18
Biznesin kritik konsepsiyası ona əsaslanır ki, biznes anlayışı bir adamın digər-
lərinin hesabına zənginləşdirilməsinə eyni istiqamətlənmiş bazar münasibətlərinin
müxtəlif subyektlərinin fəalyyətlərini birləşdirir. Bu nöqteyi-nəzər təkcə
nəzəriyyə-
də deyil, həm də təcrübədə, xüsusilə müxtəlif siyasi partiyaların ideya platforma-
sının əsaslandırılmasında geniş təqdim edilir.
Biznesin kritik konsepsiyasının tam əksi pozitiv konsepsiya adlanır.
Bu konsepsi-
yanın
mahiyyəti ondan ibarətdir ki, biznes adamların şəxsi təşəbbüskarlıq
qaydasında həyata keçirilən ictimai faydalı fəaliyyət
kimi başa düşülür və
-
Şəkil 5.2. Biznesin kritik konsepsiyası
-
Şəkil 5.3 Biznesin pozitiv konsepsiyası
-
19
qiymətləndirilir, hansıki məqsədi başqa adamlar üçün əmtəə və xidmətlər istehsal
etməkdir.
Kritik və pozitiv konsepsiyalar
obyektiv təzahür kimi
biznesin qiymətləndiril-
məsində kənar mövqe saydır. Bu kənarlaşmaların aradan qaldırılması yalnız
praqmatik konsepsiya çərçivəsində baş verir.
Biznesin praqmatik konsepsiyasının
mahiyyəti ondan ibarətdir ki,
biznesə cə-
miyyətin inkişaf kontekstində qaçılmaz təzahür kimi baxılır. Göstərilən təzahür bir
tərəfdən adamlara zəruri, digər tərəfdən isə faydalı olur, hansıki öz tamahkar (eqois-
tik) maraqlarının ödənilməsinə cəhd edən biznesmenlər qismində
cəmiyyətdə qəbul
olunurlar, cəmiyyətin digər üzvləri, hansıki biznesin sayəsində öz tələbatlarını isteh-
sal edilmiş əmtəənin və göstərilmiş xidmətlərin köməyilə
daim zənginləşdirmək
imkanı əldə edirlər.
Biznesin konsepsiyası onun missiyasının formalaşması ilə əlaqədar olub, təkcə
nə üçün firma fəaliyyət göstərir sualına cavab deyil, həm də firmanın rolunu müəy-
yənləşdirməkdən artıq məna kəsb edir.
Dostları ilə paylaş: