1 Beynəlxalq sistemin anlayışı


Konsulluqların əməkdaşlan və onlann ailə üzvləri aşağıdakı imtiyaz və immunitetlərdən



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə54/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   50   51   52   53   54   55   56   57   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

Konsulluqların əməkdaşlan və onlann ailə üzvləri aşağıdakı imtiyaz və immunitetlərdən 
istifadə edirlər.
a) müəyyən veıgi güzəştləri;
b) gömrük imtiyazlan;
c) həıbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma və b. 
 
Konsulun 4 dərəcəsi mövcuddur
1) baş konsul


2) konsul
3) vitse-konsul
4) konsul agenti 
 
Konsul korpusu - Xarici konsulluqların hər hansı ölkənin bu və ya digər məntəqəsində 
məcmusu. Əgər bir konsulluq dairəsində çoxlu sayda konsul idarələri varsa, burada diplomatik korpus 
kimi Konsul korpusu yaradılır. Konsul korpusu beynəlxalq münasibətlərdə diplomatik korpusun malik 
olduğu çəkiyə və nüfuza malik deyil və hər hansı beynəlxalq hüquqi status almağa iddia edə bilməz. 
Konsul korpusu adətən daimi xarakter daşımır. Onun təyinatı ancaq müəyyən mərasimlərlə bağlı olur: 
təbriklərin, başsağlıqların verilməsi, görüşlərin, banketlərin təşkili və s. Konsullar adından çıxış 
edən Konsul korpusunun başçısı (Duayen) dərəcəsinə görə böyük konsul hesab edilir, əgər konsullar 
eyni dərəcədə olarlarsa, kimə daha tez ekzekvatura verilibsə, o duayen olur. Əgər ekzekvaturalar eyni 
tarixdə verilibsə, başçılıq konsulluq patentinin verilməsi ya da konsulun ölkəyə gəlişinin vaxtı ilə 
müəyyən edilir.
Bəzən Konsul korpusu dedikdə 
xaricdə yerləşən bu və ya digər ölkənin bütün konsullarının məcmusu başa düşülür. 
56)Ümumhəcmli Beynəlxalq təhlükəsizlik sistemi və onun yaradılmasında Beynəlxalq
hüququn rolu 
Birləşmiş Millətlər Təşkilatı dövlətlərin birgə fəaliyyəti əsasında beynəlxalq sülhün və 
təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi aləti kimi yaradılmışdır. BMT Nizamnaməsinin 
preambulasında beynəlxalq sülhün əsasları müəyyən edilmişdir: müharibənin kökünün kəsilməsi; 
əsas insan hüquqlarına inamın təsdiq edilməsi; beynəlxalq hüququn əhəmiyyətinin artırılması; 
ictimai tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına yardım göstərilməsi. Daha sonra qeyd 
edilmişdir ki, bu məqsədlərin həyata keçirilməsi üçün üç əsas şərtə əməl olunması zəruridir: 
dövlətlər bir-birləri ilə hesablaşmalı, mehriban qonşular kimi bir yerdə, bir-birləri ilə sülh 
şəraitində yaşamalıdırlar; beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün qüvvə və səylərini 
birləşdirməlidirlər; prinsiplərin qəbul edilməsi və üsulların qanuniləşdirilməsi yolu silahlı 
qüvvələrin yalnız ümumi mənafelər naminə tətbiqini təmin etməlidirlər. 
BMT Nizamnaməsinə əsasən beynəlxalq sülhün və təhlükəsizliyin qorunması beynəlxalq 
hüququn ümumtanınmış prinsip və normaları üzərində qurulmalı və Baş Məclis, habelə 
Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilməlidir. 
Baş Məclis beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına dair istənilən məsələləri və 
işləri müzakirə edə bilər, o cümlədən bu sahədə əməkdaşlığın ümumi prinsiplərini nəzərdən keçirə 
və müzakirədən əvvəl, yaxud sonra onların barəsində dövlətlərə və Şuraya tövsiyələr edə bilər. 
Beynəlxalq 
sülhün və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə 
qoyulmuşdur (m. 24). Təhlükəsizlik Şurası BMT-nin yeganə orqanıdır ki, BMT-nin adından, o 
cümlədən BMT-nin üzv dövlətlərinin silahlı qüvvələri ilə preventiv (qoruyucu) və icbari hərəkətlər 
etmək hüququna malikdir 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin