377. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır.
A) dəyişməzdir
B) ünsiyyət prosesidir
C) dil əsasında meydana çıxır
D) törəmədir
E) nitq fəaliyyətinin məhsuludur
378. Verilmiş mətn hansı üslubdadır?
«Dilçiliyin nitq hissəsindən bəhs edən şöbəsinə morfologiya deyilir. Nitq hissələri sözlərin qrammatik məna qruplarıdır».
A) elmi
B) məişət
C) rəsmi işgüzar
D) bədii
E) publisistik
379. Dialoqlardan hansı üslubda istifadə olunmur?
A) elmi və rəsmi
B) bədii və elmi
C) publisistik və elmi
D) bədii və məişət
E) elmi və məişət
380. Əsas xüsusiyyəti konkretlik, məntiqlik və ardıcıllıq olan bu üslubda mürəkkəb cümlələr və modal sözlər nisbətən çox işlənir:
A) elmi
B) bədii
C) publisistik
D) rəsmi – işgüzar
E) məişət
381. Monoloq və dialoqlardan ibarət səhnə dili şəklində qurulur:
A) dramaturgiya dili
B) şeir dili
C) həm şeir, həm də dramaturgiya dili
D) nəsr dili
E) həm şeir, həm də nəsr dili
382. Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) leksik, morfem, sintaksis, fonetika
B) üslub, morfologiya, idarə, söz
C) xəbər, forma, ədat, nitq mədəniyyəti
D) sifət, orfoepiya, qoşma, uzlaşma
E) təyin, fel, nida, funksiya
Dostları ilə paylaş: |