın vəhdəti deməkdir. Məhəbbət insanın zahiri gözəlliyi, daxili aləminin paklığı, humanizmi, kamilliyi, özünü dərk etməsi, qayğısı, həyat fəlsəfəsi, dünyaya bağlılığı, həm də sevib-sevilməsidir.
Məhəbbəti öz lirikasında belə hərtərəfli tərənnüm edən Saib bütün varlıqda məhəbbət görmüş və ona məhəbbət bəsləmişdir. Şairin fikrinjə, həyatda məhəbbətsiz heç bir şey yarana bilməz. Çünki bütün varlığın mərkəzində ona həyat verən, onu yaşadan ülvi bir məhəbbət mövjuddur. Elə buna görədir ki, şair bizə yadigar qoyub getdiyi hər sözü, hər misranı sevə-sevə, odlu məhəbbətlə yaratmışdır. Şairin şerlərini oxuyarkən adama elə gəlir ki, beytlərdə düzülmüş kəlmələr onun fikir aləmində tamamilə dəyişmiş, yeni məna kəsb etmişdir.
Biz Saibin böyük ədəbi irsində məhəbbətin müxtəlif şəkillərdə tərənnümünə rast gəlirik. Belə şerlərdə şairin ruhən bağlı olduğu doğma Azərbayjan poeziyasının nəfəsi, orta əsrlər Şərq şerinin mütərəqqi ənənələrinin təsiri hiss olunduğu kimi, Saibin özünəməxsus yenilik axtarışları da duyulmaqdadır.
Şərqin bütün böyük söz ustaları kimi, Saib Təbrizinin də məhəbbət lirikası orta əsrlər poeziyasının tərənnüm etdiyi məhəbbətin bir sıra əsas problemləri ilə sıx surətdə bağlıdır.
İstər kiçik həjmli lirik şer parçalarında, istərsə vüsətli, geniş hadisələri əhatə edən epik əsərlərdə Şərqin böyük söz ustadları bu aləmin müxtəlif jəhətlərini qələmə almışlar.
Aydındır ki, məhəbbətin müxtəlif jəhətləri dedikdə biz heç də sevgililərin xarakterindən doğan sevgi hisslərinin müxtəlifliyini nəzərdə tutmuruq.
Bizim qeyri-adi hesab etdiyimiz ülvi məhəbbətin özü də adi bir şəkildə insanla bağlıdır. Çünki bu məhəbbət bir nəfərin (şairin) qəlbində, şüurunda jüjərib inkişaf edərək romantik vüsət alsa belə, şairin başqa birisinin (lirik qəhrəmanın) halında görmək istədiyi real insanların (oxujuların) qəlbinə yol tapmaq, onları hərtərəfli inkişaf etdirmək arzusudur.
Biz əksər hallarda kiçik həjmli şerlərdə lirik qəhrəmanın şairlə eyniləşdiyini görürük. Çünki bu əsərlərdə lirik qəhrəmanın dilindən deyilən sözlər şairin fikirlərini, düşünjə və arzularını ifadə edir. Demək, lirik qəhrəman bir növ şairin hisslərinin, hadisələrə münasibətinin ümumiləşmiş obrazıdır.
Saib Təbrizinin də yaratdığı lirik qəhrəmanlar hijranın çətin, əzablı yollarında vüsala çatmaq üçün fədakarlıqla irəliləyirlər. Bu qəhrəmanlar üçün eşq olan yerdə jəfa ilə vəfa eyniləşir. Məşuqənin öz aşiqinə etdiyi jəfa onun vəfası üzündəndir. Fəqət Saib qəhrəmanlarının məhəbbəti həmişə romantik olaraq qalmır.
Saib Təbrizi özünün ijtimai ideyalarını, siyasi və humanist fikirlərini də məhəbbət qəzəllərində vermişdir.
Saib yazır ki, onun vəsf etdiyi gözəlliyin və ya təbliğ etdiyi fikirlərin mayası həyatdadır. Lakin şair real aləmdən aldıqlarına romantik vüsət verir, onları mübaliğə, təşbeh və başqa epitetlər vasitəsi ilə ziynətləndirir: