Саиб тябризи



Yüklə 13,18 Mb.
səhifə2/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   2   3   4   5   6   7   8   9   ...   27
SAİB TƏBRİZİ
Məhəmmədəli Saib Təbrizi XVII əsrdə yaşamış gör­kəm­li Azərbayjan şairidir. Bu mütəfəkkir sənətkar hələ öz sağlı­ğın­da İranda, Hindistanda, Əfqanıstanda və Tür­ki­yədə məşhur olmuş və həmin xalqların ədəbiyyatına bö­yük təsir göstər­miş­dir.

Saib Təbrizi ilk gənjlik illərini öz doğma şəhəri Təb­riz­də keçirmiş, sonra müəyyən fasilələrlə yuxarıda adları çə­kilən ölkələrə səfər etmiş, həmin yerlərdə yazıb-yarat­mış və nə­ha­yət, İsfahan şəhərinə qayıdıb, ömrünün axı­rı­na qədər orada ya­şa­mışdır.

Tarixi həqiqətə görə, XVI əsrin sonu – XVII əs­­­­­rin bi­­­­rinji yarısı Azərbayjan həyatında ən ağır və keşməkeşli bir dövr olmuşdur.

Səfəvi hökmdarlarından Şah Təhmasibin (1524-1576) dövründən başlayıb I Şah Abbasın (1587-1629) ha­kimiyyəti boyu davam edən müharibələr yarım əsr­dən artıq bir müddəti (1576-1629) əhatə etmişdir. Bu illər ərzində ardı-arası kəsil­mə­yən vuruşlar zamanı Azərbay­ja­nın bir çox vilayət və şə­hər­ləri dəfələrlə əldən-ələ keç­miş, xarabaya çevrilmiş, iqtisa­diy­yatı pozulmuşdur.

Ölkənin başqa şəhərlərindən daha artıq Təbriz şə­hə­ri basqın və hüjumlara məruz qalmışdı. Azərbayjan ta­rix­çisi İsgəndər Münşinin «Tarixi-aləmarayi-Abbasi» əsərində yazdı­ğından aydın olur ki, bu mü­haribələr zamanı Təbriz hər iki tə­rəfdən dağıdılırdı. Osmanlı sultanları şəhəri işğal edərkən uçu­rub xaraba qoyduqları binaların daş­larından sonralar özləri üçün yeni evlər, hamamlar, karvan­sa­ralar və qalalar inşa edir­dilər. Şah qoşunları şəhəri geri alanda I Şah Abbasın əmri ilə osmanlıların tikdikləri bütün binalar dağıdılırdı. Çünki «şah rum­lulardan qalmış heç bir yadigarı görmək istə­mir­di».

Beləliklə, əldən-ələ keçdikjə daha artıq xarabaya çevri­lən Təbrizin əhalisi Şah Abbasın əmri ilə dəstə-dəs­tə ölkənin daxilinə köçürülməyə başlayır. Köçürülənlərin bö­yük bir hissə­si İsfahanın yaxınlığında salınmış Abbas­abada gətirilir. Mə­həm­­mədəli Tərbiyət özünün «Danişməndani-Azərbayjan» təz­kirəsində göstərir ki, sonra­lar burada yaşayan əhaliyə uzun müddət «Abbasabad təbriz­liləri» deyirmişlər.

Bu zaman ölkənin mədəni həyatında da ağır günlər idi. Şəhərlərdəki tarixi abidələr dağıdılır, kitab­xa­na­lar qa­rət olunur, sənət əsərləri məhv edilirdi. Ədəbiyyat, elm və injəsənətin müxtəlif sahələrində çalışan şair, alim və sə­nət­karların sağ qa­lanlarının bir qismi Türkiyəyə aparılır, bir qismi də Şah Abbasın fərmanı ilə İsfahana və İranın başqa şəhərlərinə köçürülürdü.

Bu dövrdə Azərbayjanda doğma dildə yaranan ədə­biy­yatın əsas ideya, məzmun və təsvir vasitələri xalq ədəbiy­ya­tından, aşıq poeziyasından qidalanmaqda idi. XVII əsr Azər­bayjan ədəbiyyatının ideya və bədii xüsu­siyyətlərini Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi kimi şairlərin şerləri ilə yanaşı, Tufarqanlı Aşıq Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi aşıqların qoşma, bayatı və gəraylıları, «Aşıq Qərib», «Şah İsmayıl» kimi məhəbbət, «Koroğlu» kimi qəh­rəmanlıq dastanları müəyyən edirdi.

Belə keşməkeşli həyatda və ziddiyyətli ədəbi mühit­də yetişmiş Saib Təbrizinin dünyagörüşü, ijtimai-fəlsəfi fikirləri və ədəbiyyat aləmindəki axtarışları dövrün fikir toq­quşma­ların­dan, həm də ədəbi qaynaqlardan qidalan­maq­da idi. Saib ya­ra­dıjılığında bəzən dərin, bəzən də ötəri izlər buraxmış bu tə­sirləri hərtərəfli öyrənmədən şairin yaradıjılığını layiqinjə qiy­mətləndirmək mümkün de­yil­dir.
* * *
Məhəmmədəli Saib 1601-ji ildə Təbriz şəhərində ana­dan olmuşdur. Atası Mirzə Əbdürrəhim tajir, əmisi Şəmsəddin Sani isə gözəl dərzi idi. Saibin də ailəsi Şah Ab­basın əmrilə Təbrizdən İsfahana göçürülmüşdü. Bəzi tədqiqatlardan və şairin öz əsərlərindən də məlum olur ki, ailəsi Təbrizdən İs­fahana köçürülərkən Saib sə­nət aləminə öz səsi və nəfəsi ilə gəlmiş gənj bir şair ol­muşdur.

Saib İsfahana köçəndən sonra dövrünün tanın­mış alim­lərindən olan Kaşi və Şəfainin yanında təhsilini davam et­dirmişdir. Mükəmməl təhsil almış mütəfəkkir şair az sonra özü də elm və mərifət sahibi kimi tanın­mağa başlayır.

Onun ilk səfəri Ərəbistana – Məkkə və Mədinə şə­hər­lərinə olmuş, oradan Türkiyəyə gedib, yenidən İsfa­hana qayıt­mışdır. Bu səfər zamanı Saib o ölkələrin alim, şair və qabaqjıl fikir adamları ilə görüşmüşdür. Həmin gö­rüş­­lər gənj Saibin yaradıjılığına müsbət təsir etdiyi kimi, onun şerləri də bu ölkə­lərin ədəbiyyatına, xüsusilə türk ədə­biy­yatına çox böyük təsir göstərmişdir. Məşhur türk alimi Müəllim Naji yazır ki, Saib Təb­rizinin kitabın­dan uzun müddət məktəblərdə dərslik kimi istifadə olun­muşdur.

Saib hələ səfərdə ikən saraya yaxın olan bəzi bəd­xahlar və məddah şairlər onu Şah Abbasın gözündən sal­mağa çalış­mış­lar. Belə ki, İsfahana qayıdan şair sa­rayın ona qarşı la­qeydliyini və ədəbi mühitin qeyri-səmi­miliyini hiss etmiş və yeni­dən İsfahanı tərk etmək qəra­rı­na gəlmişdir. Saib 1625-ji ildə Hindistana köçür. O öz narazılığını aşağıdakı beytlərdə belə əks etdirmişdir:


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin