Maksimal yüklənmə – elektrik enerjisinin cari ildə yüksək fasiləsiz istehlakıdır. Qeyd etmək lazımdır ki, yüksək istehlak zamanı elektrik enerjisinin tədarükünə idxal olunmuş elektrik enerjisi və ya əksinə, ixrac olunmuş elektrik enerjisi daxildir.
Milli şəbəkədə cəmi maksimal yüklənmə – il ərzində hər stansiyada maksimal yüklənmələrin cəmi sayılmır, çünki onlar müxtəlif vaxtlarda baş verə bilər.
Maksimal yükləmə zamanı güc – həmin vaxtda enerji sisteminin istifadə oluna bilən xalis gücüdür.
Təbii qaz
Təbii qaz haqqında məlumat
Əsasən metan (CH4) qazından ibarət olan təbii qazın tərkibinə müəyyən qazlar da daxildir. Təbii qaz yeraltı yataqlardan hasil edilir və kimyəvi cəhətdən eynicinsli məhsul sayılmır. Təbii qaz yatağından və ya xam neftlə birgə hasil edilmiş mayelərin və qazların qarışığından ibarətdir (bu qarışığın bəzi elementləri enerji məhsulu hesab edilmir). İlkin qarışıq emal olunduqdan sonra alınan qazlar əmtəəlik məhsul olur. Təbii qaz emaldan sonra da tərkibində daha çox metan olan qarışıq qaz kimi (85%-dən çox ) qalır.
Neftlə birlikdə hasil edilən qaz neft yataqlarının qazı (səmt qazı), qaz yataqlarından hasil edilən qaz isə qaz yataqlarının qazı (təbii qaz-qeyri-səmt qazı) adlanır.
Yeraltı karxanalarda kömürün hasilatı yataqlarından da qaz çıxarıla bilər. Bu qaz mədən qazı və ya mədən metanı adlanır. Təhlükəzlik baxımından bu qazı kənarlaşdırmaq lazımdır, əgər belə qazlar yığılaraq yanacaq kimi istifadə edilərsə, onda onun müvafiq miqdarı satılmış məhsula daxil edilir.
Bəzi vaxtlarda rütubətli və quru qaz terminlərindən istifadə edirlər. Əgər qazın tərkibində butanın və daha ağır karbohidrogenin (təbii qaz kondensatı - TQK) miqdarı çoxdursa, ona rütubətli qaz deyirlər. Neftlə birlikdə hasil edilən qaz (səmt qazı), adətən, rütubətli qaz olur. Quru qaz, əsasən, metandan ibarətdir (tərkibində cüzi miqdarda etan, propan və s. olur). Qaz yataqlarının qazı (neftlə əlaqədar olmayan yataqlardan hasil edilən qaz - təbii qaz-qeyri-səmt qazı), adətən, quru olur.
Qazın uzaq məsafələrə nəqlini asanlaşdırılması üçün, normal atmosfer təzyiqi altında təbii qazın temperaturunun – 1600 S-yə qədər azaldılması yolu ilə onu maye halına keçirirlər (çevirirlər). Qaz mayeləşdiriləndən sonra, o, mayeləşdirilmiş təbii qaz adlanır. Qazın mayeləşdirilməsi təbii qazın yalnız fiziki vəziyyətini dəyişdirir. O, əvvəlki kimi metan olaraq qalır.
Dostları ilə paylaş: |