1. Düşüncə pozuntularının simptomasiyası haqqında anlayış Düşüncənin kəmiyyət pozuntuları Düşüncənin keyfiyyət pozuntuları



Yüklə 27,27 Kb.
səhifə4/5
tarix08.12.2022
ölçüsü27,27 Kb.
#120625
1   2   3   4   5
vııı mühazirə

3.Düşüncənin alaqaranlıq halı- gözlənilmədən meydan çıxan, özünəməxsus klini­ki mənzərəsi olan spesifik pozuntudur. Bu zaman özünü dərketmə tam, mühiti dər­ket­mə isə nisbətən pozulur.Belə ki, xarici mühitdə cərəyan edən hadisələrin, əş­ya­la­rın və şəxslərin əhval-ruhiyyəsinin , davranışının, xarici görkəminin bir sıra spe­si­fik cəhətləri diqqəti cəlb edir. Alaqaranlıq hal zamanı xəstələrin hərəkətləri ( hət­ta mürəkkəb formaları) öz sərrastlığını saxlamış olur. Epilepsiya xəstəliyi olan bir adam işdən evə qayıdarkən yarı yolda düşüncənin alaqaranlıq pozulması halına dü­şür. İstiqamətini dəyişərək evlərinə yox, vağzala sarı gedir.Bilet alıb qatara mi­nir. Qa­tarda 2 nəfər şəxslə tanış olur. Xarkov şəhərinə getdiyini söyləyir.Mənzil ba­­şına ça­tarkən qatardan düşüb mehmanxanaya gedir, lakin orada yer olmadığı üçün qa­yı­dıb vağzalda gecələyir. Ertəsi gün öz halından çıxır, bir müddət harada ol­duğunu bil­mir, nabələd şəhərə gəldiyini təyin etdikdən sonra geri-evlərinə qa­yı­dır. Bu za­man olmuş hadisələrin hamısı unudulur-tam amneziya qeyd olunur.Bir sı­ra hal­lar­da xəstələrin vəziyyəti tez bir zamanda ətraf şəxslərin diqqətini cəlb edir.Eşitmə, gör­mə illüziyaları, hallüsinasiyalar, qorxu və təşviş hissi olduqda xəs­tə­ni dərhal təd­ric etmək, xəstəxanaya göndərmək lazımdır.
Düşüncənin alaqaranlıq vəziyyətinin bir neçə klinik variantları vardır:
a)Ambulator avtomatizm-düşüncənin alaqaranlıq halında olan şəxs mənasız gə­zin­ti­­­lərə meyl göstərir.Günlərlə kənddən kəndə, müxtəlif şəhərlərə səyahət edir.Belə hal­­larda şəxsin xarici görkəmi, adamlara münasibəti normal xarakter daşıdığından heç kəsin diqqətini cəlb etmir.Öz halından çıxdıqdan sonra heç nə yadında qalmır.
b)Somnambuliya- xalq arasında ay işığında gəzmək, “lunatizm” adı ilə məlum olan bu hal uşaqlar, yeniyetmələr arasında daha çox təsadüf edir. Mərkəzi sinir sis­te­­mi­nin üzvi xəstəliklərində, bəzən isə tam sağlam adamlarda rast gəlinir.Gecəyarı, şi­­rin yuxuda olan adam yatağından qalxır, həyətə şıxaraq təkbaşına gəzişməyə baş­la­­yır.Bəzən damın, hasarın, üfüqi vəziyyətdə olan şalbanın, nərdivanın üstü ilə ye­ri­­yir.Əksər hallarda özləri, bəzən isə yaxın adamlarının köməyi ilə şəxs yatağına qay­­tarılır, yenidən yuxusunu davam etdirir.Səhər yuxudan ayılarkən olmuş hadisə haq­­­qında heç nə yadında qalmır.
c)Fuqa-düşüncənin alaqaranlıq pozulması vəziyyətində harayasa qaçmaqla xa­rak­te­­rizə olunan haldır.Belə pozuntu qəflətən başlayır, eləcə də qurtarır.Adətən, bir ne­­çə dəqiqədən artıq çəkmir.Xəstədən səbəbini soruşduqda öz hərəkətini heç nə ilə izah edə bilmir,çünki olmuş hadisəni dərhal unudulur.Düşüncənin alaqaranlıq halı epi­­lepsiya xəstəliyində (onun paroksizmlərindən biri kimi ), beynin üzvi xəs­tə­lik­lə­rin­­də, travmalarında, patoloji sərxoşluq zamanı və s.hallarda rast gəlinir.
4. Amensiya – düşüncənin dərin pozuntusu olub özünü və mühiti dərketmənin tam it­məsi ilə diqqəti cəlb edir.Ağır xəstəliklərlə: beynin infeksion xəstəlikləri, do­ğuş­dan sonrakı sepsis,intoksikasiyalar, nadir hallarda isə şizofreniya xəstəliyi ilə (hi­per­­toksik şizofreniya)əlaqədar meydana çıxır.Amentiv hal zamanı psixi fəaliyyətin bü­tün formaları pozulur. Nitq əlaqəsiz,ətraf mühitin qavranılması qeyri-obyektiv ol­duğu üçün xəstənin şikayətlərini və sayıqlama fikirlərini anlamaq olmur.Külli miq­darda, müxtəlif məzmunlu, rəngarəng illüziya və hallüsinasiyalar qeyd olu­nur.Xəstələr özlərini narahat aparır,arabir gözlənilməz lüzumsuz hərəkətlər edir­lər.Özünü narahat hiss edən xəstə gözlənilmədən sanki sakitləşir,çöhrəsi gülüş ifa­də edir və yaxud da ağlamağa başlayır.Belə hal xəstəliyin ağırlıq dərəcəsindən, apa­rılan müalicənin səmərəsindən asılı olaraq həftələrlə davam edə bilər.Öz ha­lın­dan çıxdıqdan sonra tam amneziya müşahidə olunur.

Yüklə 27,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin