BMT Baş Məclisinin qətnamələri hüquqi cəhətdən məcburi deyildir və yalnız tövsiyə xarakteri
daşıyır».
Bununla belə, bu qətnamələr beynəlxalq hüquqda çox mühüm rol oynayır və xüsusən
dövlətlərin praktikasının müəyyən yönümdə inkişafına və opinio juris-in formalaşmasına böyük
təsir göstərir.
Bu baxımdan, BMT Baş Məclisinin qətnamələri ilə qəbul olunmuş bir sıra müstəsna
əhəmiyyətli sənədləri, məsələn, 1948-ci ildə qəbul olunmuş
Ümumdünya İnsan Hüquqları
Bəyannaməsini,
Təcavüzün tərifi haqqında 1974- cü il Qətnaməsini müəyyən mənada müvafiq
beynəlxalq adət hüququ normalarının «yaradıcısı» hesab etmək olar.
Bununla belə, BMT Baş Məclisinin BMT-nin daxili fəaliyyəti ilə bağlı çıxardığı
qətnamələr, o cümlədən BMT-yə yeni dövlətlərin qəbul edilməsi, BMT Beynəlxalq Məhkəməsinin
hakimlərinin seçilməsi, büdcə və s. məsələlər üzrə qətnamələr BMT-nin bütün üzvləri üçün
məcburi qüvvəyə malikdir.
16) Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı və təsnifatı
Beynəlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ-hüquqi əsasını
təşkil edir. Dövlətlərin beynəlxalq hüquq normalarının yaradılması və həyata keçirilməsi ilə bağlı
bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir.
Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. Bu
prinsiplər:
Dostları ilə paylaş: