cəmiyyət üzvü olan fərdin hüquqları, şəxsiyyətin hüquqları başa düşülür. İnsan hüquqlarını təmin
etmək üçün müxtəlif cəmiyyətlər müxtəlif sosial imkanlara malikdir. Lakin prinsip etibarilə
dövlətlər üçün fərdlərə hansı hüquqların verilməli və milli qanunlarda təsbit edilməli olduğu
barədə baxışların üst-üstə düşməsi xarakterikdir. Həmin hüquqların real təmin edilmə dərəcəsi
müxtəlif ola bilər. Bu, mövcud cəmiyyətin inkişaf səviyyəsinə əsaslanır və ona milli, dini və digər
xüsusiyyətlər öz təsirini göstərir. Bununla yanaşı, onların mənasının və rolunun ümumi anlamı da
mövcuddur.
BMT Nizamnaməsində insanın əsas hüquq və azadlıqlarından danışılır. Bəzən müxtəsərlik
xatirinə hər ikisi eyni bir terminlə – «insan hüquqları» termini ilə ifadə edilir. Hüquqların həyata
keçirilməsi qaydası bu və ya digər dərəcədə nizama salınır. Azadlıq bəzən dövlətin müdaxilə
etməməyə boyun olduğu insan davranışı sahəsi kimi qiymətləndirilir.
«İnsan hüquqları» termini beynəlxalq siyasi leksikonda istiqlaliyyət uğrunda Amerika
müharibəsindən və Böyük Fransa inqilabından sonra meydana gəlmişdir. O dövrlərdə müvafiq
dövlətdaxili sənədlərdə insan və vətəndaş hüquqlarından danışılırdı. BMT Nizamnaməsində artıq
vətəndaş hüquqlarından danışılmır. Lakin bəzi insan hüquqları, məsələn, dövlətin idarə
olunmasında iştirak bilavasitə vətəndaşlıqla bağlıdır.
Dostları ilə paylaş: