Саиб тябризи


Bu sənə fəxridi şairlər içrə, Saib, sən



Yüklə 13,18 Mb.
səhifə9/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   5   6   7   8   9   10   11   12   ...   27
Bu sənə fəxridi şairlər içrə, Saib, sən

Təzə bir tərzdə dür tökmədəsən təbindən.

Saib başqa bir şerində təzə üslubun məhz onun tə­rə­findən yarandığını bir sənətkar qüruru ilə qeyd edir:

Bu məhəbbət söhbətin mən jahana salmışam,

Səbkimin ülgüj dilin çünki əyana salmışam.

XVII əsrdə bütün Şərq ədəbiyyatında yeni mütərəq­qi jə­rəyan kimi şöhrətlənmiş «Hind məktəbi»nin təbliğ etdiyi ideya dövrün qabaqjıl fəlsəfəsi olan panteizmlə bağ­lı idi. Şərq ədə­biyyatında dərin kökləri olan humanizm – insana məhəbbət bu ədəbiyyatın aparıjı xətlərindən biri olmuşdur.

Yeni ədəbiyyatda çox bariz şəkildə meydana çıxan və bir sıra təəssübkeş alimləri qane etməyən jəhət poe­zi­yanın baş qəhrəmanlarının əvəz olunması idi: «yüksək şəxs­lər»in həyatının təsviri, şəxsiyyətin tərən­nümü əvəzi­nə, poeziyaya şəhər əhlinin həyatı gəlmişdi. Bu da poe­zi­ya­nın məzmununun kütləviləşməsinə az təsir göstər­mir­di.

Poeziyada dilin lüğət tərkibi də xeyli dəyişmişdi, bədii ifadə və təsvir vasitələrində də yeniləşmə var idi. Təzə mövzu və məzmun özü ilə poeziyaya təzə epitetlər gə­tirirdi. Çünki poezi­yada yeni üslubun meydana gəlmə­si­nin bir səbəbi də köhnə poetik konsepsiyanın öz daxili möhkəmliyini saxlaya bilmə­mə­si idi. Şerə janlı danışıq dili, atalar sözləri, məsəl və rəvayətlər gəlirdi. Geniş xalq kütləsinə yaxınlıq şeri bir sıra fikir dolaşıq­lı­ğından, məf­hum girbabından və müjərrədçilikdən azad edir, onu sadə­ləşdirirdi. Saib Təbrizi bu haqda yazırdı:


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin