13. İdarəetmə proseslərinin keyfiyyəti. Keyfiyyət göstəriciləri.
Əvvəlki mövzularda qeyd etmişdik ki, AİS-lərin praktiki yararlı olması üçün ilk növbədə onlar dayanıqlı olmalıdır. Lakin dayanıqlıq zəruri şərt olmaqla yanaşı sistemin praktiki yararlığı üçün kifayət deyildir.
Sistemin praktiki yararlığını təyin edən xassələrindən biri onun keyfiyyətidir, yəni onda baş verən idarəetmə (keçid) proseslərinin özünü aparma xarakteridir. Bu xarakter müəyyən parametrlərlə təyin edilir ki, onlara da idarəetmə (keçid) proseslərinin keyfiyyət göstəriciləri deyilir. Bu göstəricilərə adətən aşağıdakıları aid edirlər:
1) Müəyyən təsir altında qərarlaşmış vəziyyətdən çıxan sistemin yeni qərarlaşmış vəziyyətinə tələb olunan dəqiqliklə gəlmə müddəti - "İdarəetmə müddəti (cəld işləmə)";
2) Keçid prosesi ərzində idarəolunan parametrin tapşırıq qiymətindən maksimal meyletməsi (dinamiki meyletmə);
3) Giriş kəmiyyətinin təkrarlanmasının dəqiqliyi;
4) Həyəcanlandırıcı və yaxud digər səbəblərdən baş verən səhvlərin miqdarca qiyməti;
5) İdarəolunan parametrin tapşırıq qiymətindən qərarlaşmış meyletməsi (statik meyletmə);
6) Keçid prosesinin sönmə dərəcəsi və s.
Keçid prosesinin keyfiyyət göstəricilərinə qoyulan tələbləri onun əyrisi ətrafında çəkilmiş müəyyən oblast kimi təsvir etmək olar ki, əgər keçid prosesinin əyrisi həmin oblastdan kənara çıxmırsa, onda sistem tələb olunan keyfiyyətə malik hesab ediləcək:
sistemin əvvəllki qərarlaşmış vəziyyətində idarəolunan parametrin qiyməti, - yeni qərarlaşmış vəziyyətdə qiymətidir. dinamiki meyletmə. statik meyletmə. - idarəetmə müddətidir (vaxtıdır).
Sistemin keyfiyyət göstəricilərinə qoyulan tələblərin ödənilməsi üçün onun keçid prosesinin əyrisi şəkildə verilmiş ştrixlənmiş sahədən kənara çıxmamalıdır.
Aydındır ki, keçid prosesinin keyfiyyətinin təyin edilməsi üçün idarəolunan parametrin zamandan asılılığı məlum olmalıdır və onun əyrisini çəkərək keyfiyyət göstəricisinin qiymətləri tapılmalıdır. Bu asılılığı təyin etmək üçün AİS-lərin diferensial tənliyi həll edilirsə (inteqrallanırsa) keyfiyyətin bu cür təyin edilməsi üsulu "bir-başa üsul" adlanır.
Diferensial tənliyin tərtibi yüksək olduqda onun həlli mürəkkəbləşdiyindən onu həll etmədən AİS-lərin keçid prosesinin keyfiyyətinin təyin edilməsi üsulları təklif edilmişdir ki, onlara da "dolayı üsullar" deyilir. Buna misal sistemin xarakteristik tənliyinin köklərinin paylanmasının tapılması üsulunu, inteqral xarakteristikalarından istifadə üsulunu, tezlik xarakteristikalarından istifadə üsullarını qeyd etmək olar.
Dostları ilə paylaş: |