|
|
səhifə | 6/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ünür. Uzun stolun üstündəki müşəmbə o qədər çirklidir ki, zarafatcıl bir pansioner onun üstündə öz adını stilos* olmadığına görə, barmağı ilə yaza bilər. Sınıq stullar, yırtıq köhnə həsirlər daim istifadə olunur, atılmır. Bir yanda da heç kəsə lazım olmayan boğazları çevrilmiş, dəstəkləri qupquru qurumuş, ilgəkləri sınıq qrelkalara təsadüf olunur. Bütün bu otaqdakı şeylərin nə qədər köhnə, çürük, yırıq-yırtıq, əldən düşmüş, davamsız, əyri-üyrü, sınıq-sökük, gəlməz olduğunu təsəvvür etmək mümkün deyildir. Bunun üçün uzun bir təsvirə ehtiyac var, lakin belə təsvir hekayətimizi xeyli uzada bilər ki, məşğul adamlar buna görə də bizi bağışlamazlar. Qırmızı döşəmə dəfələrlə rəngləndiyindən və sürtüldüyündən çatlaq-çatlaq olmuşdur. Müxtəsər, bu otaq şeriyyətdən məhrum, sürtülmüş, əprimiş, qatılaşmış bir səfalət səltənətinə bənzəyir. Bu, hələ çirk olmasa da, artıq ləkəlidir, hələ yırtıqları və cındırları olmasa da, çox çəkməz ki, çürüyüb tökülə bilər.
Bu otaq, təxminən, səhər saat yeddiyə yaxın par-par parıldayır. Madam Vokenin pişiyi sahibəsindən qabaq bu otağa daxil olur, bu bufetdən o bufetə sıçrayıb, öz səhər nəğməsini miyoldaya-miyoldaya, ağzına boşqab qoyulmuş süd kasalarını iyləyir. Bir az sonra başına örtdüyü tül c tqunun altından qondarma, yalançı və səliqəsiz taxılmış saçları pırt aşıq halda madam Vokenin özü görünür. Dul arvad köhnə tuflilərini şappıldada-şappıldada yeriyir. Əprimiş piyli üzünün düz ortasından, burnu tutuquşu dimdiyi kimi uzanır. Madam Vokenin totuq əlləri, kilsə siçanı kimi şişmiş vücudu, həddən artıq iri və sallaq döşləri dərd və kədərlə qaynayan, qazanc ehtirasının gizləndiyi və madam Vokenin ürəyi bulanmadan isti, mənfur havasını tənəffüs etdiyi bu salonla dedikcə ahəngdar görünür. İlk payız soyuğu kimi soyuq üzü, qırışlarla əhatə olunmuş gözləri rəqqasənin süni təbəssümündən qaşqabaqlı sələmçinin məşum görünüşünə qədər bütün ifadələri bildirən gözləri, nəhayət, onun bütün varlığı, şəxsiyyəti pansionun vəzifəsini, pansion isə onun şəxsiyyətini təyin edirdi. Nəzarətçisiz katorqa yoxdur, bunları bir- birindən ayrı təsəvvür etmək mümkün deyil. Xəstəxanaların zəhərli havasının nəticəsi tif olduğu kimi, bu xanımın solğun şişkinliyi də onun sürdüyü həyatın məhsulundan başqa bir şey deyildi. Köhnə paltardan
Dostları ilə paylaş: |
|
|