## Fakültə: Biologiya ## İxtisas: Kimya və Biologiya ##Bölmə: Azərbaycan


Hipotalamusa aid uüğun cavabları müəyyənləşdirin



Yüklə 0,68 Mb.
səhifə6/9
tarix17.11.2018
ölçüsü0,68 Mb.
#83434
1   2   3   4   5   6   7   8   9

14. Hipotalamusa aid uüğun cavabları müəyyənləşdirin.

1- Tərkibində 32 cüt nüvə var

2- Tərkibində 40-a qədər nüvə var

3-Baş beyin qabığının müxtəlif funksional strukturları ilə mürəkkəb sinir əlaqəsindədir

4- Beyin sütununun müxtəlif funksional strukturları ilə mürəkkəb sinir əlaqəsindədir

5- Vegetativ sinir sisteminin ən ali qabıqaltı mərkəzi sayılır

6- Somatik sinir sisteminin ən ali qabıqaltı mərkəzi sayılır

  1. 2, 3, 5

  2. 1, 3, 5

  3. 1, 4, 6

  4. 2, 4, 6

  5. 2, 4, 5

15.Talamusun nüvələri haqda uyğun məlumat hansı variantda ifadə olunmuşdur?

1- Spesifik nüvələr

2- Qeyri spesifik nüvələr

3-Assosiativ nüvələr

a-Dəri,əzələ və digər reseptorlardan informasiya bu nüvələrə daxil olur, buradan da sensor stimulların xarakteri haqda məlumat böyük yarımkürələrin qabığının 3 və4-cü qatlarına göndərilir

b-Böyük yarımkürələinr qabığının təpə,gicgah və alın payları ilə,limbik qabıgla bağlıdır, neytronları multipolyardır, polisensor funksiya daşıyır,bu neyronlarda müxtəlif modallıqlı oyanmaların konvergensiyası baş verir,inteqrasiya olunmuş siqnal formalaşır və beyin qabığına ötürülür

c-Aksonları böyük yarımkürələrin qabığının bütün qatları ilə diffuz əlaqələr yaradır, bura isə beyin kötüyünyn retikulyar formasiyasından,limbik sistemdən, bazal nüvələrdən, hipotalamusdan, talamusun digər nüvələrindən əlaqələ daxil olur

A)1-a2-b 3-c

B)1-c 2-b 3-a

C)1-b 2-a 3-c

D)1-a2-c 3-b

E)1-c2-a 3-b


16.Embrional inkişaf prosesində ara beyin uc beyinlə birlikdə formalaşır. Onların toxumaları hansı hüceyrələrin hesabına əmələ gəlir?

1- Uc beyin

2- Ara beyin

a- Bazal sütunların hüceyrələri hesabına

b- Qanadvari sütunların hüceyrələri hesabına

  1. 1- a; 2 –a, b

  2. 1- a,b; 2- b

  3. 1- b; 2 – a, b

  4. 1- a, b; 2- a

  5. 1- a, b; 2- a, b

17.Talamusun nüvələrinə aid uyğun cavablar müəyyənləşdirin

1-Spesifik nüvələr

2-Qeyri spesifik nüvələr

a-Öz liflərini qabığın ən müxtəlif zonalarının neyronları ilə əlaqələndirir

b-Bu liflərə spesifik talamik yollar deyilir

c-Öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına göndərir və onların neyronları ilə spesifik əlaqələr yaradır

d- Öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına göndərir və onların neyronları ilə qeyri spesifik əlaqələr yaradır

e- Öz liflərini beyin qabığının hissi və hərəki zonalarına göndərir və onların neyronları ilə spesifik əlaqələr yaradır

f- Bu liflərə qeyri spesifik talamik yollar deyilir

  1. 1- e, b 2- a, f

  2. 1- a, b 2- c, f

  3. 1- a, b 2- d, f

  4. 1- e, b 2- d, f

  5. 1- c, b 2- a, f

18.Talamusun spesifik nüvələrinə aid olan dəyişdirici və assosiativ nüvələrin funksiyaları arasındakı fərq nədən ibarətdir. Uyğun cavabı müəyyənləşdirin.

1-Dəyişdirici nüvələr

2-Assosiativ nüvələr

a-İmpulsları MSS-nin müxtəlif şöbələrindən alaraq, ayrı-ayrı sensor aparatlar arasında funksional əlaqə yaradır

b- İmpulsları MSS-nin müxtəlif şöbələrindən alaraq, ayrı-ayrı şöbələr arasında funksional əlaqə yaradır

c-Müəyyən reseptiv sahələrdən( görmə, eşitmə, dəri və s.) impulsları qəbul edərək

onların istiqamətini dəyişdirir

d- Müəyyən reseptiv sahələrdən( görmə, eşitmə, dəri və s.) impulsları qəbul edərək

onları analiz-sintez edir

  1. 1- a; 2- c

  2. 1- b 2- c

  3. 1- b 2- d

  4. 1- d 2- b

  5. 1- c 2- a

19. Hipotalamus nüvələrinin qıcıqlandırılması hansı effektlərin yaranmasına səbəb olur?

1- Ön nüvələri

2-Arxa nüvələri

3-Orta nüvələri

a-parasimpatik effetlərə

b-simpatik effektlərə

c- motivasion effektlərə

d- somatik effektlərə

  1. 1- b; 2- a; 3- c

  2. 1- c: 2- b; 3- a

  3. 1- a; 2- d; 3- b

  4. 1- d; 2- a; 3- c

  5. 1- a; 2- b; 3- c

20. Talamusun nüvələrinə aid düzgün variantı seçin.

1-Spesifik nüvələr

2-Qeyri spesifik nüvələr

a-Beyin qabığının müəyyən şöbələri ilə bilavasitə əlaqədə olur

b- Oyanmanı əsasən qabıqaltı nüvələrə ötürür, buradan impulslar beyin qabığının ayrı-ayrı şöbələrinə yayılır

c-Beyin sütununun müəyyən şöbələri ilə bilavasitə əlaqədə olur

d- Oyanmanı əsasən beyin sütununa ötürür, buradan impulslar beyin qabığının ayrı-ayrı şöbələrinə yayılır

  1. 1- a; 2- d

  2. 1- b 2- a

  3. 1- a 2- b

  4. 1- c 2- d

  5. 1- d 2- c



##num=10// Level=1// sumtest = 20 // name = Beynciyin fərdi inkişafı, funksiyası //
1. Beyincik haqda uyğun ifadələr hansı variantda verilmişdir?

  1. Beyincik nüvələri filogenez etibarilə nisbətən qədim hissə olub, köhnə beyincik, yarımkürələr isə yeni beyincik adlanır

  2. Beyincik ayaqcıqları filogenez etibarilə nisbətən qədim hissə olub, köhnə beyincik, yarımkürələr isə yeni beyincik adlanır

  3. Beyinciyin afferent və efferent lifləri filogenez etibarilə nisbətən qədim hissə olub, köhnə beyincik, yarımkürələr isə yeni beyincik adlanır

  4. Beyincik yarımkürələri filogenez etibarilə nisbətən qədim hissə olub, köhnə beyincik, soxulcanabənzər cism isə yeni beyincik adlanır

  5. Soxulcanabənzər cisim filogenez etibarilə nisbətən qədim hissə olub, köhnə beyincik, yarımkürələr isə yeni beyincik adlanır

2. Embriogenezdə beyinciyin fərdi inkişaf prosesinin gedişatı haqqındakı düzgün variantı seçin

  1. Arxa beynin qanadvari sütunu hüceyrələrinin bir qismi beyinciyin ilk təməlini – soxulcanabənzər törəməni əmələ gətirir

  2. Arxa beynin qanadvari sütunu hüceyrələrinin bir qismi beyinciyin ilk təməlini – beyincik nüvələrini əmələ gətirir

  3. Arxa beynin bazal sütun hüceyrələrinin bir qismi beyinciyin ilk təməlini – beyincik yarımkürələrini əmələ gətirir

  4. Ön beynin bazal sütunu hüceyrələrinin bir qismi beyinciyin ilk təməlini - beyincik yarımkürələrini əmələ gətirir

  5. Ön beynin bazal sütunu hüceyrələrinin bir qismi beyinciyin ilk təməlini – soxulcanabənzər törəməni əmələ gətirir

3. Beyinciyin orta nahiyyəsində yerləşən nüvə nə səbəbdən dam nüvə adlanır?

  1. II mədəciyin damında yerləşməsidir

  2. III mədəciyin damında yerləşməsidir

  3. IV mədəciyin damında yerləşməsidir

  4. Uzunsov beynin damında yerləşməsidir

  5. Beyin körpüsünün damında yerləşməsidir


4.Beyincik qabığının müxtəlif şöbələrini qıcıqlandırqıqda nə kimi dəyişikliklər baş verir?

  1. Qıcıqlanma sahəsindən asılı olaraq, müvafiq əzələlərin qıc olması baş verir

  2. Qıcıqlanma sahəsindən asılı olaraq, müvafiq əzələlərin toniki təqəllüsü baş verir

  3. Qıcıqlanma sahəsindən asılı olaraq deserebrasion qıclıq baş verir

  4. Qıcıqlanma sahəsindən asılı olaraq, ətraflar dartılmış vəziyyətdə qalır

  5. Qıcıqlanma sahəsindən asılı olaraq, hərəkətlər son dərəcə yöndəmsiz olur


5. Beyincik haqda qeyd olunanlardan hansı düzgün cavab variantıdır

  1. Oyanmanı beyinciyə aparan afferent liflərorta ayaqcığın tərkibində olur

  2. Oyanmanı beyinciyə aparan afferent liflər yalnız yuxarı ayaqcığın tərkibində olur

  3. Oyanmanı beyinciyə aparan afferent liflər yalnız hər üç ayaqcığın tərkibində olur

  4. Oyanmanı beyinciyə aparan afferent liflər yalnız aşağı ayaqcığın tərkibində olur

  5. Oyanmanı beyinciyə aparan efferent liflər hər üç ayaqcığın tərkibində olur


6. Hansı səbəbdən beyinciyin zədələnməsi və ya çıxarılması statik və statokinetik reflekslərin pozulmasına səbəb olur?

  1. Beyinciyin təsiri bir tərəfdən beyin sütunu mərkəzləri ilə meydana çıxan toniki reflekslərə, digər tərəfdən isə beyin qabığı hissi şöbəsinə yayılır

  2. Beyinciyin təsiri bir tərəfdən beyin sütunu mərkəzləri ilə meydana çıxan toniki reflekslərə, digər tərəfdən isə beyin qabığıhərəki şöbəsinə yayılır

  3. Beyinciyin təsiri bir tərəfdən beyin sütunu mərkəzləri ilə meydana çıxan şərti reflekslərə, digər tərəfdən isə beyin qabığı hissi şöbəsinə yayılır

  4. Beyinciyin təsiri bir tərəfdən beyin sütunu mərkəzləri ilə meydana çıxan toniki reflekslərə, digər tərəfdən isə orta beynin retikulyar formasiya şöbəsinə yayılır

  5. Beyinciyin təsiri bir tərəfdən beyin sütunu mərkəzləri ilə meydana çıxan toniki reflekslərə, digər tərəfdən isə limbik sistemin hərəki şöbəsinə yayılır

7.Beyincik haqda düzgün məlumat hansı variantda ifadə olunmuşdur?

1- İnteqrativ strukturdur

2-İradi hərəkətlərin koordinasiyası və tənzimində iştirak edir

3-Qeyri iradi hərəkətlərin koordinasiyası və tənzimində iştirak edir

4- İnstinktlərin, emosiyaların təşkilində və reallaşmasında iştirak edir

5-Burada bütün skelet əzələlərinə təsir göstərən mərkəzlər var

6- Sensor funksiyaları qoxu və dad informasiyasının daxil olması hesabına reallaşır

A)1,2,4,5

B)1,2,3,5

C)2,4,5,6

D)3,4,5,6

E)2,3,4,6



8.Beyinciyin morfoloji xüsusiyyətləri hansı variantda düzgün ifadə edilmişdir?

1- Beyinciyin qabığı informasiyanı sürətlə işləməyə şərait yaradan stereotip əlaqələrə malikdir

2- Qabığın əsas neyron elementi –Purkinye hüceyrələridir

3- Qabığın əsas neyron elementi –Renşou hüceyrələridir

4-Beyinciyin qabığ hüceyrələrinə qoxu və dad qıcığları proeksiya olunur

5- Beyinciyin qabığ hüceyrələrinə bütün növ sensor qıcığlar proeksiya olunur

6-Beyinciyin cıxışları onu böyük yarımkürələrin qabığı və beyin kötüyü törəmələri ilə əlaqələndirir

7- Beyinciyin çıxışları onu böyük yarımkürələrin qabığı , beyin kötüyü törəmələri və onurğa beyin ilə əlaqələndirir

A)1,3,5,7

B)1,2,5,7

C)1,2,4,6

D)2,4,7

E)3,5,6


9. Beyinciyin qabığı haqda hansı variantda düzgün məlumat verilmişdir?

1- Beyincik qabığının birinci yuxarı qatı molekulyar qat adlanır

2- Beyincik qabığının birinci yuxarı qatı Purkinye hüceyrələrindən ibarətdir

3- Beyincik qabığının ikinci qatı Purkinye hüceyrələrindən ibarətdir

4-Beyincik qabığının üçüçncü qatı qranulyar qat adlanır

5- Beyincik qabığının üçüçncü qatı molekulyar qat adlanır

6- Molekulyar qatda 10 mlrd. qədər hüceyrə vardır

7- Molekulyar qatın hüceyrələri səbətşəkilli və ulduzşəkillidir

A)1,3,4,7

B)1,2,4,6

C)2,4,6,7

D)3,4,6,7

E)2,5,6,7



10.Purkinye hüceyrələri haqda aşağıda deyilənlərdən hansı doğrudur?

1- Beyincik qabığının birinci yuxarı qatında yerləşir

2- Beyincik qabığının ikinci qatında yerləşir

3-Güclü dendrit sisteminə malikdir

4-Bir hüceyrənin dendrit sahəsində 60 000 sinaps ola bilər

5-Aksonları informasiyanı beyin kötüyü törəmələrinə göndərir

A)1,3,4


B)2,5

C)2,4,5


D)2,3,4

E)1,5


11.Beyinciyin qabıqaltı nüvə törəmələri hansılardır?

1- Çadır nüvəsi

2- Tıxacvari nüvə

3-Kürəşəkilli nüvə

4- Dişli nüvə

5-Deyters nüvəsi

6-Badamvari nüvə

A)2,4,5,6

B)1,3,4,5

C)3,4,5,6

D) 1,2,3,4

E)2,3,4,6



12. Beyinciyin hərəki aktivliyə nəzarət funksiyasının pozulması hansı simptomlarla müşayət olunur?

1- Asteniya

2- Dipatiya

3-Astaziya

4-Distoniya

5-Atoniya

6-Dismetriya

7-Tremor

8-Ataksiya
A)1,3,5,6,,8,

B)1,2,3,4,5,

C)2,3,5,6,7,

D)1,3,5,6,7,

E)2,4,5,6,7,8,

13. Beyinciyin morfologiyasına aid düzgün cavabı müəyyənləşdirin

1-Boz maddə xaricdə yerləşir

2-Boz maddə daxildədə yerləşir

3-Ağ maddə xaricdə yerləşir

4- Ağ maddə daxildə yerləşir

5- Beyincik qabığı boz maddədən təşkil olunmuşdur

6- Beyinciyin əsas kütləsini ağ maddə təşkil edir

7- Beyinciyin əsas kütləsini boz maddə təşkil edir

8- Beyincik qabığı ağ maddədən təşkil olunmuşdur


  1. 2, 3, 6, 8

  2. 1, 3, 7, 8

  3. 2, 3, 7, 8

  4. 2, 3, 5, 7

  5. 1, 4, 5, 6

14. Beyinciyin aşağı ayaqcıqları ilə onurğa beyin-beyincik və ya Fleqsiq dəstəsi keçir. Bu dəstə hansı impulsları beyinciyə çatdırır?

1- Beyin qabığından daxil olan impulsları

2- Dördtəpəli cismin ön təpələrindən daxil olan impulsları

3- Hovers kanalı ilə spino-serebellar impulsları

4- Proprioreseptiv impulsları

5- Vestibulyar impulsları

  1. 1, 5

  2. 1, 2

  3. 2, 3

  4. 3, 4

  5. 4, 5



15. Beyinciyə orta ayaqcıqlarla hansı impulslar çatdırılır?
1- Beyin qabığından daxil olan impulsları

2- Dördtəpəli cismin ön təpələrindən daxil olan impulsları

3- Hovers kanalı ilə spino-serebellar impulsları

4- Proprioreseptiv impulsları

5- Vestibulyar impulsları

  1. 3

  2. 2

  3. 1

  4. 4

  5. 5

16. Yuxarı ayaqcıqlarla beyinciyə hansı impulslar çatdırılır?

1- Beyin qabığından daxil olan impulsları

2- Dördtəpəli cismin ön təpələrindən daxil olan impulsları

3- Hovers kanalı ilə spino-serebellar impulsları

4- Proprioreseptiv impulsları

5- Vestibulyar impulsları

  1. 2, 3

  2. 1, 2

  3. 3, 4

  4. 4, 5

  5. 1, 5

17.Beyinciyin pozğunluqları haqda uyğun ifadələr olan variavtı seçin:

1- Asteniya

2- Astaziya

3- Distoniya

4- Tremor

a-Əzələ tonusunun qeyri-iradi artması və azalması

b-Əzələ yığılmasının qüvvəsinin azalması,əzələlərin tez yorulması

c-Əzələlərin uzun müddət yığıla bilmək qabiliyyətinin itməsi, ayaqüstədayanmanın və ya oturmanın çətinləşməsi

d-Sakitlik vəziyyətində əl barmaqlarının, əllərin , başın əsməsi, hərəkət zamanı bu hallar daha da güclənir

A)1-b; 2-c; 3-a; 4-d

B)1-b; 2-c; 3-d; 4-a;

C)1-a; 2-d; 3-b; 4-c

D)1-d; 2-a; 3-c; 4-b

E)1-c; 2-b; 3-d; 4-a



18. Beyinciyin pozğunluqları haqda uyğun ifadələr olan variavtı seçin:

1-Dismetriya

2-Ataksiya

3-Dizartriya

a-Nitq motorikasının təşkilinin pozulması

b-Hərəkətlərin pozulması, hərəkətlərin artıq və ya əskik olması

c-Hərəkətlərin koordinasiyasının pozulması

A)1-b; 2-a; 3-c

B)1-c; 2-b; 3-a

C)1-a; 2-b; 3-c

D)1-c; 2-a; 3-b

E)1-b; 2-c; 3-a



19.Beyincik qabığnda skelet əzələlərinə təsir göstərən mərkəzlər hansı qaydada düzülmüşdür?

1- Ön şöbədə

2-Öndən arxada yerləşən şöbədə

3-Daha sonrakı şöbədə

a-Görmə və eşitmə analizatoruna aid mərkəzlər

b-Aşağı ətraf əzələlərinə

c-Gövdə əzələlərinə

d-Yuxarı ətraf və baş əzələlərinə

  1. 1- b; 2- d; 3- a

  2. 1- a; 2- c; 3- d

  3. 1- c; 2- b; 3- a

  4. 1- d 2- a; 3- c

  5. 1- b; 2- c; 3- d


20.L.Luçiani beyinciyi çıxarılmış heyvanların hərəkətlərindəki pozğunluqların yaranmasının 3 inkişaf dövrünü müşahidə etmişdir. Uyğun variantı seçin.

1- Qıcıqlanma dövrü

2-Vəzifələrin zəifləməsi dövrü

3-Bərpa dövrü

a-Bu nəinki beyinciyin çıxarılmasından, həmçinin ona söykənən beyin şöbələrinin zədələnməsindən də asılıdır

b- Bu nəinki beyinciyin çıxarılmasından, həmçinin ona aid olmayan beyin şöbələrinin zədələnməsindən də asılıdır

c- Beyinciyin çıxarılması üçün xarakterik əlamətdir

d- Beyin qabığının çıxarılması üçün xarakterik əlamətdir

e- Hərəki pozğunluqların qismən bərpa olunması

f- Hərəki pozğunluqların tam bərpa olunması

  1. 1- b; 2- c 3- f

  2. 1- a; 2- e 3- f

  3. 1- c 2- a 3- e

  4. 1- c 2- b 3- f

  5. 1- a; 2- c; 3- e



##num=11// Level=1// sumtest = 20 // name =Qabıqaltı mərkəzkərin morfo- funksional xüsusiyyətləri//
1.Qabıqaltı mərkəzlərin yerləşdikləri nahiyyəni düzgün müəyyənləşdirin

  1. Beyin yarımkürələrinin daxilində gicgah payı ilə ara beyin arasında yerləşirlər

  2. Beyin yarımkürələrinin daxilindəalın payı ilə ara beyin arasında yerləşirlər

  3. Beyin yarımkürələrinin daxilində alın payı ilə orta beyin arasında yerləşirlər

  4. Beyin yarımkürələrinin daxilində alın payı ilə beyin sütunu arasında yerləşirlər

  5. Beyin yarımkürələrinin daxilində təpə payı ilə orta beyin arasında yerləşirlər

2. Badamcıq nüvəsinin yerləşdiyi nahiyyə hansı cavab variantında düzgün verilmişdir?

  1. Beyin yarımkürələrinin gicgah payının arxa hissəsində

  2. Beyin yarımkürələrinin alın payının ön hissəsində

  3. Beyin yarımkürələrinin alın payının arxa hissəsində

  4. Beyin yarımkürələrinin ənsə payının arxa hissəsində

  5. Beyin yarımkürələrinin gicgah payının ön hissəsində

3.Badamcıq nüvəsi hansı qabıqaltı mərkəzin sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla əlaqəsi hansı səviyyədədir?

  1. Qırmızı nüvə sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla sıx əlaqədədir

  2. Solğun nüvənin sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla sıx əlaqədədir

  3. Zolaqlı cisim sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla heç bir əlaqəsi yoxdur

  4. Solğun nüvə sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla heç bir əlaqəsi yoxdur

  5. Zolaqlı cism sisteminə daxildir və filogenetik inkişaf baxımından onunla sıx əlaqədədir

4. Aşağıda qeyd olunan variantlardan hansı düzgün cavabdır?

  1. Bədənin bütün afferent hissi yolları hipotalamusda qurtarır, oyanma buradan nəinki beyin qabığına və zolaqlı cismə, eyni zamanda qabaraltı sahə və zeytun nüvəyə gedir

  2. Bədənin bütün efferent hissi yolları görmə qabarlarında qurtarır, oyanma buradan nəinki beyin qabığına və zolaqlı cismə, eyni zamanda qabaraltı sahə və solğun nüvəyə gedir

  3. Bədənin bütün efferent hissi yolları hipotalamusda qurtarır, oyanma buradan nəinki beyin qabığına və zolaqlı cismə, eyni zamanda qabaraltı sahə və solğun nüvəyə gedir

  4. Bədənin bütün efferent hissi yolları hipotalamusda qurtarır, oyanma buradan nəinki beyin qabığına və zolaqlı cismə, eyni zamanda qabaraltı sahə və zeytun nüvəyə gedir

  5. Bədənin bütün afferent hissi yolları görmə qabarlarında qurtarır, oyanma buradan nəinki beyin qabığına və zolaqlı cismə, eyni zamanda qabaraltı sahə və solğun nüvəyə gedir

5. .Zolaqlı cism haqqında yazılan variantlardan hansı düzgün cavabdır?

  1. Zolaqlı cism afferent liflərini başlıca olaraq görmə qabarları, beyincik və qismən beyin yarımkürələri qabığından alır, efferent liflərini isə əsas etibarilə solğun nüvəyə verir

  2. Zolaqlı cism efferent liflərini başlıca olaraq görmə qabarları, beyincik və qismən beyin yarımkürələri qabığından alır, afferent liflərini isə əsas etibarilə solğun nüvəyə verir

  3. Zolaqlı cism afferent liflərini başlıca olaraq hipotalamus,orta beyin və qismən beyin yarımkürələri qabığından alır, efferent liflərini isə əsas etibarilə solğun nüvəyə verir

  4. Zolaqlı cism efferent liflərini başlıca olaraq hipotalamus, orta, beyin və qismən beyin yarımkürələri qabığından alır, afferent liflərini isə əsas etibarilə zeytun nüvəyə verir

  5. Zolaqlı cism afferent liflərini başlıca olaraq görmə qabarları, uzunsov beyin və qismən beyin yarımkürələri qabığından alır, efferent liflərini isə əsas etibarilə zeytun nüvəyə verir

6. Zolaqlı cismin fəaliyyətinə nəzarət hansı yolla həyata keçir?

  1. Zolaqlı cismin fəaliyyəti daima beyin qabığının, bunların hər ikisi isəlimbik sistemin təsiri altında olur

  2. Zolaqlı cismin fəaliyyəti daima beyin qabığının, bunların hər ikisi isə retikulyar formasiyanın təsiri altında olur

  3. Zolaqlı cismin fəaliyyəti daima beyin qabığının, bunların hər ikisi isə talamik nüvələrin təsiri altında olur

  4. Zolaqlı cismin fəaliyyəti daima limbik sistemin, bunların hər ikisi isə retikulyar formasiyanın təsiri altında olur

  5. Zolaqlı cismin fəaliyyəti daima qabıqaltı mərkəzlərin, bunların hər ikisi isə retikulyar formasiyanın təsiri altında olur


7. Zolaqlı cismin fəaliyyətinə aid düzgün cavab variantı hansıdır?

  1. Zolaqlı cisim vegetativ sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə özünün hipotalamusla əlaqəsi sayəsində təsir göstərə bilir

  2. Zolaqlı cisim somatik sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə özünün hipotalamusla əlaqəsi sayəsində təsir göstərə bilir

  3. Zolaqlı cisim vegetativ sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə özünün talamusla əlaqəsi sayəsində təsir göstərə bilir

  4. Zolaqlı cisim somatik sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə özünün talamusla əlaqəsi sayəsində təsir göstərə bilir

  5. Zolaqlı cisim vegetativ sinir sistemi vasitəsilə innervasiya olunan üzvlərə özünün baş beyin qabığı ilə əlaqəsi sayəsində təsir göstərə bilir

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin