a) beynəlxalq hüququn ən mühüm normalarıdır. b) öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır. c) dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümum tanınmış normalardır. ç) ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır. Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində
BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddədə isə deyilir:
«
Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin
qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər
».
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini
şərtləndirir.
BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində 7 əsas prinsip göstərilmişdir: 1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi; 2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi; 3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi; 4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi; 5) xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipi; 6) dövlətlərin suveren bərabərlik prinsipi; 7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il 1 avqust tarixli Yekun aktında isə bu 7 prinsipdən əlavə daha 3-ü göstərilmişdir. Bunlar:
8) sərhədlərin toxunulmazlığı prinsipi; 9) dövlətlərin ərazi bütövlüyü prinsipi; 10) əsas insan hüquq və azadhqlanna hörmət edilməsi prinsipi.