Саиб тябризи


İlimiz, günlərimiz gör nə qədər qəmli keçir



Yüklə 13,18 Mb.
səhifə13/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
İlimiz, günlərimiz gör nə qədər qəmli keçir,

Ömürdən hər ötən il millətə bayram sayılır.

Lakin Saib dövrün hakiminə öyüd-nəsihət verməyin faydasız olduğunu gördükdə daha kəskin şerlərlə çıxış edir. O, hökmdara xatırladır ki, xalq səndən sədəqə istə­mir və sənin əlində topladığın iqtidar da, miknət də xal­qın­kıdır. Siz onu geri qaytarırkən heç də fədakarlıq et­mir­siz. Xalq hər şeyə qadirdir. O, xəsislərdən sədəqə istə­məz, nejə ki, «huma quşunun itin ağzından sümük al­ma­sı mahal işdir».

Saib şahlara xatırladır ki. bu dünyaya çoxlu iqtidarlı adamlar gəlib-getmişlər, onların hakimiyyətlərini zə­ma­nənin fırtınaları məhv etmişdir. Süleyman iqti­darına malik olan hökm­darların gözündə qarışqa timsa­lında görünən xalq isə yaşayır, özü də öz zəhmətinin bəh­rəsi ilə yaşayır.

Saib şerlərində dönə-dönə haqqı tapdalanan, əda­lət­siz­lik görüb zülmə məruz qalan aşağı təbəqənin mə­nəvi jəhət­dən zəngin, hətta fiziki jəhətdən də qüvvətli olduğunu yuxarı təbəqənin gözünə çəkir. Şair qəti olaraq inanırdı ki, haqq yol haqsızlıqdan intiqam alajaqdır. Yo­lun­dan çıxanları elə tapşır­maq, elin mühakiməsinə ver­mək lazımdır:


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin