1. Bakteroloji silahlar


Azərbaycan Respubliksanın FHN-nin Mülki Müdafiə üzrə əsas vəzifələri



Yüklə 103,72 Kb.
səhifə24/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
Mulki Mudafi Final docx

34. Azərbaycan Respubliksanın FHN-nin Mülki Müdafiə üzrə əsas vəzifələri
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin orqanları yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilarlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər. -fövqəladə halların nəticələrindən əhalinin və təsərrüfat obyektlərinin mühafizə edilməsi; -sülh və müharibə dövrlərində admların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi; -fövqəladə halların nəticələri aradan qaldırılarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi; -FHN-nin orqanlarının rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili; -sülh və müharibə dövrlərindəki fövqəladə hallarda təsərrüfat sahələrinin, müəssisələrinin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis -texniki və digər tədbirlərin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir. Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.


35. Fövqəladə hadisə nəticələrinin aradan qaldırılmasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması
Xilasetmə və digər təxirəsalınmaz işlər fövqəladə hal ocağında aşağıdakı əməliyyatları nəzərdə tutur:
- yaranmış vəziyyət haqqında ətraflı məlumatın alınması məqsədilə zərbə ocağında kəşfiyyat;
- yanğınların lokallaşdırılması və söndürülməsi, insanların yanan binalardan təxliyəsi;
- çöküntülər altında qalmış mühafizə qurğularının axtarışı və açılması, çöküntü altında qalmış zərərçəkənlərin axtarışı və çıxarılması;
- zərərçəkmişlərə tibbi yardımın göstərilməsi və onların tibb məntəqələrinə təxliyəsi, əhalinin mümkün mənfi təsir zonalarından çıxarılması;
- insanların və nəqliyyatın sanitar təmizlənməsi və zərərsizləşdirilməsi (dezinfeksiyası);
- sənaye obyektlərində təxirəsalınmaz qəza-bərpa işlərinin aparılması;
Kəşfiyyat ən qısa vaxt ərzində dağıntı və yanğınların xüsusiyyət və sərhədlərini, müxtəlif ocaqlarda radioaktiv və digər yoluxmaların dərəcəsini, zərərçəkmişlərin sayını və onların vəziyyətini, xilasetmə dəstələrin və zərərçəkmişlərin mümkün təxliyə yollarını müəyyənləşdirməlidir. Məhz bundan sonra, kəşfiyyatın məlumatları əsasında görüləcək işlərin həcmi, qəza-xilasetmə işlərinin aparılması üsulları müəyyənləşdirilir və fövqəladə hadisə nəticələrinin ləğvi planı işlənib hazırlanır.Söz yox ki, plan üzrə təxirəsalınmaz işlərin konkret siyahısı və növbəliliyi tərtib edilir və bunun əsasında tələb olunan qüvvə və vəsait müəyyənləşdirilir.
İlk növbədə bütün qüvvələr mümkün qədər xarici faktorların təsirlərinin azaldılmasına və ya tam ləğvinə yönəldilir. Xilasetmə işlərinin vaxtında və uğurlu həyata keçməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin görülməsi də planlaşdırılır:
- lazım gəldikdə çöküntü və çirklənmiş sahələrdə keçidlərin quraşdırılması; nəqliyyatın hərəkəti üçün müvəqqəti kolonna yollarının açılması;
- kommunal-enerji sistemləri şəbəkələrində qəzaların lokallaşdırılması; ayrı-ayrı zədələnmiş enerji, su xətləri (şəbəkələri) və qurğularının bərpası;
- xilasetmə işlərinin aparılmasına mane olan bina və tikili konstruksiyalarının bərkidilməsi və ya uçurulması.
Xilasetmə qüvvələri kimi xüsusi təlim keçmiş xilasetmə dəstələrindən, eləcə də sənaye obyekti işçilərindən yenidən yaradılmış dəstələrdən istifadə edilir.
Texniki vasitə kimi obyektdə olan texnikadan (buldozer, ekskavator, özüboşalan yük avtomobilləri, avtoqreyderlər, qoşma vərdənə, pnevmatik alətlər və s.), eləcə də xilasetmə dəstələrinə aid xüsusi texnikadan istifadə edilir (qaldırıcı kran maşınları, kötükçıxaran texnika, xilasetmə əl alətləri, beton deşici alətlər, nəzarət və həyat təminatı vasitələri və s.).
Xilasetmə işlərinin təşkili və aparılmasında insanların çöküntü altından axtarılması və oradan çıxarılması xüsusi yer tutur. Axtarış-xilasetmə işləri ilk öncə salamat qalmış zirzəmilərdən, yoldakı tikililərdən, yeraltı küçə keçidlərindən başlayaraq sonrakı mərhələlərdə bütün sahələrdə davam etdirilir. Çöküntü və boşluqlarda qalan insanlarla əlaqə səslə və ya taqqıltı ilə saxlanılır.
Yaddan çıxarmaq olmaz ki, çöküntülər təmizlənərkən ağır texnikadan istifadə edilməsi bu işləri xeyli tezləşdirsə də, zərərçəkənlərə xətər yetirə bilər. Bu iş xeyli ehtiyat və diqqət tələb edir.
Təcrübə göstərir ki, texnosferada neqativ təsirlərin tam zərərsizləşdirilməsi mümkünsüzdür. Neqativ faktorların təsirinin məhdudlaşdırılması qarşıya qoyulan daha real bir məqsəddir.Buna görə də yolverilən son təsir dərəcələrinin dəqiq gözlənilməsi texnosfera şəraitində insanın təhlükəsizliyinin və həyat fəaliyyətinin təmin edilməsinin başlıca yoludur.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin