Xalqımız əsrlər boyu öz torpağını qoruyub,öz milli azadlığını,qürurunu müdafiə edib və bu gün də müdafiə etməyə qadirdir” heydəR ƏLİyev



Yüklə 11,14 Kb.
tarix17.07.2018
ölçüsü11,14 Kb.
#57018

Suraxanı rayon MKS-nin metodika və biblioqrafiya şöbəsi.

Vətənin etibarlı müdafiəçiləri.

( Metodiki vəsait.)

Xalqımız əsrlər boyu öz torpağını qoruyub,öz

milli azadlığını,qürurunu müdafiə edib və bu

gün də müdafiə etməyə qadirdir”

HEYDƏR ƏLİYEV

Azadlıq və müstəqillik əldə etmiş respublikamız gələcək nəsilləri tarixi həqiqətlər əsasında tərbiyə edir.Vətənpərvərlıyimizin əsası qədimdən başlanan tarix üzərində köklənmişdir.Tariximizi öyrənməklə biz həm yaşadığımız illəri,həm də özümüzü öyrənmiş oluruq.

Vətən seçilmir,Vətənin hər qarış torpağı ana nəfəsi,ana südü qədər müqəddəsdir.Vətənpərvərlik böyük məfhumdur.Vətənə sadiq olmaq,Vətəni sevmək,torpağa bağlı olmaq,budur vətənpərvərlik.

Ərazisində müharibə gedən,torpaqları düşmən işğalı altında olan bir ölkədə gənclərin hərbi-vətənpərvərlık tərbiyəsinin vacibliyi danılmazdır.

Üzdəniraq qonşumuz olan Ermənistanın yeni torpaqlar əldə etmək istəyi minlərlə ailənin məhvinə,ölümünə,20% ərazimizin işğalına,dəhşətlərin baş verməsinə səbəb oldu.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür.

1988-1993-cü illərdə Azərbaycanın 12246.6 km² ərazisi işğal edilmişdir:

Dünya dövlətlərinin münaqişə adlandırdığı Qarabağ münaqişəsi əslində azərbaycanlıların əzab və iztirab içində yaşamasına səbəb olan müharibədir.21 minə qədər şəhidi olan azərbaycan xalqı bunu necə unuda bilər?Azərbaycan xalqının iftixarı Ramiz Qənbərov,Zakir Məcidov,

Zakir Yusifov,Yavər Əliyev,Əlif Hacıyev,Çingiz Mustafayev,Mübariz İbrahimov,Albert Aqaronov,Şirin Mirzəyev,Araz Səlimov və s...Milli qəhrəmanlarımız Ana Vətənimizin bütövlüyü uğrunda canlarından keçmişlər.Belə qəhrəmanlar heç vaxt ölmürlər. Onlar qədirbilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır.

22 ildir hökm sürən atəşkəs rejimi ərzində ilk dəfə olaraq cəbhəboyu ərazilərdə genişmiqyaslı döyüşlər ölkəmizdə vətənpərvərlik əhval-ruhiyyəsini daha da yüksəltdi.Vətən uğrunda qeyrətlə döyüşən əskərlərimiz şəhidlik zirvəsinə ucaldılar.Raquf Orucov,Murad Məmmədov,Ömər Cəbrayılov,Rasim Məmmədov,Elnur Əliyev,Nicat İskenderov,Sarvan Mehralıyev,Orxan Əliyev,Ravil Novruzov,Rəvan Nurayev,Ruhin Qəhrəmanov,Sadiq Kaçayev,Teymur Qasımov,Elvin Mirzəyev,Babək Abidov,Bəxtiyar Hüseynov,Firdovsi Bağırzadə,Əbdülməcid Axundov,Toğrul Fərəczadə,Mikayıl Vahabzadə,Elşən Səmədov,Şahin Cavadzadə,Nazim Zəkarayev və s.-Vətən sizinlə qürur duyur.Siz Vətənə qürur,xalqa başucalığı gətirdiniz.

Prezident İlham Əliyevin dediyi kimi:”Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər,Vətən uğrunda vuruşurlar,şəhid olurlar.Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Cələcək nəsillər vətən uğrunda canını fəda etmiş,sağlamlığını itirmiş qəhrəman oğullarımız haqqında tarixi unutmamalıdırlar.

Biz kitabxanaçılar yeniyetmə oxucular arasında vətənpərvərlik ruhunda dəyirmi masalar,kitab sərgiləri,foto-stendlər təşkil edirik.Suraxanı rayonunda yerləşən” N” saylı hərbi hissədə vaxtaşırı kitab sərgiləri ilə zabit və əsgərlər arasında yeni alınmış ədəbiyyatı təblığ edirik,vətənpərvərlik şüurunu,milli qürur hissini yüksəltməyə çalışırıq.

Tərtib etdi:Suraxanı rayon MKS-nin



Metodika və biblioqrafiya şöbəsinin

Müdiri: Ələkbərova Sevda
Yüklə 11,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin