57)Özünümüdafiə və Beynəlxalq təhlükəsizlik BMT Nizamnaməsi silahlı qüvvələrin qanuni tətbiqinin yalnız iki halını nəzərdə tutur:
özünümüdafiə məqsədilə (m. 51) və sülh üçün təhlükə yarandıqda və ya təcavüz aktı halında BMT
Təhlükəsizlik Şurasının qərarı ilə (m. 39 və 42).
Silahlı qüvvələrin özünümüdafiə qaydasında tətbiqi də yalnız dövlətə silahlı hücum
edildiyi halda qanuna zidd sayılmaya bilər. BMT Nizamnaməsinin 51-ci maddəsi hər hansı bir
dövlətin iqtisadi və siyasi qaydada tədbirlər gördüyü üçün başqa dövlətin ona qarşı silahlı qüvvə
işlətməsini birbaşa qadağan edir. Lakin bu cür hallarda da, təhlükəyə məruz qalan ölkə cavab
tədbirlərinə müvafiqlik prinsipini gözləməklə əl ata bilər.
Təhlükəsizlik Şurasına gəldikdə isə o, münaqişənin həlli üçün tövsiyyə edilmiş qeyri-
silahlı tədbirləri kifayət hesab etmədikdə, ona «beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və ya
bərpa etmək üçün zəruri olan hərəkətləri silahlı hava, dəniz, yaxud quru qüvvələrinin köməyilə
etmək səlahiyyəti verilir». (m. 42).
BMT Nizamnaməsində konkret məcburiyyət tədbirlərinin müfəssəl siyahısı yoxdur. Buna
görə Təhlükəsizlik Şurası Nizamnamədə xüsusi göstərilməmiş digər tədbirlərin haqqında da qərar
qəbul edə bilər.
58)İnsan hüquqları sahəsində dövlətlərin öhdəliklərinin təsnifatı Beynəlxalq səviyyəyə çıxmaqla insan hüquqları dövlətlərin beynəlxalq öhdəlikləri şəklində
təsbit olunub. Yəni “hər kəsin… hüququ vardır” konstruksiyasında əks tərəf, istənilən halda,
müvafiq öhdəlik daşıyan dövlətdir. İnsan hüquqları sahəsində dövlətlər öz üzərlərinə müxtəlif
xarakterli beynəlxalq öhdəliklər götürürlər. Hər şeydən əvvəl, onların iki qrupunu fərqləndirmək
lazımdır:
1)maddi öhdəliklər və
2)implementasiya öhdəlikləri.
İkinci qrup öhdəliklər – beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş mexanizmlərin fəa-
liyyəti ilə bağlı dövlətlərin həyata keçirməli olduqları vəzifələrdir: beynəlxalq orqana dövrü mə- ruzələr təqdim edilməsi: beynəlxalq orqanın (məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin) fərdi şikayət üzrə çıxardığı qərarın icra edilməsi və s.