##num= 10// level= 1// sumtest=30 // name= Sadə və mürəkkəb cümlələr //
1. “Sən söyləyənə baxma, söylədiyinə bax” cümləsinin növünü tapın.
A) şəxssiz cümlə
B) adlıq cümlə
C) şəxsli cümlə
D) mürəkkəb cümlə
E) ümumi şəxsli cümlə
2. Verilmiş cümlələrdən hansı ümumi şəxsli cümlə deyildir?
A) Sözünün yerini bilməyən həmişə uduzar.
B) Əvvəl arxı tullan, sonra «bərəkallah» de.
C) Buralarda addımbaşı qayığa rast gələrsən.
D) Əvvəl düşün, sonra danış.
E) Çörək verən əli kəsməzlər.
3. “Elə onlar da bunu istəyirlər” cümləsinin növünü göstərin.
A) şəxsli cümlə
B) qeyri - müəyyən şəxsli cümlə
C) şəxssiz cümlə
D) adlıq cümlə
E) ümumi şəxsli cümlə
4. Verilmiş cümlələrdən hansı şəxssiz cümlədir?
A) Mənim də başım bərk qarışıq idi.
B) Sanki Səkinəyə bir dünya bağışladılar.
C) Qaranlıq bir gecə gəldik üz - üzə.
D) Göyün üzü dumduru, aydın idi.
E) Gecə saat ikidə bizi təcili oyatdılar.
5. “İgid ölər, adı qalar” cümləsinin növünü təyin edin.
A) mürəkkəb cümlə
B) şəxssiz cümlə
C) adlıq cümlə
D) qeyri - müəyyən şəxsli cümlə
E) ümumi şəxsli cümlə
6. «Ələm bu işə qol qoyub, Vələd tərs öküz kimi yola gəlmir» tabesiz mürəkkəb cümləsində hansı məna əlaqəsi işlənmişdir?
A) qarşılaşdırma
B) səbəb - nəticə
C) zaman
D) ardıcıllıq
E) aydınlaşdırma
7. Verilmiş cümlələrdən hansı tabesiz mürəkkəb cümlədir?
A) Al rəngli şəfəqlər ətrafı bürüyür, quşların səsi eşidilirdi.
B) İçəri girib qapının ağzında dayandı, dəvət gözləyən adamlar kimi boynunu burub xeyli gözlədi.
C) Hava çox isti olsa da, onlar heç tərləməmişdilər.
D) Yolda xeyli ləngidik, kəndə vaxtında çata bilmədik.
E) Hərçənd iclasda çıxış edə bilmədi, amma çox şey öyrəndi.
8. «Yəni» bağlayıcısından hansı tabesiz mürəkkəb cümlələrdə istifadə olunur?
A) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə
B) Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə
C) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrdə
D) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə
E) Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə
9. Hansılar ümumi şəxsli cümlə deyil?
1 - Hamı gərək el adətlərinə hörmətlə yanaşsın.
2 - İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən.
3 - Sənət seçəndə tələsmək düzgün sayılmır.
4 - Dostu dar gündə tanıyarlar.
5 - Həyata əyləncə gözü ilə baxmaq olmaz
A) 1, 3, 5
B) 2, 4
C) 2, 3, 5
D) 3, 5
E) 1, 4, 5
10. Hansı sözlər şəxssiz feil kimi işlənib, şəxssiz cümlənin xəbəri vəzifəsində çıxış edər?
1 - silindi 2 - başa düşüldü
3 - səs verildi 4 - baxıldı
5 - döyüldü 6 - səsləndirildi
7 - göründü
A) 3, 4
B) 1, 4
C) 3, 5
D) 4, 7
E) heç biri
11. Aşağıdakı cümlələrdən ikisi ismi xəbərli cüttərkibli müxtəsər cümlədir.
1 - İdmançılar yarışın qalibləridir.
2 - Mənə yaman soyuqdur.
3 - İlin əvvəlləri idi.
4 - Şuşa qalası. Vaqifin evi.
5 - Elm vermək Allah rəhmətinə yaxınlaşmaqdır.
6 - Sənə yazığım gəlir.
7 - Qışın oğlan çağı idi.
A) 1, 5
B) 2, 3
C) 4, 6
D) 1, 7
E) 1, 3, 5
12. Hansılar qeyri - müəyyən şəxsli cümlələrdir?
1 - Bu uşağın qeyri - adi gələcəyi olacağını deyirlər.
2 - Dost yaman gündə tanınar.
3 - Ölənin dalınca danışmazlar.
4 - Gecə saat 2 - 3 radələrində gəlib aparırlar.
5 - Bu məsələyə bir elə diqqət yetrirmirlər.
6 - Dostları tez - tez ona baş çəkirlər.
A) 1, 3
B) 1, 2, 6
C) 1, 4, 5
D) 3, 5, 6
E) 2, 4, 6
13. Söz - cümlənin ifadə vasitəsi olmayan sözləri seçin.
1 - həmçinin 2 - aha 3 - bəs necə 4 - bəs
5 - ola bilsin ki 6 - bəlkə də 7 - ancaq
A) 1, 4, 7
B) 1, 3, 4
C) 2, 4, 6
D) 1, 3, 5
E) 3, 4, 7
14. Tabesiz mürəkkəb cümləyə aid olmayan əlamət lər hansılardır?
1 - Bağlayıcı sözlər, ədat və şəkilçilərlə bağlanma
2 - Tabesizlik prinsipi ilə bağlanma
3 - Vahid qrammatik əsasa malik olmaq
4 - Tabesizlik bağlayıcılarının iştirakı
5 - Sadalama intonasiyasına və məna əlaqələrinə malik olmaq
A) 1, 3
B) 3, 4
C) 1, 4
D) 2, 5
E) 1, 5
15. Baş və budaq cümlənin əlaqələnməsinə xidmət etməyən vasitələr hansılardır?
1 - bağlayıcılar 2 - bağlayıcı sözlər 3 - ədatlar 4 - qoşmalar 5 - modal sözlər 6 - nidalar
A) 4, 6
B) 4, 5
C) 1, 5
D) 3, 4
E) 2, 3
16. “Nisə xanım ərinin illərlə tutqun qabulud sifətinin, nəhayət, vəzifə başında açılacağı ümidinin də boşa çıxdığını indi açıq - aydın görürdü” Cümlə üzvlərini ardıcıl düzün.
A) mübtəda - müəyyən vasitəsiz tamamlıq - zaman zərfliyi - tərzi - hərəkət zərfliyi - xəbər
B) mübtəda - tamamlıq - təyin - zaman - tərzi - hərəkət zərfliyi - xəbər
C) mübtəda - tamamlıq - təyin - təyin - zərflik - təyin - xəbər
D) mübtəda - zərflik - təyin - zərflik - xəbər
E) mübtəda - tamamlıq - tamamlıq - təyin - təyin - zərflik - zərflik - xəbər
17. “Təhsil idarəsinin müfəttişi Malik Məmmədovu rayon məktəblərini yoxlamağa göndərdilər”. Cümlə üzvlərini ardıcıl düzün.
A) təyin - tamamlıq - məqsəd zərfliyi - xəbər
B) təyin - tamamlıq - tamamlıq - səbəs zərfliyi - xəbər
C) mübtəda - səbəb zərfliyi - xəbər
D) təyin - tamamlıq - mübtəda - məqsəd zərfliyi - xəbər
E) tamamlıq - məqsəd zərfliyi - xəbər
18. Əvvəl cüttərkibli sadə cümləni, sonra ismi xəbərli şəxssiz cümləni, daha sonra qeyri - müəyyən şəxsli cümləni ardıcıl düzün.
1 - Qoy sevsin, oxşasın insan insanı. 2 - İsti yay günlərindən biri idi. 3 - Xumarın bacısı uşaq həkimidir. 4 - Bakının sahil parkı şəhərin dilbər guşələrindən biridir. 5 - Hər şeyə yenidən baxdılar. 6 - Qaranlıq, yağışlı yanvar gecəsi idi. 7 - Çirkin sözlərinə qatırlar onu. Şeir bazarında satırlar onu.
A) 1 - 2 - 4 - 6 - 5 - 3 - 7
B) 1 - 3 - 2 - 4 - 6 - 5 - 7
C) 2 - 3 - 4 - 1 - 6 - 5 - 7
D) 1 - 3 - 4 - 2 - 6 - 5 - 7
E) 3 - 4 - 5 - 1 - 7 - 2 - 6
19. Mürəkkəb cümlələri ardıcıllıqla göstərin.
1 - Gəminin qaranlığı yaran işıqları parıldayırdı.
2 - İndi də darğa aralanmaq istəyir, molla buraxmırdı.
3 - İsa bəy nə isə qonağa demək istədi, Hacı macal vermədi.
4 - Elm nadanlıq ölümündən qəlblərə nur verən, qaranlıqlarda gözə nur saçandır.
5 - Mən artıq nə parlaq ulduzlar görür, nə də suyun ahəngdar səsini eşidirdim.
A) 2, 3
B) 3, 4
C) 1, 4
D) 2, 5
E) 1, 5
20. Cümlə haqqında hansı mühakimələr doğrudur? Ardıcıllıqla göstərin.
“Söz sənindir, qardaş, necə desən, o qayda ilə işləmək borcumuzdur”.
Əvvəl yanlış, sonra doğru fikirləri ardıcıl düzün.
1 - Müqayisə məzmunlu tərzi - hərəkət budaq cümləsidir, budaq cümlə əvvəl, baş cümlə ondan sonra gəlib.
2 - Təyin budaq cümləsidir, baş cümlə əvvəl gəlib.
3 - Məqsəd məzmunlu tərzi - hərəkət budaq cümləsidir, bağlayıcı sözlə bağlanıb.
4 - Müqayisə məzmunlu tərzi - hərəkət budaq cümləsidir, budaq cümlə bağlayıcı sözlə bağlanıb.
5 - Şərt budaq cümləsidir, baş cümlə əvvəl gəlib.
6 - Qarşılaşdırma budaq cümləsidir, budaq cümlə əvvəl gəlib.
A) 1, 4, 2, 3, 5, 6
B) 2, 4, 6, 1, 3, 5
C) 1, 2, 4, 3, 5, 6
D) 1, 5, 6, 2, 3, 4
E) 1, 3, 4, 2, 5, 6
21. Hansı bənddəki cümlə quruluşca mürəkkəbdir? Ardıcıllıqla göstərin.
1 - Darvazanın qabağında gurultu eşidildi, zəhmli bir it yoğun səslə hürdü.
2 - Torağaylar pırıltı ilə havaya qalxır, beş - on addım uçub yolun ortasına qonurdular.
3 - Bu sonsuz atəş mənbəyi insanları cana gətirir, ehtiyac içində qovrulan kəndlilərə əzab verirdi.
4 - Maşın içəri girəndə ev sahibi darvazanı arxadan bağladı.
5 - Günəşin istisindən çöllərin otu quruyur, zəmilərin sünbülləri ovulub yerə tökülürdü.
6 - O gülürdüsə də, qəmli baxışları hələ də çox şey deyirdi.
7 - Sədr gah Cəfəri mehribanlıqla dindirmək istəyir, gah da ciddiləşib tutulurdu.
A) 1, 5, 6
B) 2, 3, 4
C) 1, 2, 5
D) 3, 6, 7
E) 1, 5, 7
22. Hansı cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlədir? Ardıcıllıqla göstərin.
1 - Fəqət nə Cəlal var, nə Humay, Nə ömrə acıyır, nə yaşa dünya.
2 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb.
3 - Ürəyimə damıb ki, oğlum tələf olmayıb.
4 - Bizim dağların başı qışda da, yayda da həmişə qar olur.
5 - Ələm bu işə qol qoyub, lakin Vələd tərs öküz kimi yola gəlmir.
6 - Sən saydığını say, fələk bildiyini edəcək.
7 - Amma bir də gördüm, guppultu ilə bir şey ayaqlarımın altına düşdü.
A) 1, 5
B) 2, 5, 6
C) 2, 4, 7
D) 1, 3, 7
E) 3, 4, 5
23. Tabesiz mürəkkəb cümlələr hansılardır?
Ardıcıllıqla göstərin.
1 - Axşam güclü yağış yağdığı üçün yolları su örtmüş, gediş - gəliş çətinləşmişdi.
2 - Söyüdlərin kölgəsində igidlər dinləyirlər babalardan öyüdlər.
3 - Dost üzə baxar, düşmən ayağa.
4 - Var madam ki, doğru yazmağa imkan, Neçin gəlsin gərək ortaya yalan? !
5 - Ağıllı gözündən bilinər, axmaq sözündən.
6 - Qız anadan görməyincə öyüd almaz.
7 - Ağılın qüdrəti söz mətahının müdrikliyindədir.
A) 2, 4, 5, 7
B) 1, 3, 5
C) 2, 3, 4, 6
D) 1, 3, 4, 7
E) 1, 4, 5, 7
24. Uyğunluğu müəyyən edin.
I Cüttərkibli geniş cümlə II Ümumi şəxsli cümlə III Şəxssiz cümlə
1 - Yazın lap əvvəlləri idi.
2 - Nə tökərsən aşına, o da çıxar qaşığına.
3 - Sənət seçəndə də gərək tələsməyəsən.
4 - Bala baldan şirindir.
5 - Söyləyənə baxma, söylədiyinə bax.
6 - Axşam dəniz sahilində idik.
7 - Xəzər dənizində suitiyə az təsadüf olunur
A) I 4, 6; II 2, 3, 5; III 1, 7
B) I 3, 5; II 1, 2, 4; III 6, 7
C) I 2, 7; II 3, 4, 6; III 1, 5
D) I 6, 7; II 1, 3; III 2, 4, 5
E) I 4, 5; II 2, 7; III 1, 3, 6
25. Uyğunluğu müəyyən edin.
I Söz – cümlə II Adlıq cümlə
1 - Bu cümlələr müstəqil mənalı sözlərlə ifadə olunur.
2 - Bu cümlələr müstəqil mənalı sözlərlə ifadə olunmur.
3 - Bu cümlələrdə əşya və hadisənin varlığı təsdiq edilir.
4 - Bu cümlələrdə danışanın o fikrə münasibəti ifadə edilir.
5 - Bu cümlə özündən əvvəlki fikirlərlə bağlıdır.
6 - Bu cümlələr, adətən, yazılı ədəbi dildə işlənir.
A) I 2, 4, 5; II 1, 3, 6
B) I 2, 3, 5; II 1, 4, 6
C) I 1, 2, 6; II 3, 4, 5
D) I 3, 4, 6; II 1, 2, 5
E) I 4, 5, 6; II 1, 2, 3
26. Uyğunluğu müəyyən edin.
I Qeyri - müəyyən şəxsli cümlə II Ümumi şəxsli cümlə III Şəxssiz cümlə
1 - Bu cümlə tipində hamı tərəfindən qəbul edilmiş, bir ümumi qayda şəklini almış hökmlər ifadə olunur.
2 - Bu cümlələrin xəbəri bir qayda olaraq, II şəxsin təkində və III şəxsin cəmində olur.
3 - Xəbəri III şəxsin təki ilə ifadə olunur.
4 - Bu cümlələrin xəbəri həmişə III şəxsin cəmi ilə ifadə olunur
5 - Yaz fəsli idi; Qışın oğlan şağıdır kimi cümlələr məhz bu cümlə tipindədir.
6 - Bu cümlələrdə görülən iş real və qeyri - real ola bilər.
A) I 4, 6; II 1, 2; III 3, 5
B) I 2, 4; II 1, 3; III 5, 6
C) I 3, 4; II 2, 5; III 1, 6
D) I 1, 5; II 2, 4; III 3, 6
E) I 5, 6; II 2, 3; III 1, 4
27. Uyğunluğu müəyyən edin.
I Adlıq cümlə II Yarımçıq cümlə
1 - Bu cümlə tipinin dilimizdə işlənən ən əsas növü dialoqun qarşılıqlı replikalarından ibarət cümlələrdir.
2 - Bu cümlə tipində müxtəlif şəxslərin, əşyaların, hadisə və proseslərin yalnız adı çəkilir.
3 - Bir və ya bir neçə cümlə üzvü buraxılır.
4 - Bu cümlələrdə əşyalar haqqında heç bir məlumat verilmir.
5 - Bu cümlələrdə ikinci dərəcəli üzvlərin dinamikliyi zəifdir, onlar cümlə üzvlərindən daha çox, söz birləşmələrinin komponentlərini xatırladır.
A) I 2, 4, 5; II 1, 3
B) I 1, 2, 4; II 3, 5
C) I 2, 3; II 1, 4, 5
D) I 3, 4, 5; II 1, 2
E) I 3, 5; II 1, 2, 4
28. Mübtəda budaq cümləsi ilə bağlı uyğunluğu müəyyən edin.
I Qismətində nə varsa, o da sənə çatacaq.
II Ağlına gəldi ki, Şirzada dediyim sözləri Rüstəm kişi başqa ağızlardan da eşidə bilər.
1 - Məlum olsun ki, mən bu evdən getməyəcəyəm.
2 - Düz bir həftə idi ki, Qiyas yorğan - döşəyə düşmüşdü.
3 - Nə tökərsən aşına, o da çıxar qaşığına.
4 - Kim buna inanmırsa, sıradan çıxsın.
5 - Gözəl, sənə məlum olsun ki, alışıban yanıram mən.
A) I 2, 3; II 1, 4, 5
B) I 3, 4; II 1, 2, 5
C) I 1, 3, 4; II 2, 5
D) I 4, 5; II 1, 2, 3
E) I 1, 4, 5; II 2, 3
29. Budaq cümlələri baş cümləyə bağlayan vasitələrə görə uyğunluğu müəyyən edin.
I İntonasiya
II - sa( - sə)
III Bağlayıcı sözlər
1 - İstəyirsənsə, götür.
2 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir.
3 - Bəs eşitməmisən, “bəy ilə bostan əkənin tağı çiynində bitər?
4 - Kim buna inanmır, sıradan çıxsın.
5 - Həqqi bilən bilir, mən zənnü gümanə sığmazam.
6 - İşlər yoluna düşsə, qayıdıb gələ bilərsən.
A) I 3, 5; II 1, 6; III 2, 4
B) I 3, 6; II 1, 4; III 2, 5
C) I 1, 5; II 2, 6; III 3, 4
D) I 4, 5; II 1, 3; III 2, 6
E) I 5, 6; II 2, 4; III 1, 3
30. Uyğunluğu müəyyən edin.
I Xəbər budaq cümləsi
II Mübtəda budaq cümləsi
III Tamamlıq budaq cümləsi
1 - Şərtimiz də bu olsun ki, zirvəyə birinci çatan bayraq qaldırsın.
2 - Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını tez unudur.
3 - Birlik harada, dirilik orada.
4 - İndi kim oxumayıb, ona bütöv adam demək çətindir.
5 - Kim buna inanmırsa, sıradan çıxsın.
6 - Bir deyən yoxdur ki, ay axmaq, cavan ömrünü niyə bunun yolunda çürüdürsən?
A) I 3, 4; II 1, 5; III 2, 6
B) I 1, 4; II 2, 6; III 3, 5
C) I 2, 3; II 4, 5; III 1, 6
D) I 3, 5; II 1, 6; III 2, 4
E) I 1, 3; II 2, 5; III 4, 6
Dostları ilə paylaş: |