XƏZƏR UNİVERSİTETİ
Sillabus (fənn üzrə işçi tədris proqramı) haqqında
Əsasnamə
-
Ümumi müddəalar
Bu əsasnamə Ali təhsil pilləsinin dövlət standartı və proqramına, bakalavriat təhsilinin məzmunu və təşkili qaydalarına və digər normativ sənədlərə uyğun hazırlanmışdır.
Əsasnamə Xəzər Universitetinin professor-müəllim heyətinin tədris etdiyi hər fənn üzrə hazırlanmış işçi tədris proqramının (sillabus) məzmun və strukturuna olan ümumi tələblər, onun tərtibi və təsdiq prosessini müəyyən edir.
Sillabus tədris olunan fənnin təsviri və məqsədi, istifadə olunan tədris metodları, gözlənilən tədris nəticələri və ona uyğun qiymətləndirmə meyarlarını əks etdirən sənəddir.
Sillabus bakalavr, magistr və doktor pilləsində tədris olunan bütün fənlər üzrə hazırlanır.
Sillabus hər bir konkret fənn üzrə tədris prosesində müəllimlərin tələbləri və tələbələrin öhdəliklərini müəyyənləşdirir.
-
Strukturu və məzmunu
Sillabusda aşağıdakı məlumat öz əksini tapmalıdır:
Fənn haqqında ümumi məlumat
Universitet kataloquna uyğun olaraq tədris olunan fənnin adı və kodu, AKTS kreditlərinin sayı, fənnin öncə şərtləri (əgər varsa)
Tədris dili və fənnin növü (məcburi, seçmə və s.), tədris semestri
Müəllim haqqında məlumat
Müəllimin adı və əlaqə məlumatı (e-mail və telefon nömrəsi), kafedranın adı, dərs vaxtı və məsləhət saatları, mühazirə otağı
Fənnin təsviri və məqsədləri
Universitet kataloquna uyğun olaraq fənnin xülasəsi, onun əhəmiyyəti, tədris planındakı digər fənlər ilə əlaqəsi və məqsədləri haqqında məlumat
Gözlənilən tədris nəticələri
Fənnin məqsədlərinə uyğun olaraq gözlənilən tədris nəticələrinin, yəni fənnin oyrənilməsində təhsilalanın nələri bildiyi, anladığı və tədris prosesini bitirdikdə hansı bacarıqlara yiyələnəcəyi qeyd olunur.
Tövsiyə olunan əsas və əlavə ədəbiyyat
Son illər çap olunmuş və Xəzər Universitetinin kitabxanasında sayı kifayət qədər olan əsas dərslik, dərs vəsaitləri və tövsiyə olunan əlavə mənbələr göstərilir. Tövsiyə olunan mənbələrin siyahısında həm çap, həm də elektron resurslar (məlumat bazası, vebsayt və s.) qeyd olunur.
Tədris fəaliyyətinin növləri
Fənninin tədrisi prosesində mühazirə, qrup işi, seminar, laboratoriya işləri, praktiki məsələnin təhlili və s. tədris fəaliyyətinin növləri kimi qeyd olunur.
Qiymətləndirmə
Aralıq və yekun imtahanlarını daxil etməklə, qiymətləndirmə komponentləri, məsələn fərdi prezentasiya, kurs işi, qrup işi, esse və s., haqqında məlumat verilir və hər komponentin çəkisi faizlə göstərilir. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür. Nəzərə alınmalıdır ki, Xəzər universitetinin qəbul olunmuş qiymətləndirmə sistemində aralıq və yekun imtahanları müvafiq olaraq 20-25 və 35-40 bal təşkil edir. Bakalabr səviyyəsində aralıq və yekun imtahanlarının ümumi balı 60-dan, magistr səviyyəsində isə 65-dən artıq olmamalıdır. Davamiyyət üçün isə 5-10 bal nəzərdə tutulur. Xəzər Universitetində bakalavt tələbəsi üçün fənn üzrə nəzərdə tutulmuş keçid balı 60, maqistr tələbəsi üçün isə 65 -dır.
Tədris siyasəti və davranış
Müəllim davamiyyət (universitet qaydalarına görə fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır), tapşırıqlar, onları yerinə yetirilməsinin son vaxtı, dərsdə fəal iştirak və s. üzrə qoyulan tələbləri müəyyən edir.
Təqvim-tematik planı
Təqvim-tematik planında dərslərin mövzuları, tapşırıqlar və onların yerinə yetirilmə müddəti cədvəl şəklində göstərilir.
-
Hazırlanması və təsdiq prosesi
Hər semestr üçün universitet üzrə qəbul olunmuş vahid forma (əlavə 1) əsasında professor-müəllim heyəti tədris etdiyi fənlərə uyğun sillabus hazırlayır. Hazırlanmış sillabus kafedra müdiri tərəfindən təsdiq edilir. Əgər hər hansı bir səbəbdən kafedra müdiri yoxdursa, o zaman sillabus fakültənin dekanı tərəfindən təsdiqlənir.
Sillabus fənnin tədris olunduğu dildə hazırlanır
Tələbələr sillabus ilə dərsin birinci günündə tanış olmalıdırlar və hər semestrin əvvəlində Xəzər universitetinin vebsaytında yerləşdirilməlidir.
Sillabus davamiyyət jurnalına əlavə olunur.
XƏZƏR UNİVERSİTETİ
Humanitar və sosial elmlər fakültəsi
Jurnalistika departamenti
YENİ MEDİAYA GİRİŞ
fənninin
SİLLABUSU
Müəllim: Cabir MƏMMƏDLİ
E-mail: ja1az@yahoo.com; cmammadli@khazar.org
Telefon: (+99450) 526 5568 (mob.)
(+99412) 421 7916 (254 dax.)
Bloq: www.yenimediayagirish.blogspot.com
Fənnin PROQRAMI
Kursun təsviri
Yeni media anlayışı. Yeni media və multimedia anlayışının öyrənilməsi. Multimedia avadanlıqları ilə tanışlıq. Xəbər portallarının, o cümlədən multimedia xəbər portalının işləmə prinsipləri. Rəqəmli foto, audio və video sahəsində ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması. Fotoredaktə. Xəbər portallarında mətnin hazırlanması. Xəbər portalının sosial şəbəkələrə inteqrasiyası. Sosial şəbəkələrin multimedia xəbər portalına inteqrasiyası, auditoriya ilə əlaqənin qurulması. Mətnlərə keçid verilməsi. Şəkillərə, videolara, audiolara keçidlərin verilməsi.
Kursda tələbələrə İnternet, informasiya və kommunikasiya texnologiyaları, multimedia məhsulları haqqında ilkin biliklər, yeni media ilə bağlı əsas anlayışlar, informasiya-kommunikasiya texnologiyalarından KİV-də effektiv istifadə imkanları öyrədilir.
Kursda, həmçinin yeni medianın əsasları, ənənəvi medianın yeni mediaya transformasiyası, yeni medianın üstünlükləri öyrədilir. Tələbələr yeni media alətlərinin praktik istifadəsində ilkin bacarıq və vərdişlər əldə edirlər. Tədris müddətində ənənəvi media qurumlarının yeni media vasitələri ilə virtual məkana inteqrasiyası haqqında təsəvvürlər formalaşır.
Bu kursda tələbələr İKT-nin imkanlarından informasiya münasibətlərinin qurulması və multimedia mühitinin yaradılması istiqamətində bilik əldə edirlər. Tələbələr bloqların yaradılması, bloqlar və bloqçuluq haqqında texniki biliklər əldə edir və təcrübə toplayır, sosial media haqqında əsas anlayışları mənimsəyirlər. Həmçinin bu kursda tələbələrə informasiya emalı prosesində internet texnologiyalarından səmərəli istifadə üsulları, mobil internet texnologiyalarının jurnalistikada tətbiqi və s. bu kimi problemlər tədris olunur.
Kursu mənimsəyən tələbələr İKT-nin imkanlarından jurnalist fəaliyyətində və multimedia əsaslı xəbərlərin hazırlanması sahəsində ilkin nəzəri bilikləri və praktiki bacarıqları əldə edirlər.
Kurs ərzində və kursun sonunda keçilən mövzularla bağlı imtahan keçirilir və qiymətləndirilmə aparılır.
Kursun məqsədi
1. Tələbələrdə yeni medianın üstünlükləri və xüsusiyyətləri haqqında təsəvvür formalaşdırmaq
2. Tələbələri İKT-nin imkanlarından, xüsusən internet texnologiyalarından effektiv istifadə etməklə informasiya istehsalı, o cümlədən multimedia xəbərlərinin hazırlanması və ötürülməsi prosesinə hazırlamaq
3. Tələbələrə onlayn media üçün yazmaq və redaktə etmək bacarıqları aşılamaq
4. Tələbələri rəqəmli audio, video və foto materialları ilə işləyən texnologiyalarla tanış etmək, fotoredaktə sahəsində bacarıqlar formalaşdırmaq
Kursun vəzifələri:
1. Yeni media və ənənəvi media haqqında bilik vermək və yeni medianın üstünlüklərini çatdırmaq;
2. Tələbələrə onlayn yazı və redaktə bacarıqlarını aşılamaq;
3. Tələbələrə İKT-nin imkanlarından jurnalistika fəaliyyətində effektiv istifadə sahəsində nəzəri biliklər vermək və bacarıqlar formalaşdırmaq;
4. İnternet texnologiyalarından, İnternet servislərindən effektiv istifadə bacarıqları aşılamaq;
5. Kurs üzrə əsas anlayışlar və bölmələrlə əlaqədar müstəqil fikir irəli sürmək və onu arqumentləşdirə bilmək;
6. Tələbələrə müstəqil onlayn informasiya resursu yaratmaq və yeniləməklə bağlı nəzəri biliklər vermək və bacarıqlar formalaşdırmaq.
7. Tələbələrə audio, video və foto faylları ilə tanışlıq və redaktə əməliyyatlarını həyata keçirməyi öyrətmək. Fotoların onlayn mühit üçün hazırlanmasında peşəkar bacarıqlar formalaşdırmaq;
8. Tələbələrdə multimedia xəbərlərinin hazırlanması sahəsində təsəvvürlər formalaşdırmaq. Multimedia kontentinin hazırlanması istiqamətində nəzəri və praktiki biliklər vermək;
9. Azərbaycanda İnternetin və yeni medianın formalaşması ilə bağlı məlumatlar çatdırmaq.
Kurs üçün zəruri olan avadanlıqlar və proqramlar:
1. 4 Gb yaddaşa malik fləş disk;
2. Rəqəmsal fotokamera və ya onu əvəz edən digər qurğu;
3. Noutbuk;
4. Qulaqlıq;
5. Diktofon.
Tapşırıqlar və suallar:
1. İnformasiya cəmiyyətində jurnalistin yeri
2. Hansı jurnalist online jurnalistdir
3. İnformasiya portallarına düzgün ad seçimi
4. Hostinq nədir və necə əldə olunur
5. Domen nədir və necə əldə olunur
6. İnternetdə informasiya tapmaq, faktı dəqiqləşdirmək yolları
7. Onlayn jurnalist və sosial şəbəkələr
8. Twitter-in jurnalist üçün üstünlükləri, faydası, ondan düzgün istifadə, həştəq
9. Vətəndaş jurnalistikası nədir
10. Vətəndaş jurnalistləri üçün onlayn imkanlar
11. Vətəndaş jurnalistikası üçün video, audio və foto resursları
12. Bloq nədir, bloq göndərişi nədir
13. Hansı bloq platformaları var
14. Bloqçu kimdir
15. Bloq və saytın fərqli xüsusiyyətləri
16. Bloqu məşhurlaşdırma yolları
17. İnternetdə açar sözlərin faydası
18. Materialın yerləşdirilməsi və düzgün açar sözlərin təyini
19. İnformasiya mübadiləsi proqramları
20. Onlayn jurnalist üçün zəruri avadanlıqlar. Onlayn jurnalistin iş yeri
21. İnternet jurnalistikası üçün veb redaksiya
22. İnternetdə reklamın özəllikləri
23. Açar sözlərlə reklam nədir
24. Reklam cəlb edə bilmək üçün tələb olunan şərtlər
25. Azərbaycan İnternetinin tarixi
26. Azərbaycanda yaranmış ilk informasiya portalları
27. Onlayn jurnalistikada peşə etikası. Netiket
28. İnternetdə istinad və ya keçid vermək nədir, niyə vacibdir
29. Ən populyar axtarış sistemləri. İnternetdə şəkil axtarışı. Azərbaycan dilində informasiya axtarışı necə aparılır/ Azərbaycan domen adlarına uyğun axtarış. Transliterasiya
30. Bloqlarda və portallarda şəkillərin yerləşdirilmə standartları
31. “Z” görünüşlü yerləşdirmələr nədir və faydaları hansılardır
32. Vikipedia. Azərbaycan dilində Vikipediya
33. PhotoShop proqramı ilə tanışlıq, şəklin kəsilməsi, rəng verilməsi və yaddaşa köçürülməsi
34. Audiocity proqramı ilə tanışlıq
35. Konkret bir şəxsin səsini yazmaq və yaddaşda saxlamaq
36. Hər dərsə müxtəlif mövzularda və vacib anlarda çəkilmiş 2 şəkil gətirmək və onları izah etmək
37. Öncədən çəkilmiş 10 şəkil üzərində səsli foto-slayd qurmaq
38. Ekoloji vəziyyəti əks etdirən və dərc olunmaq üçün nəzərdə tutulan şəkil çəkmək
39. Səsli və görüntülü xəbər hazırlamaq
40. Öz materialınız üçün www.animoto.com saytında treiller yaradın
41. Multimedia məşhurlaşdırma alətləri
42. Prezi.com-da hesab açın
43. Kurs boyu hazırladığınız materiallar və bloqunuz barədə prezi.com-da təqdimat hazırlayın.
Əlavə dəstək:
Əlavə köməyə ehtiyacı olan, tapşırıqları yerinə yetirə bilməyən tələbə fərdi iş zamanı və ya elektron formada müəllimlə əlaqə saxlaya, problemi müzakirə edə bilər.
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
Yeni mediyaya giriş, JOUR314,3 kredit
|
Departament
|
Jurnalistika departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr (BA)
|
Tədris semestri
|
2014, Yaz
|
Fənni tədris edən müəllim
|
Cabir Məmmədli
|
E-mail:
|
ja1az@yahoo.com;
|
Telefon:
|
(050) 526 5568 (mobil)
|
Mühazirə otağı/Cədvəl
|
302N
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycanca
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi/seçmə
|
Dərsliklər və əlavə ədəbiyyat
| -
www.az.irexlearning.org
-
Briqs M. Jurnalistika 2.0 (tərcümə edilmişdir). B. 2010.
-
New Media: a critical introduction (second edition)/ Martin Lister (and others). NewYork,-2009. 463 p.p.
-
New Media/Terry Flew
-
İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. RİTN. - Bakı, 2007.
|
Kursun vebsaytı
|
|
Tədris metodları
|
Mühazirə
|
30 saat
|
Qrup müzakirəsi
|
10 saat
|
Praktiki tapşırıqlar
|
20 saat
|
Praktiki məsələnin təhlili
|
10 saat
|
Digər
|
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Ara imtahan
|
|
30
|
Praktiki məsələ
|
|
20
|
Fəallıq
|
|
10
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
10
|
Final imtahanı
|
|
30
|
Digər
|
|
|
Yekun
|
|
100
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
|
Tədrisin (öyrənmənin) nəticələri
|
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix (planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
| -
|
14.02.2014
|
Fənnə giriş. Yeni media kursu və İKT haqqında ilkin məlumatlar. Onlayn jurnalistika, İnternet jurnalistikası və multimedia jurnalistikası anlayışları
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-1)
| -
|
21.02.2014
|
Yeni medianın inkişaf mərhələləri. Yeni medianın növləri. Ənənəvi media və yeni media. Yeni media, İnternet mediası, sosial media anlayışlarının fərqli xüsusiyyətləri
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-2)
| -
|
28.02.2014
|
İnternet texnologiyaları. İnternetin imkanları. İnformasiya mübadiləsi vasitələri. İnternet mediası bazarı
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-3)
| -
|
07.03.2014
|
Onlayn jurnalistikanın özəllikləri. Onlayın jurnalistə verilən tələblər. Mətn redaktorları ilə iş və onlayn redaktə. Onlayn redaksiya
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-4)
| -
|
14.03.2014
|
Rəqəmli fotoaparatlar. Piksel. Meqapiksel. Rəqəmli fotonun ölçüsü. Keyfiyyətli foto anlayışı. Rəqəmli fotoaparatla fotoçəkiliş. Fotoçəkiliş qaydaları. “Təbii işıq”, işıqdan effektiv istifadə
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-5)
|
|
21.03.2014
|
NOVRUZ BAYRAMI
|
| -
|
28.03.2014
| Fotoredaktəyə giriş. Fotoredaktə proqramları. Onlayn fotoredaktə xidmətləri. Fotolarla iş. Slayd-şou. Fotoredaktə, etik və hüquqi prinsiplər |
www.yenimediayagirish. blogspot.com (Mövzu-6)
|
|
04.04.2014
|
Ara imtahan
|
| -
|
11.04.2014
|
Rəqəmli audio. Audioformatlar. Audiofaylların formatını dəyişmək (Müxtəlif audioçeviricilər və s.). Səsyazma qurğuları və mikrofon. Simsiz və kabelli mikrofonlar. Qoşma mikrofonlar. Audiofayllarla iş. Səsyazma. Kompyuterdə səs yazma. Təbii səsin əldə edilməsi. Sıxılmış və sıxılmamış səs formatları. Səs fayllarını ifa edən proqramlar. ITunes, Windows Media Player, Real Player və s. Səs fayllarının kompyuterə yüklənməsi
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-7)
| -
|
18.04.2014
|
Rəqəmli video. Videoformatlar. Videofaylların formatını dəyişmək (Müxtəlif videoçeviricilər və s.). Video yazmaq üçün avadanlıqlar. Kamera növləri, videokamera ilə düzgün iş. Video qeydə alma. Süjet, reportajla tanışlıq. Jurnalistin StandUp hərəkəti. Videoplanlar. İşığın düşmə bucağı
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-8)
| -
|
25.04.2014
|
Bloqlar və bloqçuluq. Şərhlər. Keçidlər. Anonimlik. Vətəndaş jurnalistikası. Bloq platformaları. Bloqosfer
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-9)
| -
|
02.05.2014
|
Sosial media anlayışı və sosial mediaya giriş. Web 2.0 texnologiyaları və “çoxluğun çoxluğa” informasiya paylaşması
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-10)
|
|
09.05.2013
|
QƏLƏBƏ GÜNÜ
|
| -
|
16.05.2014
|
Azərbaycanda İnternetin və yeni medianın formalaşması və inkişafı
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-11)
| -
|
23.05.2014
|
İnternetin tənzimlənməsi və özünütənzimləmə. Yeni medianın tənzimlənməsi
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-12)
| -
|
25.05.2014
|
İnternet tanıtma və reklam işinin qurulması
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-13)
| -
|
30.05.2014
|
Beynəlxalq jurnalist təşkilatlarının İnternet resursları və yeni media ilə əlaqəli beynəlxalq resurslar
|
www.yenimediayagirish. blogspot.com (Mövzu-14)
|
|
|
Final imtahan
|
|
Dostları ilə paylaş: |