ANİ çəkisi termini (Amerika Neft İnstitutu tərəfindən qəbul edilmiş standart) neft məhsullarının xüsusi çəkisinin ifadə olunması üçün istifadə edilir.
Yadda saxlamaq lazımdır ki, ANİ çəkisi (141.5/600 - 600F) temperaturda olan xüsusi çəkisi) 131,5-dır. ANİ dərəcəsində ifadə olunan çəkinin ölçülməsi üçün qiymətləndirici şkala mövcuddur, maddə nə qədər yüngüldürsə, bu şkala üzrə ANİ dərəcəsində onun çəkisi o qədər yüksək olur. Məsələn, yüngül çəkili maddələrə aid olan xam neftin növlərinin göstəriciləri, adətən, ANİ dərəcəsində 38-dən yuxarı olur, amma göstəriciləri ANİ dərəcəsində 22-dən az olan neftin növləri ağır çəkili sayılır.
“Neft” sorğusu neft haqqındakı məlumatların min metrik tonda göstərilməsini nəzərdə tutur. Buna görə, statistikada tez-tez həcm gösrəricilərini metrik tona çevirmək zərurəti meydana çıxır.
Milli statistiklər hesabat verən müəssisələrdən xam neftin və ya neft məhsullarının miqdarlarının həcm vahidindən metrik tona çevrilmə üsulu (hesablama üsulu) haqqında informasiyanı almalıdırlar. Bu, əsasən, kütlə vahidi ilə göstərilən bəzi qaz şəklində olan neft məhsulları üçün (məsələn, neft-zavod qazı, etan, mayeləşdirilmiş neft qazları üçün) vacibdir.
Aşağıdakı cədvəldə iki ay üçün (yanvar və fevral) həcm vahidindən (gündəlik barel) kütlə vahidinə (metrik ton) çevrilmə (hesablanması) nümunəsi göstərilmişdir.
Həcm vahidinin kütlə vahidi ilə ifadə edilməsi
İdxal
|
Hesabat məlumatları gündəlik barel (həcm)
|
Ayda olan günlərin sayı
|
Sıxlıq kütlə/həcm (orta qiymət)
|
Həcmdən kütləyə çevrilmə (hesablanma) əmsalı ton/barel
|
Metrik tonla hesablanmış məlumatlar
(kütlə)
|
Xam neft
|
1020
|
31
|
0, 13569
|
1/0,13569 = 7,37
|
(1020*31)/7,37=4290
|
Avtomobil benzini
|
546
|
28
|
0,11806
|
1/0,11806 = 8,47
|
(546*28)/8,47=1805
|
Sorğuda maye yanacaqları faktiki sıxlığa əsaslanan uyğun hesablama əmsallarını istifadə edərək, həcm vahidlərindən kütlə vahidlərinə çevirmək lazımdır.
Dostları ilə paylaş: |