|
|
səhifə | 5/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| n dərəcə təmiz göründüyündən, ancaq ən təntənəli günlərdə yandırıldığı anlaşılan buxarı göyümtraq mərmərdən biçimsiz bir saatla bəzədilmişdi, yan tərəflərində isə şüşə qapaq altında içində süni və solğun çiçək olan iki vaza qoyulmuşdu.
Bu birinci otaqda xüsusi qoxu var: bizim dilimizdə buna münasib bir ad olmasa da, hər halda, buna meyxana qoxusu demək olar. Qoxuda iylənmiş bir şey, kif, çürüntü hissi duyulur. Bu qoxu insanın ətini ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar edilmiş bir yemək otağı iyini verir, aşxana kimi, lakey damı kimi, arabaçı damı kimi iy verir. Onun ürəkbulandırıcı bütün tərkib hissələrini meydana çıxarmaq üsulu icad edildikdən sonra, bəlkə də, onu təsvir etmək mümkün ola biləcəkdir: bunlar hər bir gənc, yaxud qoca pansionerdən əmələ gələn xüsusi xəstə qoxular idi. Nəhayət, bütün bu bayağı dəhşətə baxmayaraq, qonaq otağını qonşu yemək otağı ilə müqayisə edəcək olsanız, birinci otaq buduar kimi
zərif və rayihədar görünəcəkdir.
Yemək otağının divarlarına başdan-ayağa qədər bəzəkli taxta vurulmuşdur. Vaxtilə bu otaq müəyyən bir rənglə boyanmışdı, lakin indi bunun rəngini təyin etmək qeyri-mümkündür. Bu ancaq çirk təbəqələrinin yaratmış olduğu qəribə nəqşlərə bənzəyir. Divarların yanında çirkli bufetlər, bunların da içində oyuq- oyuq və tutqun rəngli qrafinlər, üzərində suyun fışqırması təsvir edilmiş və tənəkədən qabaltıları, Turnedə* hazırlandığı anlaşılan mavi zolaqlı qalın çini boşqablar görünür. Otağın bir küncündə gözləri
nömrələnmiş qutu qoyulmuşdur ki, burada hər bir pansionerin şəraba bulaşmış, yaxud sadəcə,
çirklənmiş salfetləri ayrıca mühafizə olunur. Otaqda hələ də hər bir yerdən qovulmuş, lakin mədəniyyətin
lazımsız şeyləri, sağalmaz naxoşlar üçün saxlanılan xəstəxanalara yerləşdirildiyi kimi, buraya yerləşdirilmiş və hələ sökülüb dağılmamış mebelə təsadüf etmək mümkündür. Burada bir barometr var ki, yağış yağmağa başlayan kimi dərhal içindən bir kapusin çıxır. Divardan asılmış murdar lövhələrə baxdıqda adamın iştah qaçır. Bu lövhələrin çökük yerlərinə zər vurulmuş taxta çərçivələri qapqaradır. Divar saatının kənarları buynuz şəklində mis bəzəklərlə işlənmişdir. Bir tərəfdə şirələnmiş yaşıl soba, o biri tərəfdə boyası toza bulaşmış Arqan kenketləri* gör
Dostları ilə paylaş: |
|
|