69) Çoxtərəfli razılaşmalar əsasında cinayətkarlıqla mübarizə Beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığnın müxtəlif təşkilati formaları mövcuddur. Əsas
etibarilə bu əməkdaşlıq BMT sistemində həyata keçirilir.
Birinci növbədə Cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsi üzrə Komissiyanı (1991-ci
ilə qədər - Cinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə Komissiya) göstərmək
lazımdır. Komissiya ECOSOC tərəfindən üç il müddətinə seçilən 40 dövlətin nümayəndələrindən ibarətdir. Onun başlıca funksiyaları aşağıdakılardır:
*
Göstərilən sahədə BMT-nin önəmli prinsiplərinin işlənib hazırlanması;
* Cinayətkarlığın qarşısının alınması sahəsində BMT Proqramının (BMT Baş Məclisinin 46-cı
sessiyasında qəbul olunmuşdur) həyata keçirilməsi gedişinə nəzarət;
* Regional və regionlararası təsisatların fəaliyyətinin əlaqələndirilməsi.
BMT Baş Məclisinin 1950-ci ildə qəbul etdiyi qərarına əsasən, hər beş ildən bir
Cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla rəftar üzrə BMT-nin Konqresləri keçirilir.
Bu Konqreslərdə son beş il ərzində sözügedən sahədə dövlətlərin əməkdaşlığının nəticələri
təhlil edilir, gələn dövr üçün fəaliyyət istiqamətləri və konkret tədbirlər müəyyən edilir.
Aşağıdakı məsələlər son dövrlərdə keçirilmiş Konqreslərin (10-cu Konqress - Vyana, 2000, 11-ci Konqres - Banqkok, 2005), diqqət mərkəzində olmuşdur:
*
Transmilli cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq;
*
Terrorçuluq,
*
Mütəşəkkil cinayətkarlıq və pulların yuyulması kimi cinayətlərlə birgə mübarizə;
*
Kompyuter cinayətlərinə qarşı mübarizə tədbirləri və s.
Bunlardan
əlavə, BMT Katibliyi çərçivəsində yaradılmış Sosial inkişaf və humanitar məsələlər üzrə Mərkəzi bu Mərkəzin yanında fəaliyyət göstərənCinayətkarlığın qarşısının alınması və cinayət ədalət