13. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlələr hansı bənddədir?
1 - Bahar yağışına tamaşa edən Salatını fikir götürdü.
2 - Dava - dalaşın səhəri günü Zərnigar xanımın yanına getmişdi.
3 - Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü.
4 - Salatın qızın dalınca baxıb köksünü ötürdü.
5 - Bir də görürsən, açılan solur.
A) 1, 3, 5
B) 1, 4
C) 3, 4
D) 1, 2, 4
E) 2, 3, 5
14. Verilmiş cümlələrin ikisində xəbər sintaktik üsulla ifadə olunub.
1 - Oğul paşa, qız tamaşa. 2 - Oğul baş ucalığı, qız üz ağlığıdır. 3 - Ağıllı özünü, ağılsız özgəni qınayar. 4 - Aşıq harda, məclis də orda.
A) 1, 4
B) 1, 3, 4
C) 3, 4
D) 1, 2, 3
E) 2, 3
15. “Anlamayana nəsihət vermək, başa düşməyənə yaxşılıq etmək, boşboğaza sirr vermək ən böyük səhvdir” cümləsinin sintaktik təhlil sxemi hansıdır?
1 - tamamlıq 2 - mübtəda 3 - xəbər 4 - təyin 5 - zərflik
A) 1 - 2 - 3
B) 1 - 2 - 1 - 2 - 1 - 2 - 4 - 3
C) 2 - 2 - 2 - 4 - 3
D) 1 - 2 - 3 - 4
E) 2 - 2 - 2 - 5 - 3
16. Verilmiş cümlədə işlənmiş cümlə üzvlərinin düzgün ardıcıllığı hansı bənddədir? “Onun həsrət qarışıq böyük bir sevinclə qoxulayaraq bağrına basdığı bu güllər Vətən torpağından idi“.
1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik
A) 1 - 4 - 3 - 2
B) 1 - 5 - 4 - 5 - 2
C) 1 - 4 - 3 - 3 - 2
D) 1 - 3 - 3 - 4 - 3 - 2
E) 1 - 3 - 4 - 3 - 3 - 2
21. Cümlə üzvləri haqqında əvvəl düzgün, sonra yanlış mühakimələri ardıcıllıqla düzün.
1 - Yalnız qrammatik şəklə malik olan hər bir söz və söz birləşməsi cümlə üzvü ola bilər.
2 - Cümlə üzvləri bir - biri ilə sintaktik əlaqədə olur.
3 - Cümlə üzvləri cümlə daxilində sintaktik suala cavab verən söz və ya söz birləşməsinə deyilir.
4 - Cümlədə modallıq ancaq intonasiya və zaman şəkilçiləri ilə yaranır.
5 - Həm leksik, həm də qrammatik mənaya malik olan hər söz cümlə üzvü ola bilər.
A) 2, 3, 5, 1, 4
B) 1, 2, 3, 4, 5
C) 2, 3, 4, 1, 5
D) 2, 3, 1, 4, 5
E) 1, 2, 3, 5, 4
22. Verilmiş cümlələrin hansında mübtəda vardır? Ardıcıllıqla göstərin.
1 - Onun dərin bir şövqlə danışmasını heç kim nəzərdən qaçırmadı.
2 - Müəllim sinfə girəndə şagirdləri kluba yığmışdılar.
3 - Qızın atası təhsil almaq üçün ona çox kömək edirdi.
4 - Ötmək istəyəndə camaatın yığışdığını görüb dayandı.
5 - Koroğlu Azərbaycan xalqının milli qəhrəmanıdır.
A) 1, 3, 5
B) 1, 5
C) 2, 4
D) 1, 2, 3, 5
E) 3, 5
23. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlələri ardıcıllıqla göstərin.
1 - Bahar yağışına tamaşa edən Salatını fikir götürdü.
2 - Dava - dalaşın səhəri günü Zərnigar xanımın yanına getmişdi.
3 - Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü.
4 - Salatın qızın dalınca baxıb köksünü ötürdü.
5 - Bir də görürsən, açılan solur.
A) 1, 4
B) 1, 3, 5
C) 3, 4
D) 1, 2, 4
E) 2, 3, 5
24. Uyğunluğu müəyyən edin. I Mübtəda II Xitab III Əlavə
1 - Həmişə asılı olduğu cümlə üzvündən sonra gəlir.
2 - Yalnız xəbərlə sintaktik əlaqədə olur.
3 - İzah etdiyi üzvün qrammatik əlamətlərini daşıyır.
4 - Cümlənin istənilən yerində gələ bilər.
5 - Ən çox cümlənin əvvəlində işlənir.
6 - Cümlə üzvləri ilə məna cəhətdən bağlı olsa da, qrammatik cəhətdən əlaqəyə girmir.
A) I 2, 6; II 1, 4; III 3, 5
B) I 1, 2; II 3, 4; III 5, 6
C) I 2, 3; II 1, 6; III 4, 5
D) I 2, 5; II 4, 6; III 1, 3
E) I 2, 4; II 3, 6; III 1, 5
25. Uyğunluğu müəyyən edin. I Həmcins üzvlər II Əlavə III Təyin
1 - İzah etdiyi üzvün formasını qəbul edir. 2 - Aralarında tabesizlik əlaqəsi mövcuddur. 3 - İzah etdiyi üzvün qrammatik formasını qəbul etmir. 4 - Eyni suala cavab verir. 5 - İzah etdiyi üzvdən sonra gəlir. 6 - Bir qayda olaraq, izah etdiyi üzvdən qabaq gəlir.
A) I 2, 4; II 1, 5; III 3, 6
B) I 2, 6; II 4, 5; III 1, 3
C) I 4, 5; II 1, 3; III 2, 6
D) I 2, 3; II 5, 6; III 1, 4
E) I 3, 4; II 1, 6; III 2, 5
26. Uyğunluğu müəyyən edin.
I Tamamlığın əlavəsi II Mübtədanın əlavəsi III Zərfliyin əlavəsi
1 - Külək çöllərdən qalxan dumanı cənuba – Salyan və Lənkəran tərəfə qovub aparır, hay - küy səsindən qulaq tutulurdu.
2 - Cəbhəçi əsgərin oğlu ilə görüşü hamıdan çox ananı – Asyanı sevindirirdi, ona az - çox ümid verirdi. .
3 - Deyəsən, məni bunlar – qalın kitabların mənası ilə silahlanmış həkimlər həyata qaytarırlar.
4 - Mən Rəxşəndəni – yeni qadın nəslinin bu gözəl nümayəndəsini yalnız indi olduğu kimi görməyə başladım.
5 - Buradan da Bərgüşad çayı aşağı – Araza doğru sallanır, o taydan basıb gələn dumanlar bu aranın gündüzünü gecəyə döndərir.
6 - Var olsun yaman günün yarağı – qaşlı xəncər!
A) I 2, 4; II 3, 6; III 1, 5
B) I 2, 3; II 1, 6; III 4, 5
C) I 2, 5; II 1, 3; III 4, 6
D) I 4, 6; II 2, 5; III 1, 3
E) I 4, 5; II 1, 2; III 3, 6
27. Xəbərin ifadə vasitələrinə görə uyğunluğu müəyyən edin.
I Xəbər frazeoloji vahidlə ifadə olunub.
II Xəbər sadə feillə ifadə olunub.
III Xəbər əvəzliklə ifadə olunub.
1 - O gülləri bəsləyən mənəm. 2 - Başımdan getmədi səninlə içdiyim badə. 3 - Qulaq ardına vurmağı səndən öyrənmişəm. 4 - Gözəl qadın gözə xoş gələr, xeyirxah qadın qəlbə. 5 - Ataşla Qönçənin ürəyindən keçənləri usta Qaçaydan başqa, hələlik ancaq molla bilirdi. 6 - Hanı mən gördüyüm qurğu, busatlar?
A) I 2, 4; II 3, 5; III 1, 6
B) I 2, 3; II 1, 5; III 4, 6
C) I 4, 6; II 2, 3; III 1, 5
D) I 1, 2; II 3, 4; III 5, 6
E) I 2, 6; II 1, 3; III 4, 5
28. Mübtədanın ifadə vasitələrinə görə uyğunluğunu müəyyən edin.
I - “Ağıllı gözündən, axmaq sözündən bilinər”.
II - Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdir.
III - Qurddan qorxan meşəyə girməz.
1 - Gözüm aydın, gözümə surəti - canan görünür. 2 - Gözəllər çıxıbdı seyranə, gəlsin. 3 - Eşqdir mehrabı uca göylərin. 4 - Ölülər elə bilir, dirilər halva yeyir. 5 - Qonşuya ümid olan şamsız qalar. 6 - Ağıllı imandan, yalançı böhtandan yapışar. 7 - Tikəni görməyən yekəni də görməz.