61) İnsan hüquqlarının müdafiəsinin Beynəlxalq mexanizmləri Beynəlxalq insan hüquqları hüququnun bu sahədə mövcud olan bütün normativ massivi iki hissəyə ayırmaq olar: 1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar; 2) implementasiya mexanizmi - insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət mexanizmlərini müəyyən edən normalar. Yaradılması əsasına görə institusional mexanizmlər müqavilə və qeyri-müqavilə
mexanizmlərinə bölünür.
Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşdur.
Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır: * İnsan hüquqları komitəsi: * İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə; * İşgəncə əleyhinə komitə və s. İnsan hüquqları komitəsi Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 28-ci maddəsi
əsasında yaradılmışdır. İnsan hüquqları komitəsinin daha bir səlahiyyəti 1966-cı ildə qəbul
olunmuş Fakültativ Protokolla müəyyən olunmuşdur. Protokolun 1-ci maddəsinə görə. Komitə
özünü Paktda təsbit olunmuş hər hansı bir hüququn qurbanı hesab edən şəxsdən müvafiq dövlətə
qarşı şikayət qəbul edə bilər və ona baxa bilər. İnsan hüquqları komitəsinin çıxardığı qərarlar
hüquqi cəhətdən məcburi deyildir. Dövlət bu qərarı yerinə yetirməyə də bilər və təəssüf ki,
praktikada belə hallar az deyildir.
İşgəncə əleyhinə komitə İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə 1984-cü il Konvensiyasının əsasında (17-ci maddə) təsis olunmuşdur. İşgəncənin
qarşısının alınması üzrə Altkomitə yaradılmışdır.(2006-cı il).